Rəhman və Rəhim olan Allahın adı ilə


Əgər siz üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!”



Yüklə 3,81 Mb.
səhifə67/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   63   64   65   66   67   68   69   70   ...   532
72. Əgər siz üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!”

73. Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları varislər etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!
Uca Allah Hud surəsinin (25-49-cu) ayələrində buyurur:

25. Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!

26. Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!”

27. Nuh tayfasının kafir əyan-əşrəfi dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”

28. Nuh dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq–aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa, istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?!

29. Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!

30. Ey camaatım! Əgər mən onları qovsam, məni Allahın əzabından kim qurtara bilər? Məgər düşünmürsünüz?

31. Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!”

32. Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə–boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”

33. Nuh belə cavab verdi: “Onu istəsə, ancaq Allah sizə gətirər və siz Allahı əsla aciz buraxa bilməzsiniz.

34. Əgər Allah sizi sapdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!”


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin