Reklamın meydana gəlməsi və təkamülü Orta əsrlərdə reklamın təşəkkül tapması XX əsrdən sonra reklamın inkişafı


Müstəqillik illərində Azərbaycanda reklam fəaliyyətinin təşkili



Yüklə 73,74 Kb.
səhifə5/6
tarix21.04.2022
ölçüsü73,74 Kb.
#115409
1   2   3   4   5   6
Reklam möv 1

1.5. Müstəqillik illərində Azərbaycanda reklam fəaliyyətinin təşkili

Ölkəmizdə XIX əsrin sonlarından başlayaraq sistemli şəkildə KİV-də reklam fəaliyyəti həyata keçirilməyə başlanılmışdır. Bu prosses XX əsrin əvvəllərinə kimi inkişaf etmişdir. Lakin bu inkişaf Sovetlər Birliyi dönəmində olduqca ləng get-mişdir. Bunun başlıca səbəbi imperiyadakı sosialist idarəetmə rejimi olmuşdur. XX əsrin sonlarında SSRİ-nin süqutu və müstəqil Azərbayan Respublikasının yaranması reklam bazarına yeni nəfəs gətirdi. Azərbaycan Respublikası yenidən müstəqil olduqdan sonra ölkənin yeni iqtisadi münasibətlərə keçid prosesi başladı. Belə ki, özəl sektorun yaradılması və inkişaf etdirilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, beynəlxalq iqtisadiyyata inteqrasiya, innovativ yeniliklərin tətbiqi və s. kimi formaların ölkə iqtisadiyyatına tətbiqi həyata keçirildi. Nəticədə ölkədə açılan yeni istehsal və xidmət sahələri reklam fəaliyyətinin inkişafına zəmin yaradacaqdır.

Bütün bu tədbirlər Azərbaycanda reklam agentliklərinin çoxalmasına təsir göstərdi. Respublikadakı reklam agentliklərinin ümumi gəliri 1996-cı ildə 8 milyon dollar, 1998-ci ildə 10 milyon dollar, 2000-ci ildə 8 milyon dollar təşkil etmişdir. O dövr əhalisi 8 milyon olan bir ölkədə dörd illik orta mənfəətin təxminən 9,5 milyon dollar olması çox hesab olunmur. Yalnız Rusiyada həmin göstərici 1 illik iki milyard dollar təşkil edirdi. Azərbaycanda reklam məlumatlarının yayımlan-masında ayrı-ayrı reklam vasitələrin xüsusi çəkisi 2000-ci ildə: televiziya üzrə-43%, qəzet üzrə-28%, jurnal üzrə-17%, lövhə reklamı üzrə isə-12% təşkil etmişdir.

Azərbaycan Reklamçılar İttifaqının məlumatlarına əsasən, 2006-cı ildə ölkənin reklam agentliklərinin əldə etdikləri gəlir 3,0 milyon dollar təşkil etmişdir ki, onun da 60%-i ölkəmizin televiziya və radio qrumlarının, 40%-i isə müxtəlif çap nəşrlə-rinin və küçə reklamının payına düşür. Ölkəmizdə reklamı gənc biznesini sahəsi kimi qiymətləndirmək olar. Respublikamızda reklam işinin siyasət və ticarət reklamı xüsusiyyətli ol-ması müxtəlif vaxtlarda, müxtəlif formalarda olmuşdur. Qey edilənləri cədvəl 1.1.-də əyani şəkildə görmək olar.

Cədvəldə verilənlərdən göründüyü kimi, SSRİ dövründə reklam işində əsasən siyasi xüsusiyyətli reklam daha üstün idi. Belə ki, 1920-1930-cu illərdə reklam fəaliyyətinin 40,0%-i ticarət, 60%-i siyasi mövzuya həsr edilmişdi. Bu verilənlər uyğun olaraq 1930-1940-cı illər üzrə 20,0% və 80,0%, 1940-1950-ci illər üzrə isə 0,0% və 100,0% olub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə göstəricilər ilk olaraq ticarət reklamının xeyrinə yüksələrək 1995-97-ci illər üzrə 80,0% və 20,0%, sonra azalaraq 1997-1999-cu illər üzrə 50,0% və 50,0%, 2006-cı ildə isə 15,0% və 85,0% olub.


Yüklə 73,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin