30-Nəfsi onu qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.
31-Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.(əl-Maidə: 27–31). Qardaşı Habili ölümlə hədələyərkən onun: "Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram..." – deməsi onun gözəl əxlaqından, qəlbindəki Allah qorxusundan xəbər verir. Özünün alicənablığını göstərib qardaşının əməlinə qarşılıq vermədi.
İki səhih əsərdə Peyğəmbərin r belə dediyi rəvayət olunur: "İki müsəlman qılınclarını çəkib üz-üzə gələrlərsə öldürən də ölən də Cəhənnəmlik olar".
Orada olanlar dedilər: "Ey Allahın elçisi! Öldürənin cəzası aydındır. Bəs ölənin nə təqsiri var?"
Peyğəmbər r dedi: "O da öz yoldaşını öldürmək istəyirdi"54.