ADƏM VƏ HƏVVANIN ALLAHA ŞƏRİK QOŞMASI HAQQINDA RƏVAYƏT OLUNAN YALAN HEKAYƏ
Uca Allah buyurur:
"Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı..."(əl-Əraf: 189).
Allah onlara saleh övlad verdikdə özlərinə verdiyi ilə əlaqədar (insanlar) Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən Ucadır!" (əl-Əraf: 189-190).
Ayədə ilk olaraq Adəm xatırlanır sonra isə insan cinsinə müraciət olunur. Burada Adəm və Həvva nəzərdə tutulmur. Şəxslər yada salındıqdan sonra insan cinsi xatırlanır. Buna bir çox ayələri misal çəkmək olar. "Biz, həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik." (əl-Muminun: 12,13). (Birinci ayədə şəxs olaraq Adəmdən, ikinci ayədə isə cins olaraq insandan bəhs edilir. (Tərc.)). "And olsun ki, Biz dünya səmasını qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq." (əl-Mülk: 5). Məlum olduğu kimi şeytanlara atılan mərmilər səmadakı qəndillərin özü deyil. Bu ayədə ulduzlar haqqında danışılandan sonra onların cinsi (növləri) yada salınır.
Həsən əl-Bəsri Səmurədən, o isə Peyğəmbərdən r belə rəvayət edir: "Həvvanın oğlan uşaqlarının heç biri sağ qalmırdı. Bir dəfə o hamilə olarkən İblis onun yanına gəlib dedi: Sən uşağını Əbdülharis adlandırsan o yaşayacaq. O da uşağı Əbdülharis adı ilə adlandırdı və uşaq yaşadı. Bu da şeytanın vəsvəsəsi və əmri idi"63.
Həsən əl-Bəsri yuxarıdakı ayələri deyilənlərin əksi olaraq təfsir etmişdir. Əgər onun Səmurədən rəvayətçisi olduğu hədisin Peyğəmbərə nisbəti dəqiq olsaydı, o zaman bu hədisi qoyub ayəni başqa cür təfsir etməzdi. Daha doğrusunu Allah bilir.
Eyni zamanda Uca Allah Adəm və Həvvanı bəşəriyyətin əsası olub özlərindən çoxlu kişi və qadınlar törəsinlər deyə yaratmışdır. Əgər qeyd olunan hədis səhihdirsə o zaman necə ola bilər ki, hədisdə deyildiyi kimi Həvvanın oğlan uşağı qalmasın?!
Halbuki Adəm və Həvva həmin hədisdə deyiləndən qat-qat çox mütilik göstərirdilər. Adəm Allahın Öz əli ilə yaradıb ruhundan üfürdüyü, mələklərini ona səcdə etdirdiyi, hər şeyin adını öyrətdiyi və Cənnətdə məskunlaşdırdığı bəşəriyyət atasıdır.
Əbu Zər t deyir ki, mən Peyğəmbərə r dedim: "Ey Allahın elçisi! Peyğəmbərlərin sayı nə qədərdir?
Dostları ilə paylaş: |