XALİS VƏ ƏRƏBLƏŞMİŞ ƏRƏBLƏR
İsmail peyğəmbərdən öncə olan ərəblər xalis ərəblər (əl-Ərəb əl-Aribə) sayılırlar. Onlar bir çox qəbilələrdə yaşayırdılar. Məsələn, Ad, Səmud, Curhum, Tasim, Cədis, Əmim, Mədyən, Əmlaq, Casim, Əbil, Qəhtan, Bənu Yəqtun və başqaları.
Ərəbləşmiş ərəblər (əl-Ərəb əl-Mustərəbə) isə İbrahim əl-Xəlilin oğlu İsmail peyğəmbərin övladlarıdır. İsmail ibn İbrahim ərəb dilini bəlağət və fəsahətlə danışan ilk insan olmuşdur. O ərəb dilini əl-Hərəm torpaqlarında anasının yanında məskən salmış Curhum qəbiləsindən öyrənmişdi. Bu haqda öz məqamında danışacağıq. Uca Allah İsmailə bu dili tam şəkildə fəsahətlə və bəlağətlə öyrətdi. Peyğəmbər də eyni qaydada bu dildə danışırdı.
Dostları ilə paylaş: |