Ağlayırdın ey insan, sən dünyaya gələndə,
Sevinib gülürdülər insanlar yan-yörəndə.
Özün üçün gün ağla, elə işlər gör ki sən,
Onlar ağlayan zaman sevinəsən, güləsən.
Bu üç məqam adəm övladı üçün ən çətin məqamlardır. Uca Allah Yəhyanı hər üç məqamda salamat etmişdir: «15. Ona doğulduğu gün də, öləcəyi gün də, (Qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun!» (Məryəm: 15).
|