76. Nuhu da (yad et)! O daha öncə yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən qurtarmışdıq!
77. Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını suda qərq etdik. (əl-Ənbiya: 76-77).
Əl-Muminun surəsində isə belə deyilir:
23. Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Məgər qorxmursunuz?”
24. (Nuh) qövmünün kafir başçıları dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
Dostları ilə paylaş: |