Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə519/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   515   516   517   518   519   520   521   522   ...   532
BEYTLƏHMİN571 VƏ KİLSƏLƏRİN İNŞASI
Kral Konstantin İsanın dünyaya gəldiyi yerdə Beytləhmi inşa etdirdi. Anası Həylanə isə çarmıxa çəkilənin qəbrinin üstündə kilsə tikdirdi. Onlar çarmıxa çəkilənin İsa Məsih olduğuna dair yəhudilərlə razılaşırlar. Hər iki tayfa bu məsələdə küfr edir. Onlar özlərindən qanunlar uydurub, hökmlər icad ediblər. Bunların bəzisi Əhdi-Ətiqə, yəni Tövrata ziddir. Onlar Tövratda haram olduğu deyilən bəzi şeyləri halal etdilər. Məsələn donuz ətinin halal edilməsi. Yaxud ibadətlərin şərqə doğru edilməsi. Halbuki İsa və eləcə də Musadan sonra bütün peyğəmbərlər yalnız Beytülmüqəddəsin daşına tərəf namaz qılardılar. Muhəmməd  də Mədinəyə hicrət edəndən sonra bir il altı, yaxud yeddi aya qədər o tərəfə namaz qılırdı. Sonra onun qibləsi İbrahim Xəlilullahın inşa etdiyi Kəbəyə tərəf yönəldi. Həmçinin onlar kilsələrdə şəkillər çəkməyə başladılar. Halbuki əvvəllər kilsələrdə şəkillər olmazdı. Onlar qadınlarının və uşaqlarının əzbərləməsi üçün "Əmanət" adlı dua təyin etdilər. Əslində bu əmanət deyil, ən böyük küfr və xəyanətdir. Bu etiqad Məlkiyyəlilərə, (ikinci toplantının qalibi Nəsturasın tərəfdarları sayılan) Nəsturilərə və (üçüncü toplantının qalibi Yəqub əl-Bərazəinin tərəfdarları) Yəqubiyyəlilərə görə məqbul sayılan etiqaddır. Onlar bu etiqadı məqbul sayır, amma onun açıqlamasında ixtilaf edirlər.

Mən onların etiqadını yazıram ki, hər kəs bu etiqadın necə də ziddiyyətli, küfr və xurafat ilə dolu olduğunu görsün. Belə əqidə insanı cəhənnəmin lap dərinliyinə aparar. Onlar deyirlər:

"Biz bir ilaha iman gətiririk. O, hər şeyi idarə edir. Göyləri və yeri yaradandır. Görünən və görünməyən hər şeyi O yaradıb. Bir Rəbbə, Yəsu əl-Məsihə iman edirik. O, Allahın yeganə oğludur. Əsrlər öncə atadan doğulmuşdur. Nurdan bir nurdur. Haqq ilahdan olan haqq ilahdır. O doğulub, yaradılmayıb. Hər şeyin olmasına səbəb olan əsasda ata ilə bərabərdir. Biz bəşər övladına görə, bizi xilas etmək üçün səmadan nazil oldu, müqəddəs ruhda, iffətli Məryəmdə cəsəd formasını aldı və insanlaşdı. Pontius Pilatusun572 dövründə çarmıxa çəkildi. O, əzab-əziyyət çəkib dəfn edildi. Kitablarda deyildiyi kimi üçüncü günündə qəbirindən qalxıb səmaya yüksəldi və atanın sağ tərəfində oturdu. O, həmçinin diri və ölüləri idarə etmək üçün cəsədi ilə yenidən gələcəkdir. Onun mülkü fanilik görməz. Ata ilə atadan ibarət Müqəddəs ruh dirildən Rəbbdir. Oğul isə ona səcdə edəndir. Peyğəmbərlərlə danışanın qüdrəti ilə. Yəhuliyyə yeganə müqəddəs kilsədir. Günahların bağışlanması üçün bir dəfə xaç suyuna salınmağı etiraf edirəm. Ölülər dirilənə qədər o sağdır. Keşməkeşli həyat onun varlığıdır. Amin!"573
  
Tərcüməçinin son sözü
Uca Allahdan diləyirəm ki, oxuduğunuz bu kitab sizin üçün elm və savab mənbəyi olsun... Amin!

Peyğəmbərlərin ən şərəflisi Muhəmməd  haqqında mötəbər məlumatlar çox olduğu üçün ayrıca kitab tərcümə olunmalıdır. İnşallah gələcəkdə belə bir kitabın nəşr edilməsinə çalışacağıq.

Kitabın tərcüməsi insan əməyi olduğu üçün səhvlərin olması da qaçılmazdır. Hər bir oxucudan xahiş olunur ki, qarşılaşdığı səhvlər, irad və təkliflər barədə qarxuni@gmail.com ünvanına qısa bir məktub göndərsin.

Həmd olsun Allaha!

Kitabın tərcüməsi 03-02-1432 hicri, 08-01-2011 miladi tarixində sübh namazından öncə başa çatdı.

Terminlər lüğəti



Qiyas:

Müqayisə mənasına yaxın bir sözdür. Bu, şəriət əhkamlarının əsas­lan­dırılması üçün qaydalardan biri sayılır. Əgər bu yolla əsaslandırılan müqa­yi­sə şəriətin digər aşkar sübutlarına zidd deyilsə məqbul hesab olunur.

Cumhur:

Elm adamlarının əksəriyyəti.

Qədəriyyə:

Qəza-qədəri inkar edən firqə adıdır.

Cəbəriyyə:

İnsanın heç bir ixtiyar sahibi olmadığını və qəza-qədər ilə hər işi məcburi icra etdiyini iddia edən firqə adıdır.

Movquf:

Səhabənin və ya onların tələbələri olan tabiinlərin sözü kimi deyilən: yəni, Peyğəmbərə  nisbət edilməyən rəvayətlər.

Mərfu:

Peyğəmbərə  nisbət edilən hədislər.

Mursəl:

Tabiinin hədisi birbaşa Peyğəmbərə  nisbət etməsi.

Muttasil:

Sənədində heç bir kəsik olmayan rəvayət.

Mütəvatir

Çoxlu müxtəlif yollarla rəvayət olunan hədis.

Səhih:

Mötəbər hədis növüdür.

Həsən:

Lüğəti mənası yaxşı deməkdir. Termin kimi səhih hədis dərəcəsinə çatmayan hədis növüdür. Bu növ hədislər məqbuldur.

Zəif:

Qəbul edilməyən hədis növüdür.

Məşhur:

Üç və daha çox sənəd ilə rəvayət olunan hədis növü.

Əziz:

İki sənəd ilə rəvayət olunan hədis növü.

Qərib:

Bir sənəd ilə rəvayət olunan hədis növü.

Qüdsi hədis:

Hədis birbaşa Allah tərəfindən Peyğəmbərinə  vəhy edilib, amma Qurana salınmayıb.

Səhih liğeyrihi:

Başqa rəvayətlərin şahidliyi ilə səhih dərəcəsinə yüksələn hədis.

Həsənun liğeyrihi:

Başqa rəvayətlərin şahidliyi ilə həsən dərəcəsinə yüksələn hədis.

Siqa:

Etibarlı rəvayətçi.

İsrailiyyat:

Əhli-kitabın kitablarından rəvayət olunan xəbərlər.

Təfsir:

Qurani-Kərimin ayələrini izah edən elm.

Buraq:

Minik adıdır.

Sələf:

Lüğəti mənada ötən deməkdir. Termin olaraq – səhabələr və onlardan sonra gələn alimlər nəzərdə tutulur. Bu xüsusi bir məzhəb deyil.

Fiqh:

Şəriət əhkamlarını ehtiva edən hüquqi elmdir.

Vəz:

Moizə, xütbə. Dindən danışılan söhbət, çıxış.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   515   516   517   518   519   520   521   522   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin