87. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da, onları seçdik və düz yola yönəltdik. (əl-Ənam: 73-87).
Əraf surəsində onun qissəsi haqqında olan ayələri artıq qeyd etmişik.
Tövbə surəsində isə deyilir:
70. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər. (ət-Tövbə: 70).
Yunus və Hud surələrində onun qissəsi haqqında olan ayələri artıq qeyd etmişik.
İbrahim surəsində isə deyilir:
9. Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər. (İbrahim: 9).
Əl-İsra surəsində deyilir:
3. Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, o çox şükür edən bir bəndə idi! (əl-İsra: 3).
17. Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi kifayət edər. (əl-İsra: 17).
Əl-Ənbiya, əl-Muminun, əş-Şuəra və əl-Ənkəbut surələrində onun qissəsi haqqında olan ayələri artıq qeyd etmişik.
Əhzab surəsində isə belə deyilir:
Dostları ilə paylaş: |