Rəhman və Rəhim olan Allahın adı ilə


Xeyir verib mənim sizə üç şeyim



Yüklə 3,81 Mb.
səhifə91/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   87   88   89   90   91   92   93   94   ...   532
Xeyir verib mənim sizə üç şeyim

Əlim, dilim və görünməyən qəlbim.

NUHUN  OĞLUNA VƏSİYYƏTİ
Abdullah ibn Amr  deyir ki, biz Peyğəmbərin  yanında idik. Bu zaman əynində ipəklə bəzədilmiş yaşıl rəngli əba olan bir nəfər bədəvi gəldi. Peyğəmbər  dedi: "Bu adam hər ağıllı adamı alçaldıb, axmaqları Uca tutmaq istəyir."

Peyğəmbər  paltarının ətəyini ovucuna yığıb dedi: "Sənin üzərində dəli adamın geyimini görürəm?" Sonra isə dedi: "Allahın peyğəmbəri Nuhun vəfatı gəldikdə öz oğluna dedi: Mən sənə vəsiyyətimi deyirəm: Sənə iki şeyi əmr edir, iki şeydən isə çəkindirirəm. Sənə "Lə iləhə illəllah"97 kəlməsini deməyi əmr edirəm. Həqiqətən əgər yeddi qat göy və yeddi qat yer tərəzinin bir gözünə, "Lə iləhə illəllah" kəlməsi isə digər gözünə qoyularsa, "Lə iləhə illəllah" kəlməsi ağır gələr. Əgər yeddi qat göy və yeddi qat yer bir–birinə qarışsaydı, "Lə iləhə illəllah", "sübhənəlllah və bihəmdihi"98 kəlmələri onları bir-birindən ayırardı. Bu sözlər hər bir şey üçün duadır. Bu sözlərlə məxluqatın ruzisi verilir. Səni şirkdən və təkəbbürlülükdən çəkindirirəm."

Orada olanlardan biri dedi: "Ey Allahın elçisi, şirkin nə olduğunu bildik. Bəs təkəbbürlülük nədir? Kiminsə gözəl bağlı ayaqqabısı varsa bu da təkəbbürlülükdür?"

Peyğəmbər  dedi: "Xeyr."

O dedi: "Təkəbbürlülük gözəl libas geyinməkdir?"

Peyğəmbər  dedi: "Xeyr."

O dedi: "Təkəbbürlülük miniyin olmasıdır?"

Peyğəmbər  dedi: "Xeyr."

O dedi: "Təkəbbürlülük oturub–durmaq üçün dost–tanışı olmaqdır?"

Peyğəmbər  dedi: "Xeyr."

Mən dedim: "Ey Allahın elçisi bəs təkəbbürlülük nədir?"

Peyğəmbər  dedi: "Təkəbbürlülük haqqı inkar etmək və insanları alçaltmaqdır."99 Bu səhih sənədli rəvayətdir.

 

 



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin