Rəhman və Rəhim olan Allahın adı ilə


Nəsranilərə görə çox qəribədir İsa



Yüklə 3,81 Mb.
səhifə518/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   514   515   516   517   518   519   520   521   ...   532
Nəsranilərə görə çox qəribədir İsa.

Gör bir onu "Kimə" oğul nisbət edirlər.

Onu yəhudilərə təslim edib deyirlər:

Onu öldürdükdən sonra çarmıxa çəkdilər.

Onların dedikləri həqiqətdirsə əgər,

Doğrudursa, o zaman harda idi "Atası"?!

Oğlu düşmən əlində əsir ikən, görəsən

Onu sevindirib ya qəzəbləndirmişdilər?!

Əgər onu sevindirmişdilərsə onlara təşəkkür edin,

Tərifləyin ki, Allahın istəyinə uyğun bir iş tutmuşlar.

Əgər onu qəzəbləndiriblərsə ondan əl çəkin,

Onlara ibadət edin. Çünki Ona qalib gəlimişlər

FƏSİL

İSA MƏSİHİN  ƏSHABƏLƏRİNİN FİKİR AYRILIĞI


İsa səmaya qaldırılandan sonra əshabı onun barəsində fikir ayrılığına düşdülər. Bu fikiri İbn Abbas və başqa sələf alimləri deyiblər. Bu haqda əvvəlki fəsillərdə: «... Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.» (əs-Saff: 14). – bu ayəni açıqlayarkən danışmışıq.

İbn Abbas və başqa elm adamları deyirlər:

"Bəziləri dedilər ki: "O, Allahın qulu və elçisidir! Sadəcə olaraq səmaya qaldırılıb!" Digərləri isə onların tam əksinə: "O Allahdır!" – dedilər. Başqaları: "O Allahın oğludur!" – dedilər".

Qurtuluşa, savaba və ilahi köməyə nail olanlar birinci qism insanlardır. Digər iki qrupun dedikləri isə böyük küfrdür. Uca Allah buyurur: «37. (Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur və s. sözlər deyərək) öz aralarında anlaşılmazlığa düşdülər. Böyük günü görəcək kafirlərin vay halına!» (Məryəm 37).

Onlar İncilin rəvayət edilməsində də dörd müxtəlif fikirə düşdülər. Bu rəvayətlər bir-birindən naqislik, əlavə, dəyişiklik və qarışıqlıq ilə seçilirdi.

İsa Məsihdən üç yüz il sonra ən böyük bəla və müsibət baş verdi. Demək dörd əshab, bütün keşişlər, pastorlar və rahiblər İsa Məsih barədə saysız-hesabsız müxtəlif fikirlərə düşmüşdülər. Onlar hamılıqla Konstantinopol (indiki İstanbul) şəhərini tikdirən Kral Konstantinə müraciət edib bu məsələdə qərar qəbul etməsini xahiş etdilər. Bu onların birinci toplantısı idi. Kral sayca çoxluq təşkil edən firqənin tərəfini tutdu, digərlərini isə rədd etdi. Onun tərəfini saxladığı firqə Məlikilər adı ilə tanındı. İsanın başqaları kimi Allahın adi bir qulu və digər elçiləri kimi bir elçisi olduğunu etiqad edən Abdullah ibn Ariyosun tərəfdarları onlardan ayrılıb çöllüklərdə, uzaq yerlərdə məskən saldılar. Onlar özlərinə komalar, daxmalar tikib zahidlik həyatı sürdülər. Digər firqələrin heç birinə qarışmadılar. Məlikiyyə firqəsi möhtəşəm kilsələr inşa edirdi. Onlar binaları Yunan memarlığına uyğun tikirdilər. Əvvəllər Şimala, Qütb ulduzuna tərəf baxan məbədləri şərqə doğru dəyişdilər.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   514   515   516   517   518   519   520   521   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin