100. Cinləri (Allah) yaratdığı halda, onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəkdə durur.
101. O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!
102. O Allah Rəbbinizdir! Ondan başqa heç bir ilah yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!
103. Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, (hər şeydən) xəbərdardır! (əl-Ənam: 100-103).
Uca Allah Özünün hər şeyin yaradıcısı olduğunu bildirir. Belə olan halda onun necə övladı ola bilər?! Oğul iki mütənasib şeydən əmələ gəlir. Uca Allahın isə nə oxşarı, nə də tayı-bərabəri yoxdur. Onun nə misli, nə də həyat yoldaşı yoxdur. Onun heç vaxt övladı olmamışdır.
Uca Allah buyurur:
Dostları ilə paylaş: |