Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə86/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   82   83   84   85   86   87   88   89   ...   532
52. Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi. (ən-Nəcm: 52).
Əl-Hədid surəsində belə deyilir:

26. And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və kitabı onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə fasiqlərdir! (əl-Hədid: 26)
Ət-Təhrim surəsində belə deyilir:

10. Allah kafirlərə Nuhun qadını ilə Lutun qadınını misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: “girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi. (ət-Təhrim: 10).

ADƏMİN  ZÜRRİYƏTİNİN HAQQ YOLDAN AZMASI VƏ BÜTLƏRƏ SİTAYİŞ ETMƏSİ


Nuh peyğəmbər ilə tayfası arasında baş verən hadisələrin məzmunu Qurani-Kərimdən, hədislərdən və səhabələrin rəvayətlərindən qaynaqlanır.

Biz İbn Abbasın  rəvayətini qeyd edib demişdik ki, Adəm ilə Nuh arasında on əsr vaxt var idi və bu müddət ərzində insanlar İslam dininə etiqad edirdilər. Sonra əsr sözünün nəsil və ya yüz il mənasında işlədilmə ehtimallarını da vurğuladıq.

Deyilən müddət ərzində yaşayan insanlar özlərindən yeni fikirlər icad etdilər. Bu isə onları bütlərə sitayiş etməyə aparıb çıxartdı.

Bunun səbəbi isə budur. Demək Buxari83 “Öz ilahlarınızı tərk etməyin, Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!” (Nuh: 23) ayəsinin şərhində İbn Abbasdan  rəvayət edir: "Bu adlar Nuhun qövmündən olan əməlisaleh insanların adlarıdır. Onlar vəfat etdikdə şeytan insanlara vəsvəsə verib dedi: onların durub-oturduğu yerlərdə heykəl düzəldin və adları ilə adlandırın." İnsanlar bunu etdilər amma ilk anda onlara heç kəs ibadət etmirdi. Həmin nəsil vəfat etdikdən və elm itdikdən sonra insanlar həmin heykəllərə ibadət etməyə başladılar.

İbn Abbas  deyir: "Nuh qövmündə ibadət olunan bu bütlər sonradan ərəblərə gəlib çıxdı. Ərəblərin bu bütlərə ibadət etmək üsulları müxtəlif formalarda idi". Biz təfsir kitabımızda bu haqda danışmışıq. Minnət qoymaq və həmd olunmaq Allaha məxsusdur.

İki səhih kitabda84 Peyğəmbərin  belə dediyi rəvayət olunur: "Ummu Sələmə və Ummu Həbibə Həbəşistanda gördükləri "Mariya" adlı kilsəni Peyğəmbərə vəsf edərkən onun gözəl və içərisində şəkillər olduğunu dedilər. Peyğəmbər dedi: Onlar, vəfat edən əməlisaleh insanın qəbiri üzərində məscid tikir, sonra orada onun təsvirini çəkirlər. Bunlar Allah qatında ən şərli məxluqatlardır."




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin