Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə504/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   500   501   502   503   504   505   506   507   ...   532
«“Allah üçün (üç ilahın) üçüncüsüdür!”...» (əl-Maidə: 73) ayəsinə gəlincə, İbn Cərir534 və digər təfsir alimləri bu haqda deyirlər: "Üçlük dedikdə, onların üç ilah iddiası nəzərdə tutulur: Ata, oğul və müqəddəs ruh". Təbii ki, onların məlikilər535, yəqubilər536 və nəsturilər537 kimi firqələrinin bu barədə fikir ayrılıqları mövcuddur. Biz onların bu barədə necə ixtilaf etdiklərini və kral Konstantinin vaxtında keçirilən üç toplantıları haqqında danışacağıq. Bu hadisələr İsadan üç yüz il sonra, Muhəmmədin  gəlişindən üç yüz il öncə baş vermişdi.

Ona görə Uca Allah yuxarıda deyilən ayənin davamında buyurur: «...Halbuki bir olan İlahdan başqa heç bir ilah yoxdur...» Tək olan Allahdan başqa heç bir ilah yoxdur. Onun nə şəriki, nə oxşarı, nə bərabəri, nə yoldaşı, nə də övladı yoxdur. Həmin ayənin axırında isə Uca Allah batil inanc sahiblərini hədələyərək buyurur: «Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır)

Sonra Uca Allah Öz mərhəməti və lütfü ilə Cəhənnəmə aparan böyük günahlardan tövbə edib Ondan bağışlanma diləməyə dəvət edərək buyurur: «74. Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir!» (əl-Maidə: 74).

Sonrakı ayələrdə Məsih və anası haqqında xəbər verir. Məsihin Allahın qulu və elçisi, anasının isə sadiq bir qadın olduğunu bildirir. Onun anası yəhudilərin dediyi kimi zinakar deyildi. Ümmətimizin bəzi elm adamları Məryəmin peyğəmbər olduğunu deyiblər, amma (75-ci) ayə onun peyğəmbər olmadığını sübut edir.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   500   501   502   503   504   505   506   507   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin