Rəhman və Rəhim olan Allahın adı ilə


Ər-Rəhman və ər-Rəhim Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə502/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   498   499   500   501   502   503   504   505   ...   532
Ər-Rəhman və ər-Rəhim Allahın adı ilə

1. (Ey Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);

2. Allah (heç kəsə, heç nəyə) möhtac deyil­dir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbə­­didir!)

3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götür­məmiş­dir!)

4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”» (əl-İxlas surəsi).

Uca Allah Özünün nə zatında, nə sifətlərində, nə də əməllərində Özünə oxşayan heç bir məxluqun olmadığını vurğulayır. Onun elmi, hikməti, rəhməti və bütün sifətləri kamildir. Onun nə övladı olmayıb, nə də Özü heç kəsdən doğulmayıb. Onun nə misli, nə də tayı-bərabəri yoxdur. Onun nə zəif, nə orta, nə də güclü şəriki yoxdur. Belə olan halda onun övladının olması da mümkün deyil. Çünki övlad iki oxşar və bərabərdən törənir. Uca Allah bu kimi iftiralardan uzaqdır, pakdır!

Uca Allah buyurur:

171. Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haq­qı deyin! Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəb­rail vasitəsilə) Məryəmə çat­dırdı­ğı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin! (Allah barəsində) “üç­dür” deməyin! (Belə sözlərə) son qo­yun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir ilahdır. Övladı olmaqdan (bu bəşəri xü­susiy­yə­tdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (si­zə) vəkil olması bəs edər!

172. İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür gös­tə­rənlərin hamısını Öz hüzuruna top­la­ya­caqdır!


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   498   499   500   501   502   503   504   505   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin