Renkli inqilablarin cazibesi ve yumshaq inhiraf



Yüklə 198,08 Kb.
səhifə1/2
tarix17.06.2018
ölçüsü198,08 Kb.
#53940
  1   2

Rəngli inqilabların cazibəsi və yumşaq inhiraf-birinci bölüm

Umud ilqarli

Giriş:

Güney Azərbaycan milli hərəkəti tarixi bir aşama yaşamaqdadır. Illər öncedən başlanan milli hərəkətimiz artıq elə bir yerə çatmiş ki, bir siyasi oyuncu olaraq tarixi qərarlar verməyə məcburdur. Bu qərarlar millətimizin gələcəyini bəlirləyəcək. Azacıq yalnışlıqla bu millətin gələcəyi bir qumar oyununa bağlana bilər. Azacıq sapma ilə , azacıq cayma ilə öz tarixi və gerçək axarından ayrılabilər. Bu millətin talei bir dönə böyük oyuncuların bazarlığında dəyişdi. Mutlu, gəlişmiş , demokratik bir ölkəyə çevriləbiləcək yurdumuz , yenidən qaranlıq bir dönəm yaşamağa məhkum oldu. Fars şovinizminin caynağına yenidən düşdü, soyqirima uğradı və…



63 il öncə Azərbaycanın tarixi gəlişməsində böyük bir çatlaq yarandi. Millət olaraq ən acil ehtiyacımız basdırıldı. 64 il öncə ödənməlı olan bir ehtiyac hələdə ödənməyib, o üzdəndə bugünkü hərəkətimizdə böyük çəlişkilərlə-təzadlarla başbaşayıq. Bölgədə və dünyada gedən hadısələrə baxdıqda milli dövlətimizi qurmaqda nəqədər gəcikmiş olduğumuzu duyuruq, ancaq hələ mərkəzə bağlılığın mənəvi zəncirlərindən qurtarabilməyənlərimizcə hələ tezdir!

Ölkə içində tarixi hadısələr baş verir, bölgədə ardı ardına düzülən dəyişmələrə tanıq oluruq, ancaq üzərimizə çökən qaraltının üzündən nə edəcəyimiz haqda çaş baş qalmışıq. Doğrudur , biz bir millət olaraq 80 ildən çoxdur ki təhqir olunuruq, özgüvəncliyimizi əziblər, yenilik yaratmağa cəsarətimizi qiriblar, gələcəyimizdə özümüzdən çox başqalarının necə yanaşmasın etkili görürük. Bunu biz yaşam boyu öyrənmişik. Öyrədiblər bizə. 80 il təhqir sistemi içində şəxsiyyətimizi millət olaraq formalaşdiriblar. O üzdəndə bugün bir balaca meydanın dəyişməsi ilə şaşırıb qalırıq.

Sanıram, görünən kəndə Belədçi lazım deyil. Aylardır İran deyilən ölkədə yaşıl dalğa deyilən bir hərəkət başlayıb. Hakimiyyəti şaqqalayib, addim addim irəli gedən bu hərəkət haqda hələlik milli hərəkət olaraq qərarımız bəlli deyil. Əgər bir sürə milli hərəkət olaraq sukütumuz anlamliydisa, aylar sonra bu suküt artıq öz anlamıni itirir. Bu susqunluqdan mənadan daha çox qərarsizliq tökülur. Qərasızlığın yanında başqa olaylar göstərir ki, hərəkət sakinca( əhtiyat) burulğanında firlanmaqdadır. Ictimai-siyasi hərəkətlərdə davamliliq önəmli faktordur. Xordad seçkilərindən sonra hər il yapdiğımız torənlərin və etirazların bu il heç biri görünmur. Azacıq dalda bucaqda olan hərəkətlə milləti və dünya kamuoyunu dəyişmək olmaz.

Əlbəttə dərd təkcə yaşıl hərəkət olsaydi, dözmək olardi. Məni düşündürən, gələcək olaylardir. Bu yaşıl hərəkət bəlkə bir çirtmayidir, bizi özümüzə gətirməyə. Bu çirtma ilə biz başa düşdük ki, iş çox ciddidir. Bir an düz hərəkət etməsək, bu millətin talei yənədə qumar oyununa tapşirilacaq. Yənədə özləm dolu şəir yazmağa başlayacayıq.bəlkədə o zaman daha donub arxamiza baxmağa cəsarət etməyəcəyik. O zaman yalnız yərə baxmaq və gələcək quşağın qabağında başi aşağa olmaq bizə düşəcək.

Məsələni sadələştirib iki yolun birini ( susmağa davam etmək ya yaşıl hərəkətə qoşulmaq-muvazi hərəkət kimi)seçməklə yalnız özümüzu aldatmiş olarıq.yaşıl hərəkətin dayanmasıni və ya Əhmədinejad hakimiyyətinin getməsini oturub gözləmək isə tarixi bir yalnişliqdir. Tədbirsizlik və qorxaqliq ucundan yoladüşmuş hərəkəti yenidən dayandirmaq bağişlanmaz bir xətadır. Bunu bizə gələcək quşaq(nəsl) bağişlamaz. Belə davranış, Suyun axarina düşub, özümüzu gələcək pözücu burulqanlara tapşirmaq deməkdir. müstəmləkə ölkələrinin düşdüyu pözücu burulqana ( dorə batəl) düşməmək üçün indidən bir iş görmək lazımdır. alın yazısina inanıb munfəilliyə əl atmaq isə bizə düşən bir seçənək deyil. Biz özümüzu və bizi surukləyən dalğaları doğru düzgün tanıyib və öz yolumuzu cizmalıyiq. O zaman dalğaların qurbanı olmayib, onlardan yararlanmaği bacaracayıq.

Bu yazıda hərəkətimizin mahiyyətini nəzərdə alaraq, üzərimizə gələn və bizi götürən dalğalarla necə davranacağımız haqda düşüncələrimi iletməyə çalışacam.


Ictimai dəyişimlər və ictimai hərəkətlərin mahiyyəti

Sosyolijistlərin maraqlandiği və üzərində araştirma apardığı önəmli qonulardan biri ictimai dəyişim və dönüşumlərdir. Ancaq ictimai dəyişim və dönüşumlərləin nədənləri və necə başverməsi ilə bağlı , sosyolijidə genəl bir təori ( quram) və qapsayıci bir model yoxdur. Citimai dəyişimlərdə çeşitli amillərin rolunun olması və bu amillərin bir birini etkiləməsi çağdaş sosyolojinin qəbul etdiyi bir ilkedir.

Iqtisadi altyapı, təknology, cəmiyyət amili, idəology, dəyərlər və təzadlar…kimi amillər toplum uzmanlarının araştirdıqları amillərdəndilər. Bu ətkənlər( amillər) dəyişim və dönüşumə yataq sağlasalar da, sonunda insanların fərdi(birəysəl) və cəmi(toplusal) hərəkətləri sonucunda ictimai dəyişim gerçəkləşir və ictimai tarix yaranır.

Insanların fərdi və cəmi olaraq dəyişim yaratmağa can atmaları onların ehtiyaclarından( gərəksinimlərindən), istək və hədəflərindən doğur. Indiki ictimai – siyasi quruluş , dəyərlər və örgütlər bir toplumun istəyincə deyilsə, o toplumun acil ehtiyaclarını qaldirmirsa durumu dəyiştirmək söz qonusu olur. Toplu olaraq hərəkətə kəçib durumu dəyiştirmək, ictimai hərəkətin( toplumsal hərəkətin) təməlini oluşturur.(əlbəttə toplumsal hərəkətlər bəzi hallarda bir dəyişimə qarşı özəl varliqları qoruyub saxlamaq hədəfi ilə də yaranabilərlər)

Toplumsal hərəkətlər çağdaş dünyamizda dəyişim və dönüşum yaradan əsas amillərdəndi(ətkənlərdəndir). Toplumsal hərəkətlərə görə çox saylı araştirmalar və yazılar olsada, vahid və sabit bir tərif(tanıtim) bu haqda yoxdur. Hər bir araştirmacı qullandığı paradıgm və göruş açısi etibari ilə toplumsal hərəkətin bir bolumunu açıqlayir. Ancaq genəl olaraq demək olar ki, ictimai hərəkət bir toplumun özəl hədəflərə çatmaq üçün cəmi olaraq çalışması və əyləmləridir.

Fransali adlim sosyilojist "Alen toren"in dediyi kimi , ictimai hərəkətlərin varliq nədəni uç əsası ilkəyə bağlıdir.

-hoviyyət( kimlik) ilkəsi: ictimai hərəkət hansı qurumu və toplumu təmsil edir? Hansı toplumun qazanclarını qoruyur və o toplumun adından danışır?

- muxalıfət ya qarşıtliq ilkəsi: ictimai hərəkət hədəfinə çatmaq uçu hansı əsas mənə ilə qarşı qarşıyadır? Qarşısında duran hərif və düşmən kimdir? Hansı örgüt, güc, düşüncə və dəyərlər ictimai hərəkətin hədəflərinə qarşı düşməncə əməl edir?

-idəallar , dəyərlər , ulkülər və bir sözlə umumiyyət ilkəsi:bir ictimai hərəkətin ideolojiyası nedir? Ulküləri nedir? Dünyaca qəbul olunan hansı əsl əsasında hərəkətin başlayıb? O toplumun inandığı və qəbul etdiyi hansı umumi dəyərə dayanaraq mubarizəyə başlayıb? Hansı qəbul olmuş haqqa dayanaraq mubarizə etməkdə özünü haqlı bilir?

Beləcə ictimai hərəkətin mahiyyəti bəlli olur və qullandığı araclardan , mubarizə tərzindən , istədiyi dəyişimin səviyyəsi və necə uyqulanmasından asılı olaraq kültürəl, siyasi, milli , təbəqati, cinsiyyeti, inqilabi, radıkal, islahatçi, qurtuluşçu, kılasik və yeni ictimai hərəkətlər adı ilə ortaya çıxır.

Bu hərəkətlərin hər birinin istədiyi dəyişimi yaratmaq üçün, qarşıdakı düşməndən-manədən daha artıq güc mobaylizə etməsi gərəklidir. Bu əsasda ictimai hərəkətlər mahiyyətlərindən asılı olaraq bir sıra öyələrlə maddi və mənəvi güc toparlamağa başlayır. Ideoloji, təşkilat( örgüt), lider ( öndər) və liderlik, səmbollar( simgələr) –nimadlar- bayraq, …kimi öyələr ictimai hərəkətlərin güclənməsini sağlayan və mahiyyətini göstərən unsurlardır.

Ictimai hərəkətin mahiyyəti dəyişirsə, bu unsurlarda dəyişə bilər . tərsinə bu unsurların dəyişməsi ictimai hərəkətin mahiyyətcə dəyişməsini göstərəbilər. Mahiyyəti dəyişən bir ictimai hərəkətin yaradacaği dəyişimlərdə fərqli olar.gedəcəyi noqtə də dəyişər.

Güney Azərbaycan milli hərəkəti ictimai bir hərəkətdir. Bu hərəkətin mahiyyəti bəllidir .Alen Torenin ortaya qoyduğu üç əsas ilkəni nəzərdə alarsaq, onun mahiyyətinin nə olduğu açıq görünər. Bu hərəkət toplu olaraq bir milləti təmsil edir, bir millətin milli qazanclarını qorumağa çalışır, bir millətin adından danışır, bir millətin ən acil istəklərini ödəməyə çalışır. Bu üzdən bu ictimai hərəkət milli bir hərəkətdir. Təmsil etdiyi millət isə İran milləti deyil ,Güney Azərbaycan türk millətidir.bütün dünyaca qəbul olunmuş "öz gələcəyin bəlirləmə" haqqina dayanaraq, demokrasi və insan haqlarına dayanaraq, bərabərliyə və azadlığa dayanaraq yola çıxan bir hərəkətdir. Bu dəyərlər əsasında Güney Azərbaycanı müstəmləkəçilikdən qurtarmaq istəyir, azad , demokratik , murəffəh, insanların cinsindən –rəngindən-soyundan-məzhəbindən asılı olmayaraq bərabər huquqa malık və gəlişmiş bir ölkə qurmaq istəyir.qarşısında isə geri qalmış dəyərlər, şovonism və onu təmsil edən bir totalıter hakimiyyət var.

Belə bir hərəkətin özünə özgü bir ideolojiyası, örgüt və ya örgütləri, lideri və ya liderliyi, simbolları və bayrağı, … olmalıdır. Hərəkətin mahiyyəti və çevrənin şərayitinə görə stratejisi və pılanları olmalıdır. Belə olmadığı halda hərəkətin mahiyyətinin hər an dəyişməsi göz önündədir. Mahiyyəti dəyişən hərəkət isə millətin ən acil istəyindən doğan hədəfləri deyil başqa hədəflərə yönələcək. Millətimizin tarixi və zəruru olaraq istədiyi dəyişim deyil başqa noqtələrə gətirib çıxaracaq.hərəkətimizin hamihiyyətini doğru düzgün başa düşmək , ona güclənməsinə və düz yolda hərəkət etməsinə gərəkən unsurları sağlamaq və saxlamaq Belə bir həssas zamanda sapmamiz və caymamizi önləyəcək.



istemara qarşı hərəkətlər və Milli hərəkətimiz

Özgə bir millət çeşitli nədənlərə görə bir millətə hakim olursa və onun varliqların öz qazancina qullanırsa estemar (sömürgəcilik) adlanır.estemarçi öz hakimiyyətini və üstün qonumunu müstəmləkə millətə bir dizi qanıtlamalar və tocihlərlə qəbul ətdirir. Bu qanıtlamalar və tocihlərin hamısı bir yərdə bir sistem oluşturur, bu sistemə bütünlukdə estemar Ideolojisi deyilir.

Klasık estemar artıq bugünkü dünyada görünməsədə, estemarçilar yeni metodlarla müstəmləkə millətlərə öz hakimiyyətlərin sürürlər və öz qazancların yeni yollarla aparırlar.yeni estemarların yeni estemar Ideolojisi var.yeni estemar Ideolojiləri klasık Ideolojilərdən daha yumşaq və daha incə olur. Beləki sömürülən millət öz istəyi ilə estemarin çeşitli alanlarda hakimiyyətini qəbul edir və bu hakimiyyəti özünə qazanc kimi dəyərləndirir. Yeni estemar idəəolojisinin gəlişməsində sömürülən millətin özünundə rolu olur. ona görədə yeni estemara qarşı mubarizə kılasik estemara qarşık mubarizedən çətindir.

Indiki dünyada estemarçi cazibəli yataqlar hazırlayir. Heç bir sərt güc qullanmadan millətlər o yataqlara düşur. Sonucda bu yataqlarla irəli gedən millət istemarin qucağına düşməkdə başqaları ilə riqabətə Belə keçir.

Estemar altında yaşayan millətlərdə insanlar və bütünlukdə toplumun çoxunluğu öz doğma şəxsiyyətindən uzaqlaşir. Kimliyin itirir və o toplumun tarixi gəlişməsində çatlaq yaranır. Belə bir toplum özgə millətə iqtisadi, siyasi, ictimai və pesikolojik baxımdan bağlandiği üçün , bağimsiz bir aksiyöna (əyləmə) malık olabilmir. Özgə millətin dalınca gedir. Onun hərəkətləri öz gerçək və acil ehtiyacları əsasında yox, başqa millətin acil gərəksinimləri əsasında yaranır. Maraqlıdır ki, sömürülən millətin etirazi hərəkətləri Belə hakim millətin acil ehtiyacları əsasında olur. başqa millətdən gələn və doğma olmayan bir ehtiyac o millətin əsil ehtiyacları yerinə yərləşir. Əlbəttə burada sohbət öncəlikli ehtiyaclardan gedir( tərcih məsələsi ortadadır).

Müstəmləkə millətlərdə insanlarda özgüvənclik(ətəmad bə nəfs) çox aşaği olur. insanlar illər boyu təhqir olunmuşlar, onlarda yenilik və yaradıcılıq çox az görünür.estemar o milləti alçaldib, özünun üstün olduğunu illər boyu aşılayir, özünun gəlişməyə, azadliğa və hakim olmağa ləyaqitli olduğunu bir turlu onların beyninə yerləştirir.

millətlərdə milli şuur(bilinc) oyanırsa, o millət bağlılıqdan qurtarmağa və öz hakimiyyətini qurmağa hərəkətə gəlir.özgə millətə –hakim millətə bağlılığı qirmaq üçün yapılan əyləmlərin toplulluğuna estemara qarşı hərəkət deyilir.

Estemara qarşı hərəkətlər ilk dönə 18-ci yuzildə ingiltərənin Amerika müstəmləkələrində başlayır və onlar öz istiqlallarına qovuşurlar. Sonra isə 19-cu yuzildə ispanıyanın Amerika müstəmləkələri bir bir müstəqil olurlar.daha sonra 20 yuzillikdə asıya və afriqa ölkələrinə sıra çatir.

Yazıqlar olsun ki başqa millətlərin estemardan qurtulduğu illərdə , Azərbaycan türk milləti olaraq biz təzəcə estemar altına keçirdik. 19-ci yuzilliyin ilk yarisindan başlayaraq yurdumuzun bir hissəsi rus və bir bolumu isə ingilis, Amerika və əli təbrizli dəmişkən "ayaqyalın estemar" sayılan fars millətinin estemari altına düşdük.biz bu acı hadısəni yaşadıq və yaşamaqdayıq. Öncə klasık estemar daha sonra isə yeni estemari yaşadı bu millət. Millətimizin nuxBeləri(seçkinləri) estemar Ideolojisin oluşturmaqda farslardanda qabağa düşdülər. Millətimizi öz kimliyindən uzaqlaştirmaq on pılana kəçdi. Tariximiz, dilimiz, kültürumuz və…ya təhqir olundu ya saxtalaştirildi.

Estemarin sonucu olaraq, noxbelərimiz millətimizin əsas və acil ehtiyacıni (gərəksinimini) deyil, hakim millətin və dünyada gedən cərəyanların(axınların) yaratdiği ehtiyaclar əsasında mubarizə ətdilər. Güney Azərbaycanda sağçi və solçu hərəkətlər yarandi. əslində isə bu axınların başında türklər olsalarda, hamısı bizi başqa formada hakim millətə bağlı etməyə doğru aparırdi. Özümüzə güvənmədiyimiz üçün , əsil və acil gərəyimizi bilmədiyimiz üçün , dalğalardan və axınlardan baş qurtarib özümüzə gələnmədiyimiz üçün irəli getmək yerinə firlanmışıq və yenidən estemarin qucağına düşmüşük.

Sömürülən millətin iqtisadi- siyasi baxımdan hakim millətə bağlı olduğu bir yana, pesikolojik bağlılığı daha acı olur. sankı hakim millətin talei ilə bizim taleimiz özdəşib. Beləcə illər sonra ardı ardına hərəkətlərimizin heç biri bizi qurtaranmadı. Bəlkədə əslində qurtarmaqdan qorxmuşuq!!

Son 20 il içində nəhayət Güney Azərbaycanda yeni və doğma bir hərəkət yaranmağa başladı. Sağ və sola yox deyib, əsir millətimizi öndə tutan bir milli hərəkət ortaya çıxdı. bu hərəkət başqa istemara qarşı hərəkətlər kimi mahiyyət etibari ilə milli və siyasi hərəkət sayılır. Bu hərəkətlər ( bizim milli hərəkət kimi)bir millətin qazanclarını və milli qurtuluşunu amacladıqları üçün , bir milləti təmsil ətdikləri üçün və bir millət adından danışdıqları üçün milli hərəkət sayılırlar. Habelə hədəflərinin siyasi olduğu üçün- qudrətlə ilgidə olduğu üçün, hakim millətin hakimiyyətindən qurtarmaq və öz hakimiyyətini qurmaq istədikləri üçün siyasi hərəkətdilər. Əlbəttə yeni istemarlarda hakim millət öz hakimiyyətini çox incəliklə yürütdüyü üçün , məhkum və sömürülən millət ilk başda bunu qavraya bilmir. deməkdə əsil dərdini görəbilmir. Hakim millətin təhqir siyasətinə, asimilasiyon siyasətinə qarşı özünədönüş və öz dəyərlərini qorumaq milli hərəkətin körpəliyinin özəllikləridir. Bu aşamada(mərhələdə) başqa istemara qarşı hərəkətlər kimi, bir sıra doğal özəlliklər var. istemara qarşı hərəkətin körpəlik özəllikləridir bunlar. Dilimizi qoruyub saxlamaq, tariximizin qururlu olduğunu subut etmək, dilimizin fars dilindən üstün olduğunu savunmaq, şəxsiyyətlərimizi mənimsəmək… üçün çabalar yapmışıq və yapmaqdayıq. Bir sıra yoldaşlarımız hərəkətimizin belə bir özəlliyini şairlərimizin və ədəbiyyatçılarımızın hərəkətin başlanışında sayca çox olmalarına bağlayırlar. Əslində isə bu özəllik bütün istemara qarşı hərəkətlərin özəlliyidir. bir millətin seçkinləri bugünkü fəlakətin nədənlərini özgə millətin hakim olduğuna bağlayirsa, istemar altına düşməmişdən o millətin mutlu millət olduğuna inanır .inandığı dəyərlərin hakim millət tərəfindən əzildiyini deyirsə, o dəyərləriin varlığıni məhkum olmadığı anlarda görür. Varliqlarının hakim millət tərəfindən dağıldığını deyirsə, o varliqları məhkum olmadığı zamanda sağlam olduğuna inanır. Məhmuk olmadığı zaman isə keçmişdədir. əsir olmadığı zaman keçmişdədir. ona görə keçmişin özləmin yaşamaq doğal bir özəllikdir. Hərəkətimizdə demokrasinı bir dəyər kimi irəli sürürük, ona görədə millətçilərimizin bir çox yazılarında keçmişdə türk millətinin demokrat olması haqda sənədlər verilir. hərəkətimiz qadın kişi bərabərliyinə inanır, ona görədə fars millətinin əsarətinə düşmədiyimiz keçmişdə , türk millətinində qadınların huququ haqda yazılar ortaya qoyulur. Bu pədidə(olqu) çox təbiidir. itmiş cənnəti keçmişdə axtarmaq istemara qarşı hərəkətin özəlliyidir.



Başqa millətlərində yaşadığı bu mərhələni aşmasaq , gələcəyə pılan tökmək və gələcəkdən aydın təsvirlər yaratmaq yerinə , keçmişə dönüş və tarixçilikdə ilişib qalacayıq. gələcəyi bəlli olmayan bir axının kütlə üçün cazibəsi olmaz. Hər kəsin sorduğu bir soruyu hərəkətimiz cavablamalıdır: gələcək Azərbaycan necə bir ölkə olmalıdır? Sevindirici haldır ki , hərəkətimizdə bu aşamadan qurtarmağın bəlirtiləri görünür. "Azərbaycan demokrasi ocağı"nin apardığı soyləşilərdə(musahibədə) bunun izlərin görmək olar.

Başqa istemara qarşı hərəkətlərdə göründüyü kimi , bizim milli hərəkətimizin özəlliklərindən biridə "gerçəkdən qaçış" özəlliyidir. Pesikolojik baxımdan insanların çətin anlarda, nakam qalmaq(doymaz qalmaq) anlarında və istəklərinin sərkub olduğu anda(basdırıldığı anda) təpkilərindən biri gerçəkdən qaçmaqdir. Savunma mekanizmlerindendir bu tepki. Bu özəllik istemar altında inildəyən millətin və sonralar onun azadliq hərəkətinində özəlliyidir. Hərəkətimizdə və millətimiz içində bunu açıq görürük. Hərəkətə qoşulmaq istəməyənlərin arasında əsir olmadığımızi göstərən dəlilləri gözdən keçirsək, bu özəlliyin nə olduğun yaxşi başa düşərik. öncə fars millətinə bir neçə söyüş yağdırdıqdan sonra, "İran türklərin əlindədir , Tehranın bazaarı türklərin əlindədir, Xamnei türkdur və…" deyənlərin sayı az deyil. nə yazıq ki gercekden qacis özəlliyi bezen millətçilərində davranışlarında və baxışlarında görünür. Millətçilər də hərəkətimizin əsas ehtiyaclarından olan bir sıra gerçəklərdən qaçmaqdadırlar. Istemara qarşı hərəkətlərin ən önəmli unsurlarından biri "istemara qarşı ideoloji"dır. Güney Azərbaycan türk milləti olaraq , həmişə ideolojilərin qurbanı olduğumuz üçün ideolojinin milli hərəkətdə rolunu görmədən , adından belə qaçıriq. Üstəlik dönə dönə vurqulayırıq ki, bizim hərəkətimiz ideolojik hərəkət deyil. Ideoloji deyildikdə yalnız siyasi İslam və komonizm ideolojiləri beynimizdə canlanır. Bu ideolojilərin isə ziyanları və millətimizə vurduqları tarixi zərbələr onun dalınca beynimiə gəlir. Ideolojidən və Ideoloji sözündən belə qacmaqdayiq. Bir halda ki, milli qurtuluş hərəkətinin özünə özgü (məxsus)ideolojisi olur. nasyonalism özü Ideolojidir və istemar altından çıxmaq istəyən millətlərin nasyonalismi qurtarici(rəhayibəxş), inqilabi, radikal və siyasi nasyonalismdir. Əslində isə nasyonalism , komonism və İslamçiliqdan fərqli olaraq insanları dar bir yolaqda yürüməyə hökm edən ideoloji deyil. Nasyonalism səyyal və axıcı bir ideolojidir. Nasyonalism Ideolojisi millətlərin durumlarından asılı olaraq mahiyyəti dəyişən bir ideolojidir. Hakim millətin nasyonalismi ilə , məhkum millətin və azad millətin nasyonalismi fərqlidir. Ideoloji idealar, dəyərlər və açıq qəzavətlər sistemidir. Bu idea sistemi bir qurumu-toplumu amaclayaraq, o toplumun kim olduğun açıqlayir, hoviyyətin bəlli edir, başqaları ilə fərqlərini ortaya qoyur, inandığı dəyərlərdən ilham alaraq o toplumun tarixi aksiyonuna(eyləminə, koneşinə) cəhət verir.ideoloji amacladıği topluma deyir ki, siz kimsiz, kimlərin vasitəsi ilə istismar olursuz ya sömürülürsüz, niyə geri qalıbsız, niyə bugünkü durum dəyişməli və ya saxlanılmalıdır. Ideoloji amacladıği qurupun mənafeini tərifləyir, o mənafeə çatmaq üçün hansı işlərin görulməsi haqda yollar göstərir. Ideoloji "biz" deyilən bir pədidəni(olqunu) yaradır. "biz" ideolojidən asılı olaraq bir ictimai təbəqə(kəsim-qatman), cins, bir millət və ya bütün bəşəriyyət olabilər.bir milləti amaclayan Ideoloji milli Ideolojidir. Hakim millətin milli Ideolojisi onun üstünlüyünü tocih edir, onların hakim olmasına haq qazandırır . bu Ideoloji Marksın dediyi kimi məhkum təbəqələrə əfyun kimidir. Məhkum təbəqəni uyudur. Məhkum milləti uyuşturur. Məhkum təbəqənin və ya millətin oyanması və bilinclənməsi isə yenədə Ideolojinin aracilığı ilə olur. milli və ya təbəqati oyanış öz özünə yaranmırr. Milli oyanışda yeni bir Ideolojini yayan noxbelərin vasitəsi ilə yaranır. Yeni Ideoloji məhkum millət üçün "istemara qarşı milli Ideoloji"dir.bu Ideoloji əsir asimilə olmağa doğru gedən millətdə hoviyyət yaradır. Bu Ideoloji əsir millətin durumunu açıqlayır, düşmənlərini tanıdır, inandığı dəyərlər əsasında gələcəyin necə olması haqda təsəvvur yaradır, o millətin arzularını dilə gətirir, sorunlarının və dərdlərinin qaynağını bəlli edir. O milləti hərəkət etməyə təhrik edir. Milli qurtuluş Ideolojisi əsir millətin çıxış yolunu göstərir, qurtuluşun azadlığın dəyərini üzə gətirir, azadliq uğrunda ölməyi əsir yaşamaqdan üstün göstərir və…

Milli ideoloji milli mənfəətə dayanan bir ideolojidir. Ona görədə siyasi qərarlarda təsmim tutanların əl ayağın bağlayan Ideoloji deyil. örnək üçün, bizim milli ideolojimizə əsasən, bugünkü düşmənlərimizdən biri ermənistan devletidir. Ancaq milli ideoloji bizə demir ki, siz Azərbaycanın prezidenti olaraq ermənistan prezidenti ilə görüşməməlisiniz. Milli ideoloji bu göruşdə milli mənfəətimizi qorumağa çağırır bizi. Milli ideolojimiz əsasında biz türkçüyük və türk millətin sevirik. Ancaq bu o dəmk deyil ki, qeyri türkləri sevmək olmaz. Biz bəşəriyyətə xidmət edən hərkəsi sevirik, erməni ya fars olsa belə.

Maraqlıdır ki, "bizim hərəkətimiz ideolojik deyil" deyənlər özləri ideolojik davranırlar. Yazarlarımızın içində bu şuari verənlərin yazılarını bir daha oxusaq , bunu açıq aydın görmək olar. Biz milli oyanış amacı ilə millətimizə dilimizin aradan getməsini uyarırıq. Millət dilin dəyərini bilməsə, onun aradan getməsinin nədən qayğısın çəkməlidir?! Biz öncə ana dilin dəyərli olduğunu, kültürümüzün dəyərini, tariximizin şanli tarix olduğunu sabit etməyə çalışırıq, sonra onun qorunması üçün milləti hərəkətə kəçməyə çağırırıq. Torpağın qutsallığın bir millət bilməsə, bir qarinc torpaq üçün nədən yüzminlər şəhid getməlidir? Düzdür ki, bu dəyərlərin hamısının arxasında məntiq də var. ancaq məntiq özlüyündə bir milləti hərəkətə keçirənməz. Arxasında məntiq olan bir idəa öncə dəyər səviyyəsinə qalxmalı və sonra əngizəyə(dürtüyə) çevrilməlidir.yoxsa yalın ve yavan bir məntiq hərəkətimizə yalnız pasıvlik aşılayacaq.
Gerçəkdən qaçış pesikolojisi istemarin yaratdığı özəllikdir. Bu pesikoloji ucundan milli məfkürəmizi gəliştirməyə imkan qalmır. kerekmez görünən bir yaratiğin kamilləşməsi nəyə lazımdır!! Ona görədə bugünkü İran hakimiyyəti bu boşluqdan yararlanaraq , ideolojimizi cılızlaştırmağa çalışır. Qapısı , pəncərəsi olmayan bir yerə yumşaq hərəkətlərlə istədiyin doldurub və istədiyin götürməyə çalışır. Istədiyi dəyəri abartıb , istəmədiyin basdırmağa çalışan hakimiyyətin biz isə bilmedən aracları oluruq.

Gerçəkdən qaçış təkcə ideolojiyə məhdud olmur(sinirlanmırr). Milli hərəkətimizin güc toparlamasına(bəsice qova) gərəkən qalan unsurlardanda qaçanlarımız var. hərəkətimizdə təşkilatdan qaçış , təşkilatin zərurətini danmaq bir zamanlar çox gündəmdəyidir. Təşkilatlarımıza qarşı danışmaq perestijə çevrilmışdır. Demokrasi şuarin hamidan artıq verən yoldaşlarımız ," biz müstəqilik, heç təşkilata bağlı deyilik,…" sözləri ilə güvənirdilər. Demokrasinin əsas gərəklərindən olan təşkilatin zərurətini danan kimsənin bu məntiqini yalnız " istemar pesikolojisi ilə" yozmaq olar. Cəmi(toplusal) bir hədəfə ulaşmağa gərəkən sazmanın gərəkliyini danmanı yalnız "gerçəkdən qaçış" özəlliyi ilə açıqlamaq mümkündür. Yoxsa ictimai –siyasi elmlər üzrə ən ilkin savadı olan kimsə, milli qurtuluş hərəkətində ideolojinin, liderin və təşkilatin önəmini kəsin bilməlidir.

Istemara qarşı hərəkətlərdə liderlərin rolu danılmazdır. Amerikanın istemara qarşı hərəkətində "Vaşinqton"un şəxsiyyəti əfsanəvi qəhrəman kimi dəyərlənir. Başqa milli qurtuluş hərəkətlərində də liderlərin tarixi və təyin ədici rolun görmək olar.kolombiyada "Bulivar", Hindustanda "Qandi", Tunesdə "Burqiyə", Indoneziyada "Sukarno", Kubada "Çe Qvara və Fidel kastro", Türkiyədə "Atatürk" və Quzey Azərbaycanda "Elçibəy" kimi liderlərin tarixi və təyin edici rolları kimsəyə gizli deyil.

Gerçekdən qaçış özəlliyi buradada özün göstərir. Ölkəmizdə və dünyada inqilabdan doğan diktator rejimlər gözümüzü qorxudub. Içində yaşadığımız "vilayəte fəqih" rejimi rəhbərə-liderə dayanaraq minlər insanın qanın töküb, ölkədə azadlıqları boğub, …bu olaylar bizdə rəhbər və lider sözünə həssasıyyət yaradıb. Hakimiyyətin təxribatları bir yana, özümüzdən olanlarında milli lider doqtur Çöhrəqanli bəyə qarşı təxribatlarının ucu bucağı yoxdur. Çox acı bir olaydır ki, İran hakimiyyəti ilə bu qonuda bir cəbhədə dayanan yoldaşlarımız var. millətçiliyində şübhə etmədiyim bir sıra yoldaşların, belə davranışını necə yozmaq olar?! Diyəsən görünən kəndə də bələdçi lazım olur hərdən. Bu yoldaşlarımız dildə " indi lider zamanı deyil" desələr də, həssas anlarda hakimiyyətdən ayrılan və millətçi olmamaqlarına kimsənin şübhəsi olmayan şəxslərin ətrafına yığılırlar. İran hakimiyyətindən tam qopmayan popolist şəxslərin səmpati(yanlısı) olaraq başqa millətçilərlə qarşı qarşıya gəlirlər. Şəxsiyyətlər düşüncələrin və axınların(cərəyanların) simgəsinə çəvrilirlər. Bu gərçəyi danmaqla hərəkətin bu əsasda ehtiyacı ortadan qalxmir. Yaranan bu boşluq hakimiyyət üçün bir fürsət yaradır. İranda orta təbəqənin başina keçən hakimiyyətdən qopan şəxlər, bizim üçün böyük dərs olmalıdır. Bunu həm Xatəmi zamanında gördük , həmdə indiki yaşıl hərəkətdə. İran opozisyonu və özəlliklə orta təbəqənin noxbələridə vilayəte fəqih sisteminə qarşı mubarizə aparır. Ancaq vilate feqih ile mubarize aparmaqlari, liderlim eslini danmaq anlaminda deyil. Onlarin "ya hoseyn mir hoseyn" suari bunun aciq gostergesidir(hakimiyyetden ayrilanlarin yeni orta tebeqenin bashina kechmesi). Biz qıraqdan durub , nə qədər desək də ki, Musəvi və Kərrubi bu hərəkətin rəhbərləri deyillər, bu gerçek aradan getməyəcək. Sadəcə gerçəyə gözümüzu yumuruq. Bu gerçekdən qaçmaqla, gələcəkdə İrandaki orta təbəqinin hərəkəti kimi , hakimiyyətdən ayrılan və ya ayrılmayanlar hərəkətimizin rəhbərlik qonumuna keçəcəklər.


Bayraq qonusu isə lider qonusu kimidir. Bir zaman milli lider tərəfindən Güney Azərbaycana bayraq sunulanda, "bizə bayraq lazım deyil" deyənlər çoxudur. Milli bayrağımıza "rəngli parça- tekke parçei rəngi!!" deyənlərin bu gərçəyi danması , bayraq zərurətin aradan qaldırmadı. Sonralar çeşitli bayraqlar hərəkətə təqdim oldu, daha sonra isə bayraqdan qaçanlar gerçekdən rəngli parçaya üz gətirdilər. tiraxtur timinin rəngini və bayrağını hərəkətin bayrağı kimi və hərəkətin rəngi kimi təqdim etdilər! "Əkbər Ələmi"ni rəhbər kimi, cəsarət simgəsi kimi təqdim etmək və tiraxtur bayrağın hərəkətin bayrağı adlandırmaq , gerçekdən qaçış pesikolojisinin gətirdiyi nəticedir.
Istemar altında yaşayan millətlərin və onun milli hərəkətçilərinin başqa doğal özəlliklərindən biridə təpkisəllikdir. Ardıcıl təhqir olunan millətdə hiqarət uqdəsi(aşağiliq düyüncəsi), etemad bə nəfsin olmaması(özgüvəncsizlik), yaradıcılığın olmaması və başqasının muqəllidi olmaq doğal bir özəllikdir. Bu özəlliklər milli hərəkətdə fəaal və yaradıcı hərəkətlərdən daha çox, vakoneşi(təpkisəl) hərəkətlərin ortaya çıxmasına nədən olur. habelə böyük dalğaların, ağır şokların və zərbələrin qabağında müstəsəl olmaq (dərmandə olmaq-kirik qalmaq) bu hərəkətlərdə görünən və bilinən özəllikdir. Milli hərəkətimiz hakimiyyət qarşısında indiyədək çoxlu yaradıcılıq və yenilikləri olsada, təpkisəllikdən də qaçanmamışdır. olası böyük şokların və çevrəmizdəki güclü dalğaların qarşısında, doğru düzgün yolumuzda dayanmadan yürümək üçün hərəkətimizin mahiiyyəti və onun özəlliklərini bilməyimiz gərəklidir. güclü , yaradıcı və gerçekçi bir hərəkət oluşturmasaq, istisal və təpkisəllik burulqanında ya çevrəmizə dolanacayıq yada güclü dalğalarla istəmədiyimiz sahillərə tullanacayıq.
Yeni ictimai hərəkətlər və milli hərəkətimiz

ictimai qurumların istək və ehtiyaclarının ödənilməsi və mudafiə olunmasında rəsmi orqanların yətərsiz olduğu zamanlar, yeni ictimai hərəkətlər ortaya çıxırlar. Rəsmi orqanlar öz görəvlərini düzgün yerinə yetirmədiyi zaman ortaya çıxan bu hərəkətlər bir sıra özəlliklərinə görə klasık hərəkətlərdən fərqlənirlər.

1960 ci illərdən Quzey Amerika və bati Avrupadan baş qaldıran bu ictimai hərəkətlər çox saylı, mutənəvve və geniş hərəkətlərdilər. Öyrənci hərəkətləri, bəşər haqlarını qorumaq üzrə yaranan harəkətlər, qadın huququnu qoruyan hərəkət(feminism), yaşam çevrəsin qoruyan hərəkətlər, bariş hərəkəti, ırqçılığa qarşı hərəkət, uşaqların huququnu qoruyan hərəkət, nukleer silahların ürətilib, qullanılmasına qarşı hərəkət və… kimi çox saylı yeni ictimai hərəkətləri çağdaş dünyamizda görmək olar.

Yeni ictimai hərəkətlərin özəllikləri ilə tanış olmaq və milli hərəkətimizi bu açıdan dəyərləndirmək yararlı olacaq. Ona görəki, son zamanlar milli hərəkətimizin mahiyyəti ilə bağlı bir sıra çəlişkili(mutəzad) düşüncələrə tanıq oluruq. Millətimizin yaşadıği istemar durumundan qaynaqlanan bu mutəzad fikirlərin ortaya gəlməsi doğal görünür."istemar pesikolojiyası"nin gətirdiyi noqtələrdən biridə burada özün göstərir. Yuxarida vurqulandığı kimi, istemar altında yaşayan millət və onun milli hərəkətinin, böyük dalğaların təsiri altına düşməsi və böyük dalğalarla yərindən oynaması çox görünən olaydır. Habelə hakim millətin və ya başqa azad millətlərin durumlarının doğurduğu ehtiyaclar, əsir millətin acil ehtiyacı yerinə yərləşəbilər.Belə varidati (gətirmə) ehtiyacların hərəkətin acil istəyi kimi dəyərlənməsi , o hərəkəti öz tarixi və zəruri ehtiyacını ödəməsindən geri qoyacaq. Tarixi gəlişməsində qopuqluq yaranan əsir millətin , zəngin və azad millətlərin dalınca sürüklənməsi onun əsil və doğma hərəkəti olabilməz. Özgəyə heyranlıqdan doğan, bağlılıqdan doğan bu davranış bir hərəkəti əsil və doğru düzgün yolundan caydıra bilər. Bu caydırma, zəngin və azad millətlərin hərəkətlərinin cazibəsindən doğduğuna görə , çox yumşaq və gözə görünməz qədər incə inhiraf olur. ancaq bu incə inhiraflar yaratdiği zaviyə ilə əsil yoldan get gedə uzaqlaşdırır o hərəkəti. Ona görədə hərəkətin mahiyyəti haqda irəli sürülən yeni düşüncələr çox titizliklə incələnməlidir. Hərəkətimizi tam olaraq yeni ictimai hərəkət kimi dəyərləndiririksə, deməli ona gərəkən unsurlar(öyələr) da fərqli olacaq. Burada yeni ictimai hərəkətlərin özəllikləri və onlara gərəkən unsurları özətləmək yərsiz deyildir. Bu özəllilkləri və unsurları gözdən keçirərək , millətimizin durumu və milli hərəkətimizin mahiyyəti haqdada düşunməyimiz gərəklidir.



Yeni ictimai hərəkətlərin özəllikləri:


  • Kılasik ictimai hərəkətlər sənəti(industrial) ölkələrdə baş verirsə, yeni ictimai hərəkətlər pəsa sənəi(post industrial) ölkələrin pədidəsidir(olqusudur).

milli qurtuluş hərəkəti isə əsir və geri qalmış bir millətin hərəkətidir.


  • kılasik hərəkətlərdən fərqli olaraq, yeni ictimai hərəkətlərin hədəfləri siyasi gücü əldə etmək və ya siyasi gücdə pay qazanmaq deyildi. Onların bir sıra hərəkətləri siyasətlə ilgili olsada, dövlətlərin siyasətinə etiraz olsada, mahiyyətləri siyasi deyil.

Milli qurtuluş hərəkətin hədəflərinin başında siyasi baxımdan hakim millətdən qurtarmaqdir. Siyasi gücü millət olaraq əldə etməkdir. Deməkdə milli hərəkətin mahiyyətinin bir boyutu siyasi olmasıdir.


  • yeni ictimai hərəkətlərin hədəflərindən biri kültür və mədəni toplumu dövlətlərin siyasətləri qabağında qorumaqdir.

Bu özəllik açısından milli hərəkətdə yeni ictimai hərəkətlərlə oxşarlıq görünür. Milli hərəkətimizin hədəflərindən biri milli varlığımızın unsurlarını qoruyub saxlamaqdır.


  • Yeni ictimai hərəkətlərin mubarizə alanı toplum(cameə) və ona hakim olan kılasik və sunnəti(gələnəksəl) rabitələrdir(ilişkilər).bu mubarizədə təkcə dövlətin siyasətlərin dəyişmək hədəf deyil, bütün ictimai ilşkilər, qurumlar və özəl yaşam ilişkiləri belə bu hərəkətlərin hədəfindədir.

Milli hərəkətimizdədə təkcə dövlətin siyasətləri deyil, toplumdada bir sıra dəyərləri dəyişmək söz qonusudur. həm öz millətimiz və həmdə hakim millətin baxışlarında dəyişim yaratmaq hərəkətin hədəflərindəndir. Asimilə olmuş bir millətdə istemarın yüklədiyi dəyərlər hakimdir. Bu dəyərlə millətimizin doğma dəyərlərini dəyişmək hərəkətimizin hədəflərindəndir.


  • yeni ictimai hərəkətlərin mubarizələri nimadlar, simgələr, mənalar(anlamlar) və yaşam tərzi(biçimi) üzredir.

Hərəkətimizdə də hakim kəsilən nimadları , simgələri dəyiştirmək istəkləri var. simbolik günlərimiz, simbolik şəxsiyyətlərimiz , totemlərimiz , bayrağımız və…fars hakimiyyəti tərəfindən təyin edilənlərdən fərqlənməkdədir.


  • bu hərəkətlərdə cəmi(toplusal) hoviyyət ortaq hədəflər və manalarla yaranır.təbii ki o hədəflərə ulaşdıqdan sonra və yeni hədəflər ortaya çıxdığı zaman yeni hoviyyətlərdə yaranır bu hərəkətlərdə. Səyyal hoviyyət yeni ictimai hərəkətlərin özəlliyidir.

Milli hərəkətimizdə isə sabit və dəyişməz bir milli hoviyyət var.başqa və yeni hoviyyətlərin yaranması milli kimliyimizi aradan aparabilməz.


  • yeni ictimai hərəkətlər kılasik hərəkətlərdən fərqli olaraq, ideolojik deyillər. Yaşmin bütün sahələrinə və sorunlarına nusxə yazmırlar. Onların məhdud(sınırlı) hədəfləri , pılanları və istəkləri var.

Milli hərəkətimiz isə milli məfkürəyə malik və milli ideolojidən yararnanan bir hərəkətdir. Əlbəttə milli ideoloji marksism və ya dini ideoloji kimi yaşamin bütün sorularına cavab vermək qonumunda deyil. Ancaq bu o demək deyil ki, milli hərəkətimiz ideolojisiz bir hərəkətdir. Bu haqda yuxarida açıqlama verildiyi üçün, təkrar yazmağa gərək yoxdur.

  • yeni ictimai hərəkətlərin hədəfi baxışların , önərilərin və intiqadların(eləştirilərin) sərgiləməkdir. Ancaq kılasık hərəkətlər sadəcə fikirlərini numayiş etməklə kifayətlənmir, öz aksiyonundan qazanc götürmək də istəyir.

Milli hərəkətimiz yalnız istəklərin numayiş ətdirməklə öz ideallarına çatanmaz. Istəklərimizi sərgiləyiriksə, onun milli qurtuluşumuzda edəcəyi təsir söz qonusudur.bizə enerji verəcək, hərəkətimizə anlam verəcək çox acil ehtiyaclarımız var .

  • yeni ictimai hərəkətlərin çalışmaları hədəfməndlikdən(hədəfyönlülükdən) daha çox simbolikdir.

Milli hərəkətimizdə isə simbolik fəaliyyətlər milli hədəflərimiz uğrunda yapılmaqdadır. Belədə olmalıdır.

  • yeni ictimai hərəkətlərin sazmanı(örgütsəl) formaları yalnız hədəflərinə çatmaq üçün deyil. Bu hərəkətlər və onların quruluş formaları özlüyündə hədəf sayılırlar.

Sərmayədar qadınlar ilə kasıb qadınların dərdlərinin fərqli olduğun andırır nə isə.Azərbaycanın yoxsul kəndlərində gecə gündüz işləməkdən bel buxunu bükülən yazıq qadınlarımızın dərdləri ilə, Tehranın yuxari bölgələrindəki işsizlikdən darixan və yaşamlarına məna axtaran qadınların fərqi göz önünə gəlir.əlbəttə bu o demək deyil ki onların dərdləridə dərd deyil, ancaq kaş bizim millətimizində onlara tay dərdi olaydi. Bizdə özümüzdən baş ayird edib, bəşəriyyətin dərdinə düşunəydik. Bizdə yaşam çevrəsini qorumağa düşunəydik, bizdə kopenhakda gedən konfransın qayğısına qalaydıq, yer kürəsinin get gedə istilənməsi bizidə düşündürəydi. Nə yazıq ki ,başımızı qaldirmağa acil ehtiyaclar aman vermir.kim nə bilir , bəlkə bir gün bizimdə millətin belə qayğıları olacaq.

  • yeni ictimai hərəkətlərdə məna pəyamdir.savdir. hərəkətin formasıda , taktikləridə mesaj verməkdədir.

Bizim milli hərəkətimizin mənası yalnız pəyam olabilməz. Ancaq hərəkətlərimizin forması, taktiklərimiz və.. hamısında bir mesajin olması təsiredicidir. Bu sav(pəyam) həm millətimizə , həm qonşu və hakim millətə vədə dünya millətlərinə və dövlətlərinə olmalıdır. Biz kamuoyunu əldə etməliyik. Bunu isə simbolik eyləmlərlə, mesaj verən sav daşıyan hərəkətlərlə yapmaq ən qisa yoldur.

  • yeni ictimai hərəkətlər özəl bir armanın(ülkünün) və otopiyanın dalınca deyillər.

Milli hərəkətimiz isə bugünkü şovinist istemar sistemin dağıtmaq və yeni bir sistem qurmaq istəyir.yeni sistemin necə olması hər kəsi düşündürən bir sorudur. Bugünlərdə 21 azər dövlətçilik günümüz ilə bağlı amestərdamda kəçirilən dialoq konfİransının bildirisi(bəyanati) və kəstirməsi (qətnaməsi) bunun açıq subutudur.ayri ayri təşkilatlarımızın gələcək Azərbaycana pılanları olmağı bi yana, neçə təşkilatin bir araya gəldiyində də gələcək Azərbaycanın necə olacağı haqda önərmələr vermələri göstərir ki, biz otopiya dalınca olmasaqda ən azi bir sıra ülkülərimiz var. gələcəkdə o ülkülərin uyqulanmasını istəyirik.

  • yeni ictimai hərəkətlərin sazmanları(örgütləri) kiçik, dağınıq və qeyri mutəmərkizdir. Bütünlukdə isə bu hərəkətlərin saxtari(yapısı) şəbəkə və tor biçimindədir. Bu özəlliklər yeni ictimai hərəkətlərin mahiyyəti və hədəfləri ilə tam uyğundur. Şəbəkə onların kolli (bütünsəl) saxtaridir. Bu straktur bilgilərin tez yayılmasında və uyum sağlamaqda(həmahəngi) çox önəmli rol oynayır. Yeni teknolijinin yaratdiği imkanlar başda internet və televiziya olmaqla bu şəbəkələrin yaranmasında önəmli rol oynayır.

Əlbəttə dağınıqlıq və qeyri mutəmərkizlik(odaqlanmamaq) nəticəsində bu hərəkətlərin genəl və kolli stratejiləri və pılanları olmur. Bu nədənlədə onlar başqa qurupların və özəlliklə böyük güclərin stratejiləri arxasınca getməyə yetənəklidirlər. Böyük güclərin istəyi və maraqları əsasında yaranan rəngli inqilablarda, yeni ictimai hərəkətlərin məhmel rol daşıması bunun bir subutudur(göstərgəsidir).

Milli hərəkətimizin əsası gərəkən ehtiyaclarından biri təşkilatdir. Bu unsur həm indi , həmdə gələcək demokratik ölkəmiz üçün danılmaz faktordur. Yeni ictimai hərəkətlərin varlığı , rəsmi təşkilat və partiyaların gərək olmadığını göstərmir. Rəsmi partiyaların yapamadığı görəvləri, bu hərəkətlər üstlənirlər. Amerikada və batı avrupada daha çox görünən yeni ictimai hərəkətlər, o ölkələrdə partiyaların və mutəmərkiz təşkilatların varlığını aradan aparmayıb.mutəmərkiz təşkilat isə yalnız hirarçik təşkilatlar anlamında deyil. Bugün iqtisadi və siyasi örgütlərin hədəf, durum, çevrə və…asılı olaraq çeşitli formalarda odaqlanma saxtarları var. bugün milli hədəflərimiz yönündə , içəridə və dışarıda çeşitli yollarla örgütlənəbilərik. ictimai şəbəkələr və məcazi şəbəkələr bizim örgütlənmə və mobailizasiyon araclarımızın yalnız biri olabilər. Biz bu şəbəkələrdən yetərincə istifadə etməliyik. Ancaq şəbəkələrdə ilişib qalmaqla, mərkəzləşməməklə bir sıra hədəflərimizə çatsaqda, əsas və ana hədəfimizə çatmağımızı yenədə qumar oyununa bağlayacayıq. Genəl və kəlan stratejisi olmayan dağınıq şəbəkələrlə hərəkət edən yeni ictimai hərəkətlər kimi başqalarının stratejisinə arac olmağa haqqımız yoxdur. Bizim güclü örgütlərimiz olmalıdır və güclü cəbhə oluşturmalıyıq. Yoxsa istəmədiyimiz cəbhələrdə istəmədiyimiz quvvələrlə birləştirəcəklər bizi.



  • yeni ictimai hərəkətlərin özəlliklərindən biri də, bu hərəkətlərdə lider və öndərlərin olmamasıdır. Bu hərəkətlərin mahiyyəti, hədəfləri və çalışdıqları şərayit belə bir unsurun yaranmasına nə şərayit yaradır , nə imkan sağlayir və nədə gərək duyurur.

Milli hərəkətimizdə isə mahiyyətimiz, hədəflərimiz və yaşadığımız fəza(ortam) bu unsurun olmasının həyati(yaşamsal) olduğunu göstərir. Biz bölgəmizdəki yeni ictimai hərəkətlər və sivil toplumlar kimi, seçkilər zamanı hansısa adayı muvəqqəti lider görüb, başqasının hədəfi doğrultusunda onun dalına düşənmərik.seçki zamanı bir lider və yönətmən varlığı gərəkirsə, o aday başqalarının bizə yüklədiyi lider yox, öz adayımız olmalıdır. Əlbəttə yenədə gerçekdən qaçış pesikolojisinin əsiri olaraq bu gerçəyi danmaqda israrlı olsaq, o olar başqa məsələ!!
Rəngli inqilablar və Güney Azərbaycan milli hərəkəti

Məxməli inqilab birinci dönə olaraq çekoslovakiyanın antikomonism hərəkətinin lideri "Vaslav Havel" tərəfindən 1989-ci ildə çəkoslovakiya xalqının hərəkətinə işlənib. Çekoslavakiya xalqının geniş hərəkəti ilə qan tökülmədən diktatorluğa son qoyulduğu üçün o hərəkətə məxməl (kadifə) inqilabi deyildi.

Doğu almanıyada berlin duvarinin uçurulması və ləhestanın komonism hakimiyyətindən azad olmasından sonra sıra çekoslovakiyaya çatmışdır. Öncə öyrəncilərə qarşı hucuma etiraz və zindanilərin(dustaqlıların) azadlığını istəyən çekoslavakiya xalqi 10 gün içində hakim komonist partiyasın təslim olmağa məcbur ətdi. Vaslav Havəl keçirilən seçkilərdə prezidentliyə seçildi. 1993-ci ildə isə içəri ixtilaflara görə anlaşaraq çkoslovakiya iki ölkəyə bölündü.Çek və Slavakiya cumhuriyyətləri yarandi.

Daha sonralar isə şərqi avrupada və keçmiş şurəvidən ayrılan ölkələrin bir sırasında şiddət qullanmadan , qan tökülmedən dövlət dəyişikliyi baş verdi. Genəl olaraq rəngli inqilablar deyilən bu dəyişikliklər kütlənin dinc etirazları və mədəni itaətsizliyi vasıtəsi ilə gerçekləşir.

Bu rəngli inqilablar indiyədək, Serbistanda (2000 -ci ilədə) , Gürcüstanda (2003 -cu ildə), Ukraynada (2004-ci ilədə) və Qirqizistanda (2005-ci ildə) uğurla dövlətlərin dəyişməsinə nədən olub. Özbəkistan və Ağ Rusiya da isə rəngli inqilablar uğursuz oldular.

ölkələrin hər birində rəngli inqilabi özəl adlarla adlandırıblar: dinc inqilab, lalə inqilabi, roz gülu inqilabi, narinci inqilab,mahni inqilabi , sidir inqilabi və…

gül və rəng adlarını bu olayara işletmənin nədəni, bu hərəkətlərdə özəl bir rəng, gül, şarki və…dən hakimiyyətə muxalıfətin simgəsi kimi istifadə olunmasıdir.

Bu inqilab deyilən olayların bölgəmizdə ardı ardına düzülməsi (başqa ölkələr içində lobnan, qibris, estoni və Quzey Azərbaycanda da rəngli inqilabların yansimaları göründu) hamini etkilədiyi kimi, milli hərəkətimizidə etkiləmişdi. Ukraynanın soyuq qışında meydanlardan çəkilməyən xalqı çoxları alqışladı. Çoxları hər an sonucu bəkləyib, bu ölkedən sonra sıra kimə çatacaği haqda öngörulər yapdi. Sıra İrana çatmamiş özbəkistanda rəngli hərəkət basdırıldı və…xəyal qiriqlığı…

Rəngli inqilabların İranda yaşayan azadlıqsəver insanlara çəkiciliyi doğalıdır. Demokrasiyə gedən bir yol, millətlərin açıqca və dinc qatılımı, hakimiyyətin etirazları basdırmağa silahlı quvvələri qullanmaması və az sürədə nəticə alınması , İran kimi totaliter və qan tökən bir rejimdə yaşayan birisinə kəsin çəkicidir. Ancaq milli hərəkət olaraq təkcə bu gözəl görüntülərə heyran qalaraq, onu təqlid etməyimiz gerçekçi bir hərəkət deyil. Dalğalara qapılaraq millətimizin hansı sahillərə tullandiğini görən millətçilərimiz bu dalğanın çəkiciliyinə uyub əsil, doğma və gərəkli yolundan caymağı tarixdən dərs almamağımızı göstərər. Ona görədə təkcə rəngli hərəkətlərin cazibəsi deyil, onların hər tərəfli özəllikləri, İran kimi ölkədə uyqulanabilirliyi və milli hərəkətimizin mahiyyəti bu mödellərdən necə yararlanacağımızı göstərəcək. Hərəkətimizin mahiyyətini nəzərdə almadan , belə bir inqilabi modelləri tam olaraq yansılamaq yumuşaqca inhirafimiza gətirib çıxaracaq. Milli qazanclarımızı və hərəkətimizə gərəkən əsas unsurları gözdə almadan , ölkəmizdə yaranacaq rəngli hərəkətlərin dalınca düşmək bizi yenidən bağlılıq burulqanına salacaq, fırlanıb yenədə fars şovinizminin qucağına düşəcəyik.

Rəngli inqilabların özəllikləri və yaşanan ölkələrin şərayiti:

Yorucu olmasın deyə , bu ölkələrin şərayitin və muxalifətin qullandığı metodları yalnız sıralamaqla yetinirik.


  • rəngli inqilab deyilən pədidə(olqu) yuxari dayrələrdə noxbelərin yer dəyişimidir.bu dəyişimdə liberal demokrasi yalnisi olan ılımlı (miyanə ro) opozisiyon hakim qurumu qudrətdən dışlayır.hakimiyyət dəyişimi səviyyəsində olan bu olayda, batı yanlısı olan opozisiyon diktator və fasid adlandırdığı rəhbərləri qudrətdən salır.

  • rəngli inqiablara yuxaridan inqilab adı verilsədə, əslində reformla inqilabin arasında dayanan bir olqudur.ona görəki hakimiyyəti təmsil edən bütün dəyərlər və qurumlar yerindəcə qalır və yalnız içəri və dışarı siyasətdə bir sıra dəyişikliklər görünür

  • hakimiyyətdən endirilən rəhbərlər öz yaşamların sürür və yenidən hakimiyyətə qayitmaq yolu onlar uçu bağlı deyil.

  • dəyişimlərdən öncə, inqilab liderləri hakimiyyət dayrələrində yuxari postlara malik olublar.(baxanliq və…)

  • rəngli inqilabların çoxunluğu seçkilərin nəticələrinə etirazla başlayır. Muxalifət çeşitli yollarla seçkilərdə saxtakarliq olduğunu göstərib və bununlada hakimiyyəti məşruiyyətdən salmağa çalışır.

  • hakimiyyət seçkilərəin sonucuna olan etirazları bastirmaq üçün nizami quvvələrdən istifadə etməyib.

  • bu ölkələrdə totaliter və muqtədir bir hakimiyyət iş üstündədir

  • xarici ölkələrin və özəlliklə Amerikanın bu ölkələrdə huzuru var və bu ölkələrdəki nuxbələrlə ilişkilər qurmuşlar

  • bu ölkələrin millətləri seçki qabağı və sonraki kampanıyalarda geniş qatilir və genəldə muxalıfət bir adayın üzərində odaqlanır(mutəmərkiz olur). bu aday rəngli inqilabin lideri kimi təqdim olunur.

  • seçkilərə etiraz olaraq kütlə meydanlara gəlir ,dinc və şiddətsiz etirazını hakimiyyətin təslim olmasına qədər sürür.

  • muxalıfət və etirazçılar özəl bir rəngdən birlik və yığcamlıq yaratmaq üçün istifadə edirlər. Bu rəng onların hakimiyyətə etiraz və muxalıfətlərinin simgəsidir.

  • bu ölkələr genəllikdə gəlişməmiş ölkələrdir və hakimiyyətdə ruşvət, iqtisadi və idari fəsad çox yayqındır.

  • bu ölkələrdə ictimai, etniki və məzhəbi təzadlar var.

  • hakimiyyətin totalıter olmasına baxmayaraq görünürdə ölkə başçiları seçki yolu ilə seçilirlər. Bu isə gərəkən yapısal(saxtari) çəlişkini oluşturur.

  • yeni ictimai hərəkətləri bir məhmel kimi qullanılır. Sivil toplum qurumları , NGO lar, bəshər haqları yanlıları və...başqa qurumların varlığı və onlarla xarici ölkələrin ilişkiləri kütlə hərəkətinin yaranmasının başlanqıcın sağlayır.

  • muxalıfət yeni ilətişim(ertebatat) imkanlarından yetərincə qullanır. Televiziya kanalları, internet, SMS və…

  • xarici ölkələrin başda Amerika olmaqla bu hərəkətlərə malı yardım ayırmaqları və bir başa mudaxiləsi isə bəlli olan özəlliklərin sırasındadır.

Göründüyü kimi rəngli inqilablar soyuq savaşdan sonra başlayan yeni bir olqudur, bu olqu sosyolojidə dəyişimlə bağlı tanınmış kılasik modellərin altında yerləşmir. Kılasik devrimlərdə görünən əsas özəlliklərdən hakim rejimin və sistemin dəyişimi, ictimai strakturların və dəyərlərin dəyişimi, rəngli inqilablarda görünmur. Bu inqilablar yalnız hakim qurumu dəyişir, sistem yerindədir.(əlbəttə bu arada çeoslovakiya devrimini istisna etmək lazımdır, o devrimdə komonism rejimi demokratik bir rejimə dəyişildi və sonunda iki müstəqil ölkə yarandi, burada isə 2000 ci ildən buyana rəngli inqilablar deyilən olqular sözqonusudur.)

Güney Azərbaycan açısından rəngli inqilablar

Güney Azərbaycan milli hərəkəti açısından belə bir hərəkətlərə yanaşmada, onların görünən cazibələri deyil milli qurtuluş savaşımıza verəcək qazancları sözqonusu olmalıdır. Rəngi inqilablarla bağlı hərəkətimizi düşündürən iki seçənək(altərnativ) olabilər:


Yüklə 198,08 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin