35. Yoxsa: “O onu özündən uydurdu!” – deyirlər. Onlara belə cavab ver: “Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!”
36. Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə!
37. Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə! Çünki onlar suda boğulacaqlar!”
38. Nuh gəmini düzəldir, ümmətinin əyan–əşrəfi isə yanından ötüb–keçdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: “Əgər indi siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq.
39. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”
40. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Nuha dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə çox az adam iman gətirmişdi.
41. Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı (Bismilləh) ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”
42. Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
Dostları ilə paylaş: |