NUH YER ƏHALİSİNƏ GÖNDƏRİLƏN İLK ELÇİDİR
Yer üzündə fitnə-fəsad tüğyan etdiyi və bütlərə sitayiş edildiyi bir vaxtda Uca Allah qulu və rəsulu Nuhu Allaha heç bir şərik qoşmadan təkcə Ona ibadət etməyə və qeyri ilahlara ibadəti qadağan etmək üçün peyğəmbər olaraq göndərdi.
Nuh Uca Allahın yer üzünə göndərdiyi ilk rəsul idi. İki səhih kitabda85 şəfaət haqqında olan hədisdə Əbu Hureyrə Peyğəmbərin belə dediyini rəvayət edir: "İnsanlar Adəmin yanına gələrək deyəcəklər: "Ey Adəm! Sən bəşəriyyətin atasısan, Allah səni Öz əli ilə yaradıb, dərgahından ruh üfürüb, mələklərə əmr edib onlar da sənə səcdə edib, səni Cənnətdə məskunlaşdırıb. Rəbbinin yanında bizim üçün şəfaətçi ola bilərsənmi? Bizim nə kökdə olduğumuzu görmürsən?"
Adəm cavabında deyir: "Rəbbim heç olmadığı kimi çox qəzəblənib. Əvvəl heç vaxt belə qəzəblənməyib. Heç bundan sonra da belə qəzəblənən deyil. Rəbbim mənə o ağacdan yeməyi qadağan etdi, mən isə Ona asi oldum. Ah nəfsim, ah nəfsim. Başqasının yanına gedin. Nuhun yanına gedin".
Onlar Nuhun yanına gəlib deyəcəklər: "Ey Nuh! Sən yer əhlinə göndərilmiş ilk rəsulsan. Allah səni "şükr edən bəndə" adlandırıb. Sən bizim halımızı görmürsən? Sən, işin nə yerə gəlib çatdığını görmürsən? Sən, bizim üçün Allahın yanında şəfaətçi ola bilərsənmi?"
Dostları ilə paylaş: |