Rəhman və Rəhim olan Allahın adı ilə


QURANİ-KƏRİMDƏ NUH PEYĞƏMBƏRİN 



Yüklə 3,81 Mb.
səhifə65/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   61   62   63   64   65   66   67   68   ...   532
QURANİ-KƏRİMDƏ NUH PEYĞƏMBƏRİN  HEKAYƏSİ
Uca Allah Qurani Kərimin bir çox ayələrində Nuh peyğəmbərin qis­sə­si­ni, qövmünün etdiklərini, küfr edənlərin tufanla cəza­landırıl­ma­sı­nı, iman edənlərin isə gəmi ilə xilas edilməsini bildirmişdir. Bu haqda əl-Əraf, Yunus, Hud, əl-Ənbiya, əl-Muminun, əş-Şuəra, əl-Ənkəbut, əs-Saf­fat, əl-Qəmər surələrində məlumatlar vardır. Onun haqqında Nuh adlı su­rə də nazil edilmişdir.
Uca Allah əl-Əraf surəsinin (59-64-cü) ayələrində deyir:

59. Biz Nuhu öz tayfasına göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”



60. Tayfasının başçıları ona! “Biz səni açıq-aydın azmış görürük!, – deyə cavab verdilər.

61. Nuh dedi: “Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!

62. Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm!

63. Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?"


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin