Rəhman və Rəhim olan Allahın adı ilə


Onlar həm də küfr etdikləri



Yüklə 3,81 Mb.
səhifə517/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   513   514   515   516   517   518   519   520   ...   532
156. Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı bö­yük bir böhtan dedikləri üçün (lənətə dü­çar oldular).

157. (Onların lənətə düçar olmalarının bir səbəbi də:) ”Biz, Allahın elçisi Mər­yəm oğlu İsa əl-Məsihi öldürdük”, – demələridir. Halbuki onlar İsanı nə öl­dür­dülər, nə də çarmıxa çəkdilər. On­lar­da yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna da­ir heç bir məlumatı yoxdur. Onlar an­caq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.

158. Xeyr, Allah onu Öz dərgahına qal­dır­mışdır. Şübhəsiz, Allah yenilməz Qüv­vət sahibi, Hikmət sahibidir!

159. Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətir­mə­sin. Qiyamət günü isə İsa onların əley­hi­nə şahid olacaqdır. (ən-Nisa: 155-159).

Uca Allah İsanı səmaya qaldırdığını bildirir. O, İsanı yatızdırmaqla öldürdükdən sonra səmaya qaldırmışdı. Bu daha doğru fikirdir. Bununla Uca Allah onu, o vaxtın kafir padşahlarına ondan şikayət edib ona işgəncə vermək istəyən yəhudilərin əlindən xilas etdi. O zamanın padşahı İsanı çarmıxa çəkib öldürməyi əmr etdi. Onlar İsanı Beytülmüqəddəsin yaxınlığındakı evlərin birində mühasirəyə aldılar. Onlar evə daxil olmaq istəyəndə onun surəti yanındakılardan birinə verildi, İsa isə səmaya qaldırıldı. İçəri daxil olan qoluzorlular İsanın surəti verilmiş gənc adamın İsa olduğunu zənn edib tutdular və aparıb çarmıxa çəkdilər. Onu alçaltmaq üçün başına tikan da qoydular. Əksər nəsranilər İsanın həqiqətən də çarmıxa çəkilməsi barədə yəhudilərin dediklərini təsdiq edirlər. Elə buna görə açıq-aydın haqq yoldan azıb, çox uzaqlaşıblar.

Uca Allah buyurur: «159. Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin...» (ən-Nisa: 159). Yəni İsa axır zamanda Qiyamət qopmadan öncə yerə enərkən ona iman gətirəcəklər. İsa səmadan enib donuzları öldürəcək, xaçları sındıracaq, cizyə vergisi qoyacaq, İslamdan başqa heç bir dini məqbul saymayacaqdır. Ən-Nisa surəsinin bu müqəddəs ayəsini təfsir edərkən bu haqda rəvayət olunan hədislərə əsasən açıqlama vermişik. Həmçinin "əl-Fitən və-l-Məlahim" kitabında549 da Məsih Dəccal haqqında danışarkən bu haqda ətraflı məlumat vermişik. Orada haqq yolun yolçusu olan Məsih İsanın yalançı və batil yolun çağırışçısı olan Məsih Dəccalı öldürmək üçün Uca Allahın dəraghından nazil olacağını demişik.

Aşağıdakı rəvayətlərdə İsanın səmaya necə qalxması haqqında danışılır.

İbn Əbu Hatim550 İbn Abbasdan  belə rəvayət edir: "Uca Allah İsanı səmaya qaldırmaq istəyəndə İsa əshabələrinin qarşısına çıxdı. O zaman evdə on iki nəfər həvari var idi. İsa evin içindəki bulaqdan çıxmışdı və onun saçlarından su damcılayırdı. İsa dedi: "Sizlərdən kimsə mənə iman gətirəndən sonra on iki dəfə küfr edəcəkdir. Kim istəyər, mənim surətim ona verilsin və o mənim yerimə qətlə yetirilsin, sonra mənimlə eyni dərəcədə olsun?" Onların arasından ən cavan bir oğlan ayağa qalxdı. İsa ona: "Otur!" – dedi. Sonra İsa dediklərini bir daha təkrarladı. Yenə həmin gənc ayağa qalxdı və İsa ona: "Otur!" – dedi. Sonra İsa söylədiklərini yenə təkrarladı. Bu dəfə də həmin gənc ayağa qalxıb: "Mən!" – deyə cavab verdi. İsa dedi: "Həmin adam elə sənsən". İsanın surəti ona verildi və İsa evin bacasından səmaya qaldırıldı. Yəhudilərdən olan cəsuslar gəlib İsanın oxşarını apardılar və qətlə yetirdikdən sonra çarmıxa çəkdilər. Bəziləri İsaya iman gətirdikdən sonra on iki dəfə ona küfr etdilər. Nəticədə üç dəstəyə ayrıldılar: Bir dəstə dedi ki, Allah bir müddət bizimlə oldu, sonra səmaya yüksəldi. Bunu deyənlər Yəqubiyyə firqəsidir. Digər dəstə dedi ki, Allahın oğlu bir müddət bizimlə qaldı, sonra Allah onu öz dərgahına qaldırdı. Bunu deyənlər isə Nəsturiyyələrdir. Başqa dəstə isə dedi ki, Allahın qulu və elçisi bizim yanımızda bir müddət qaldı, sonra Allah onu Öz dərgahına qaldırdı. Bunu deyənlər isə müsəlmanlar (Allaha doğru dinlə təslim olanlar) idilər.

Hər iki kafir dəstə birləşib müsəlmanları qətlə yetirdilər. O zamandan bəri İslam dini (həqiqi səmavi din) gizli qaldı. Bu hal, Uca Allah Muhəmmədi  göndərənə qədər davam etdi".

İbn Abbas  deyir: "Haqqında danışılan məna Uca Allahın bu ayəsindədir: «...Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.» (əs-Saff: 14)".

Bu İbn Abbasa  qədər gedib çatan və Muslimin şərtinə uyğun gələn səhih sənəddir551.

Həsən əl-Bəsri deyir: "İsa səmaya qaldırılarkən otuz dörd yaşında idi".

Hədisdə deyilir: "Cənnət əhli Cənnətə paklanmış halda və otuz üç yaşındakı kimi gənc olaraq daxil olacaqlar."552

Başqa hədisdə isə: "Cənnət əhli cənnətə İsanın yaşında, Yusufun gözəlliyində daxil olacaqlar."553 – deyilir.

İSANIN  VƏSFİ, ƏXLAQI VƏ ÜSTÜN CƏHƏTLƏRİ


Uca Allah buyurur: «75. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi...» (əl-Maidə: 75).

Deyilənə görə İsanın Məsih adlandırılmasına səbəb onun yer üzünə toxunmasına görədir. Yəni o zamanlar o, yer üzünü çox gəzib, dinini qorumaq üçün çox fitnələrdən qaçıb. O zaman yaşayan yəhudilər onu çox sərt şəkildə təkzib edir, ona və anasına iftira atırdılar.

Başqaları isə deyirlər ki, onun hər iki ayağı sürtülmüş idi (deyə, Məsih adlanırdı).

Uca Allah buyurur: «46. Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.» (əl-Maidə: 46). Uca Allah başqa ayədə buyurur: «87. (Ey İsrail övladları!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr (dəlillər) bəxş etdik və onu müqəddəs Ruhla qüvvətləndirdik...» (əl-Bəqərə: 87).

Bu mənada ayələr çoxdur. Əvvəlki fəsillərdə "İki Səhih" kitabda rəvayət olunan bu hədisi də qeyd etmişdik: "Adəm övladı dünyaya gələndə şeytan onun böyürünə vurur. Yalnız Məryəm oğlu İsadan başqa. O, ona vurmaq istəyəndə maneəyə dəydi." 554

Həmçinin Ubadə ibn əs-Samitin  Peyğəmbərdən  rəvayət etdiyi bu hədisi də qeyd etmişdik: "Kim Allahdan başqa ibadətə layiq heç bir haqq məbudun olmadığına, Onun heç bir şərikinin olmadığına, Muhəmmədin Onun qulu və elçisi olduğuna, İsanın Onun qulu və elçisi olduğuna, eyni zamanda Öz dərgahından Məryəmə göndərdiyi sözü və yaratdığı ruhu olduğuna, Cənnətin və Cəhənnəmin haqq olduğuna şahidlik edərsə, Allah onu etdiyi əməllərinə görə Cənnətə daxil edər."555

Buxari və Muslim Əbu Musadan  Peyğəmbərin  belə dediyini rəvayət edirlər: "Əgər bir insan qadın köləsini yaxşı tərbiyə edər, ona ən gözəl şəkildə elm öyrədər, sonra onu azad edib onunla evlənərsə iki savab qazanar. Əgər Məryəm oğlu İsaya iman gətirib sonra mənə iman gətirərsə onun da iki savabı olar. Bir kölə həm Rəbbindən qorxar, həm də ağasına itaət edərsə iki savab qazanar."556

Əvvəlki fəsillərdə Buxarinin557 rəvayət etdiyi bu hədisi qeyd etmişdik. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  belə demişdir: "Mən İsra gecəsində Musanı gördüm." Sonra Musanı vəsf etdi. "Cəld hərəkətli, Şənuə qəbiləsinin adamları kimi qıvrım saçlı idi. Sonra İsa ilə qarşılaşdım." Peyğəmbər  onu da vəsf edib dedi: "Orta boylu, hamamdan çıxmış adam kimi qırmızı idi. Sonra İbrahimi gördüm. Mən ona ən çox bənzəyən övladıyam."

Daha sonra Buxari İbn Ömərdən  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Mən İsanı, Musanı və İbrahimi gördüm. İsa qırmızı dərili, qısa boylu və enli kürəkli idi. Musa isə uca boylu, cüssəli və uzun saçlı idi. O, sanki Zətt qəbiləsinin adamlarına bənzəyirdi."558

Abdullah ibn Ömər  deyir ki, bir gün Peyğəmbər  camaat arasında Məsih Dəccaldan söz açıb dedi: "Həqiqətən Allah taygöz deyil. Məsih Dəccal isə taygözdür, onun sağ gözü kordur. Gözü kiflənmiş üzüm dənəsi kimidir. Bir gün yuxuda özümü Kəbənin önündə gördüm. Qarşıma ən gözəl simada olan bir insan çıxdı. Kürəyinə qədər uzanan saçları düz və yaş idi. Əlini iki nəfər kişinin kürəyinə qoyub Kəbənin ətrafında təvaf edirdi. Mən: "Bu kimdir?" – deyə soruşdum. Mənə: "Məryəm oğlu Məsihdir" – dedilər. Sonra onun arxasında qısa boylu, pırtlaşıq saçlı, sağ gözü kor olan bir adam gördüm. Onu ən çox İbn Qətənə oxşadıram. O isə əlini bir kişinin çiyninə qoyub Kəbənin ətrafında dolaşırdı. Mən: "Bu kimdir?" – deyə soruşdum. Mənə: "Bu Məsih Dəccaldır", – dedilər."559

Zuhri deyir: "İbn Qətən Xuzaə qəbiləsindən bir nəfər kişi olub və cahiliyyət dövründə həlak olub".

Peyğəmbərimiz  hər iki Məsihin: haqqın və zəlalətin Məsihini qeyd etmişdir ki, İsa Məsih yer üzünə enəndə möminlər onu tanıyıb iman gətirsinlər, digər Məsihdən isə özlərini qorusunlar.

Buxari Əbu Hureyrədən  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Bir gün Məryəm oğlu İsa bir kişinin oğurluq etdiyini görüb dedi: "Sən oğurluq etdin?" Kişi dedi: "Xeyr, Özündən başqa haqq ilah olmayana and olsun!" İsa dedi: "Mən Allahı təsdiqləyb, gözümü təkzib etdim"."560

İsanın bu hərəkəti onun saf xasiyyətinə dəlalət edir. O, həmin kişinin Allaha and verdiyini gözü ilə gördüyündən üstün hesab edərək üzrxahlığını qəbul etdi və öz-özünə: "Mən Allahı təsdiqləyirəm." – dedi. Yəni, "Sənin adına and verildiyi üçün mən Sənə sadiq qalıb gözümü yalançı sayıram".

Buxari İbn Abbasdan  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Siz ayaqyalın, lüt-üryan və sünnət olunmamış həşr olunacaqsınız. Sonra bu ayəni oxudu: «...(O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.» (əl-Ənbiya: 104). Libas verilən ilk məxluq İbrahim olacaqdır. Sonra mənim ümmətimdən bəzilərini sağ və sol tərəfə çəkişdirəcəklər. Mən: "Onlar mənim ümmətimdəndir!" – deyəcəyəm. Mənə deyəcəklər: "Sən onlardan ayrıldıqdan sonra onlar mürtəd olublar". O zaman mən də əməlisaleh bəndə, Məryəm oğlu İsa kimi belə deyəcəyəm: «117...Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən! 118. Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz Qüvvət sahibi, Hikmət sahibisən”» (əl-Maidə: 117-118)".561

Buxari İbn Abbasdan  rəvayət edir ki, o, Ömərin  xütbə zamanı minbərdə belə dediyini eşitmişdir: "Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: "Nəsranilər Məryəm oğlu İsa barəsində ifrata yol verdikləri kimi siz də mənim barəmdə ifrata yol verməyin. Mən sadəcə Allahın quluyam. Siz mənə: "Allahın qulu və elçisi", – deyin!"562

Buxari Əbu Hureyrədən  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Beşiyində danışan üç nəfər olub: Biri İsadır. Digəri isə İsrail oğullarından olan Cureyc adlı (abid) bir kişinin hekayəsindədir. Bir gün Cureyc namaz qılarkən anası onu çağırdı. O isə öz-özünə: "Görəsən ona cavab verim, yoxsa namazımı qılım?" – deyə sual etdi. Anası (onun cavab vermədiyini görüb) dedi: "Ey Allahım! Pozğun qadınların iç üzünü ona göstərməmiş, həyatdan köçürmə". Bir dəfə Cureyc komasında olarkən bir qadın içəri daxil olub onu ələ almağa çalışdı. Cureyc isə imtina etdi. Qadın bir nəfər çobanın yanına gəlib onunla yaxınlıq etdi və ondan bir uşağı oldu. Qadından: "Bu uşaq kimdəndir?" – deyə soruşduqda, "Cureycdəndir" – dedi. Camaat gəlib onun komasını dağıtdı, onu alçaldıb təhqiramis sözlər dedilər. Cureyc dəstəmaz alıb namaz qıldı və beşikdəki uşağın yanına gələrək dedi: "Ay uşaq! Sənin atan kimdir?" Uşaq: "Filan çobandır!" – deyə cavab verdi. Bunu görən camaat dedi: "Biz sənin komanı qızıldan tikəcəyik". Cureyc dedi: "Lazım deyil, palçıqdan tiksəniz kifayət edər". (Üçüncüsünün hekayəsi isə belədir:) Bir dəfə yenə İsrail oğullarından olan bir qadın uşağını əmizdirirdi. Bu zaman onun qarşısından bir nəfər adlı-sanlı atlı kişi keçdi. Qadın dedi: "Ey Allahım! Oğlumu da onun kimi et!" Uşaq ağzını anasının döşündən çəkib atlıya tərəf baxdı və: "Ey Allahım! Məni onun kimi etmə!" – dedi və yenidən anasının döşündən süd yeməyə davam etdi." Əbu Hureyrə  deyir: "Bu zaman mən Peyğəmbəri  barmağını soran gördüm". "Sonra onların qarşısından bir qadın keçərkən anası: "Ey Allahım! Oğlumu bunun kimi etmə!" – dedi. Uşaq ağzını anasının döşündən çəkib dedi: "Ey Allahım! Məni də onun kimi et!" Anası dedi: "Nə üçün belə deyirsən?!" Uşaq dedi: "Atlı adam zalımlardan idi. Bu qadına isə "oğurluq edib, zina edib" – deyərək iftira atırlar, amma əslində o bunların heç birini etməyib"."563

Buxari Əbu Hureyrədən  rəvayət edir ki, mən Peyğəmbərin  belə dediyini eşitmişəm: "Mən Məryəmin oğluna daha yaxınam. Peyğəmbərlər atadan bir, anadan isə ayrıdırlar (şəriətləri müxtəlif, dinləri birdir). Mənimlə İsa arasında heç bir peyğəmbər olmayıb."564

Əhməd Əbu Hureyrədən  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Mən İsaya daha yaxınam. Peyğəmbərlər atadan bir, anadan isə ayrıdırlar (şəriətləri müxtəlif, dinləri birdir). Mənimlə İsa arasında heç bir peyğəmbər olmayıb."565

İmam Əhməd Əbu Hureyrədən  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Peyğəmbərlər atadan bir, andan ayrı qardaşlardırlar. Onların dini bir, şəriətləri fərqlidir. Mən Məryəm oğlu İsaya daha yaxınam. Çünki mənimlə onun arasında heç bir peyğəmbər olmayıb. O bir vaxt enəcək. Onu görsəniz tanıyın! O qırmızı-ağ dərili, düz saçlı, saçı yaş olmasa da yaş kimi görsənir; əynində isə sarımtıl paltar olacaqdır. O xaçları sındıracaq, donuzları qıracaq, cizyə vergisini təyin edəcək, bütün dinləri ləğv edəcək. Onun vaxtında İslam dinindən başqa hamısı məhv olacaq. Yalançı Məsih Dəccal da onun vaxtında həlak olacaqdır. Yer üzünü əmin-amanlıq bürüyəcək. Dəvə aslan ilə, şirlər inəklər ilə, qoyunlar canavarlarla yan-yana gəzəcək. Hətta uşaqlar ilanlarla oynayacaq, bir-birlərinə xətər toxundurmayacaqlar. İsa, Allah istədiyi qədər yer üzündə qaldıqdan sonra vəfat edəcəkdir. Müsəlmanlar onun üçün cənazə namazı qılıb dəfn edəcəklər."566

Daha sonra Əhməd Əbu Hureyrədən  eyni məzmunlu rəvayət qeyd edir və əlavə olaraq bu sözlər deyilir: "İsa yer üzündə qırx il qalacaq, sonra vəfat edəcək və müsəlmanlar onun cənazəsini qılacaqlar."567

İsanın axır zamanda nazil olması haqqında "əl-Məlahim"568 və "Təfsir"569 kitabında ən-Nisa surəsinin: «159. Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır.» əz-Zuxruf surəsinin «61. Şübhəsiz ki, o, (İsanın zühuru) Qiyamət saatı üçün bir əlamətdir...» – bu ayəsinin şərhində ətraflı məlumat vermişik. O Dəməşq şəhərində ağ minarinin üzərinə nazil olacaq. O nazil olanda sübh namazının iqaməsi oxunacaq. Namazda müsəlmanlara imamlıq edən kimsə ona deyəcək: "Ey Allahın Ruhu! Gəl sən imamlıq et, camaata namaz qıldır!" İsa deyəcək: "Xeyr, siz Allahın lütfü ilə bir-birinizin məsuliyyətini daşıyırsınız". Digər rəvayətdə İsanın belə dediyi rəvayət olunur: "Namazın iqaməsi sənin üçün oxunmuşdur". Sonra İsa onun arxasında namaz qılacaq. Namazdan sonra müsəlmanlarla birlikdə Məsih Dəccalı axtarmağa başlayacaqlar. O, Dəccalı Lud qapısında tutub kəramətli əli ilə qətlə yetirəcək.

Dəməşq şəhərinin şərqində inşa edilən minarə möhkəm binövrə üzərində ağ daşdan inşa edilmişdir. Xaçpərəstlər həmin minarənin yerindəki köhnə minarəni və ətrafdakı tikililəri yandırmışdılar deyə indiki minarə onların mal-dövləti ilə yenidən tikilmişdi. Məryəm oğlu İsa oraya nazil olduqdan sonra donuzları öldürəcək, xaçları sındıracaq, heç kəsdən İslamdan başqa bir din qəbul etməyəcək. Rovha adlı yerdən həccə və ya ümrəyə, yaxud hər ikisinə eyni zamanda niyyət edib yola düşəcəkdir. Yer üzündə qırx il qalacaq. Sonra vəfat edəcək və dəfn olunacaq.

Buxari570 Salman əl-Farisidən  rəvayət edir ki, İsa ilə Muhəmməd  arasında altı yüz il olub. Qatadə isə bu müddətin beş yüz altmış il olduğunu deyir. Bəziləri bunun beş yüz qırx il olduğunu deyirlər. Dəhhak isə deyir ki, dörd yüz otuz neçə il olmuşdur. Amma daha geniş yayılmış məlumata görə altı yüz il olmuşdur. Bəziləri qəməri təqvimlə altı yüz iyirmi, şəmsi təqvimi ilə altı yüz il olduğunu deyirlər. Daha doğrusunu Allah bilir.

Deyilənə görə İncili İsadan dörd nəfər rəvayət edib. Luka, Matta, Marks və Yuhanna. Amma bu dörd İncil arasında çox fərqlər mövcuddur. Bəzən birində məlumatlar çox, digərində az, yaxud əksinə olur.

Adı çəkilən dörd nəfərin ikisi İsanı görüb, onun vaxtında yaşayıb. Onlar Matta və Yuhannadır. Digər ikisi isə onun əshabının tələbələridir. Onlar Marks və Lukadır. Daha doğrusunu Allah bilir.

Şeyx Şihabəddin əl-Qirafi "ər-Radd alə-n-Nəsara" (Nəsranilərə Cavab) adlı kitabında İsanın çarmıxa çəkilməsini, onun Allahın oğlu olmasını deyən və yəhudilərin bu fikrini dəstəkləyən Nəsranilərə cavab olaraq belə bir şer yazmışdır:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   513   514   515   516   517   518   519   520   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin