117. (Nuh) dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.
118. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!
119. Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.
120. Sonra yerdə qalanları suda boğduq!
121. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
122. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (əş-Şuəra: 105-122)
Əl-Ənkəbut surəsində deyilir:
14. Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.
15. Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik. (əl-Ənkəbut: 14-15).
Əs-Saffat surəsində deyilir:
75. Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!
Dostları ilə paylaş: |