HUD PEYĞƏMBƏRİN QURANİ-KƏRİMDƏ HEKAYƏSİ
Tufan hadisəsindən sonra bütlərə ibadət edən ilk tayfa "Birinci Ad" tayfası olmuşdur. Uca Allah onlara qardaşları Hudu peyğəmbər göndərdi. Hud onları Allahın yoluna çağırırdı.
Uca Allah əl-Əraf surəsində Nuh qövmünü və onların başına gələnləri yada saldıqdan sonra deyir:
65. Ad tayfasına da qardaşları Hudu göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir haqq ilahınız yoxdur. Məgər qorxmursunuz?”
66. Hud tayfasının kafir başçıları ona: “Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər.
67. Hud dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
68. Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.
69. Yoxsa sizi qorxutmaq üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”
70. (Hud tayfasının kafirləri) dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı bir gətir görək!”
71. Hud onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
Dostları ilə paylaş: |