Rəhman və Rəhim olan Allahın adı ilə


O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir?



Yüklə 3,81 Mb.
səhifə97/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   93   94   95   96   97   98   99   100   ...   532
35. O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir?

36. Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq!

37. Bizim həyatımız yalnız bu dünyadadır. Ölür-dirilirik. Biz dirildiləcək deyilik!

38. Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!”

39. Hud dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”

40. Allah buyurdu: “Bir azdan peşman olacaqlar!”

41. Həqiqətən, qorxunc bir səs onları bürüdü. Biz onları saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv olsun!  (əl-Muminun: 31-41).
Uca Allah əş-Şuəra surəsində Nuhun hadisəsindən sonra deyir:

123. Ad taydası da peyğəmbərləri təkzib etdi.

124. O zaman ki, qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?

125. Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm!

126. Allahdan qorxun və mənə itaət edin!

127. Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

128. Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub əylənirsiniz?

129. Sanki əbədi qalacaqsınız deyə su hövzələri tikirsiniz!

130. Və yaxaladıqda da zalımlar kimi yaxalayırsınız!

131. Artıq Allahdan qorxun və mənə itaət edin!

132. Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi!

133. Sizə heyvanat, oğul-uşaq,

134. Bağlar və çeşmələr verdi!

135. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”

136. Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir.

137. Bu əvvəlkilərin adətindən başqa bir şey deyildir!

138. Və biz əzaba da düçar olmayacağıq!”

139. Onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.



140. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin