141. Səmud tayfası da peyğəmbərləri təkzib etdi.(əş-Şuəra: 123-141). Fussilət surəsində isə belə deyilir:
15. Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.
16. Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də olunmayacaqdır.(Fussilət: 15-16). Əl-Əhqaf surəsində deyilir: