Renkli inqilablarin cazibesi ve yumshaq inhiraf


-İran deyilən ölkənin genəlində və daha doğrusu mərkəzdə baş verəbilən rəngli inqilab



Yüklə 198,08 Kb.
səhifə2/2
tarix17.06.2018
ölçüsü198,08 Kb.
#53940
1   2

1-İran deyilən ölkənin genəlində və daha doğrusu mərkəzdə baş verəbilən rəngli inqilab:

Rəngli inqilablarda əsas və aparıcı amillərdən biri xarici güclərin yardimi və işə qatılmasıdır. Yaşanan bu hərəkətlərin hamısında Amerikanın bir başa əli olub. Pul və sərmayə yatırmaq, təşkilatlandırmaq, öyrətim, siyasi və mənəvi himayət, kamuoyunu umumi rəsanələr(yətirgənlər) vasıtəsi ilə hazırlamaq və meydana çəkmək, hakimiyyətlərə basqi yapmaq və onları kütlə ilə demokratik davranmağa qanıtlamaq, rəngli inqilabla hakimiyyətə gələn yeni qurumu həmən tanımaq və… Amerikanın bu hərəkətlərin yaranmasında və sonuc almasında necə rol daşıdığını göstərir. Əsas hədəf isə Amerikanın tərif olmuş milli qazanclarıdır. Demokrasinin yayılması, insan haqlarının qorunması, və… hamısı bu tərifin içində yərləşir. (Əlbəttə Amerikanın mənafəi içində yərləşməsi ,demokrasi və insan haqlarının dəyərindən azaltmir ,tərsinə demokrasi və insan haqlarının yayılması bizimdə milli mənafəimiz içində yərləşir. Yəni həm özləri dəyər və ərziş sayılırlar bizə, həmdə onların yayılması qazancımızadır. Amerika milləti kimi)

İrana gəldikdə , Amerikanın iki əsas seçənəyi olub: Amerikanın mənafəinə görə hakimiyyətdə davranış dəyişimi(təğyir dər rəftar) və rejim dəyişimi.

Illər boyu İran hakimiyyətinin davranış dəyişimi Amerikanın gündəmində olub. Islahatçilar qudrətə gəldiyi zaman , dış gərginliyi azaltmaq siyasətləri Amerikanın istəyincə olmuş görünürdu. Ancaq hakimiyyətin içindəki ikilik və ifrati(aşırı) quvvələrin əsas söz sahibi olması umudlari boşa çıxartdı. O zamandan özəlliklə İranın nukleer pılanı ortaya çıxdıqdan sonra, rejim dəyişimi Amerikanın gündəminə gəldi. Bölgəmizdə rəngli inqilabların baş verdiyi zaman İran hakimiyyətinin aşiri-muhafizəkar qanadı önləm yapmağı pılanladı və "Sipahe pasdarane enqelabe eslami" hakimiyyəti büsbütün ələ almağa başladı. Beləliklə rəngli inqilaba gərəkən əsas etkənlərdən birini aradan götürdü. Rəngli inqilablar baş verən ölkələrdə hakimiyyət etirazları basdırmağa hərbi quvvələrdən istifadə etməyib, ancaq İranda nizami quvvələr özləri hakimiyyətə keçiblər!!

Əhmədinejad hakimiyyəti həm xaricdəki pozulmuş imajini içəridə doldurmaq və içəridə insicam(yığcamlıq) yaratmaq üçün, həmdə rəngli inqilaba gərəkən kütlə hərəkətini önləmək üçün popolisti siyasətləri önpılana çəkdi. Iqtisadi və siyasi baxımdan tam popolism ilə hərəkət edən Əhmədinejad dövləti, aşağa təbəqələri(qatmanları) mobaylizə etməyə başladı( toparladı). Şiddətə və aşırı hərəkətlərə yətənəkli olan aşağa təbəqəni , ılımlı olan və dincliyi sevən orta təbəqənin qabağına qoymağa hazırladılar. Beləliklə orta təbəqənin kütləvi hərəkətinə qarşı aşağı təbəqənin kütləvi dayanmasını qalxan etmək istədilər. Rəngli inqilaba gərəkən amillərin ikisin bir yərdə önləmək onların hədəfiyidir. Həm kütlənin dinc hərəkətini xuşunətə çəkmək, həmdə kütləni hakimiyyətə deyil başqa kütlənin üzərinə yönəltmək. Ictimai hərəkətlərin qabağına, kütləvi etirazların qabağına öz yanliların(tərəfdarların) kütləvi olaraq, milət adına çıxartmaq hakimiyyətin neçə ildir işletdiyi taktikdir. Tehrandaki 1378-ci ildəki danışqah hərəkəti və Güney Azərbaycanın 1385 dəki xordad qiyami… kimi hərəkətlərə qarşı hakimiyyət bu taktiki işlətmışdır.

Əhmədinejad həkimiyyəti bütün bənd-bərələri bağlamağa çalışırdi. Rəngli inqilablara gərəkən başqa etkənləridə(amil) zərərsizləştirmək istəyirdi.




  • Yarim muxalıfət sayılan qazetləri bağlamaq

  • öyrənci dərgilərini özəlliklə Azərbaycan milli hərəkətinə bağlı olan öyrənci dərgilərini yığışdırmaq

  • təzəcə yaranmaqda olan NGO ları qapatmaq

  • bəşər haqları üzrə çalışan şəxs və qurumları sıxışdırmaq

  • uyduları(peyk-mahvarə) evlərdən yığmaq

  • muxabıratı tam olaraq Sipahin kontroluna salmaq (SMS lə qurulan həmahəngliyi(uyum sağlamaği) yerində dayandırmaq üçün)

  • internetdə güclü filtering yapmaq və weblog işləyənlərı tutuqlamaq

  • xiyavanlara və meydanlara kamera qoymaqla qorxu ortamı yaratmaq

  • uydu yayınlarına qarşı güclü parazit qullanmaq

  • xarici ölkələrə gət gəl edən və ya onlarla ilgidə olan şəxsləri tutuqlayıb və məxməli inqilab yola salmaqda cəzalandırmaq, tutulanları televiziya qarşısında etiraf etməyə məcbur etmək və bununlada məxməli inqilabin İranda uğursuz alındığını aşılamaq(Halə İsfəndiyari, Ramin Cahangiri, Əli Əfşari, Əkbər Ətri və …kimi şəxslərin dövlət televiziyasında bu haqda etirafları)

və...


bu kimi işlərlə rəngli inqilabin yataqlarını və məhmellərini aradan götürməyə çalışdı. Ancaq bütün bunlara baxmayaraq , "rəngli inqilab daha kontrol edildi və bu ölkədə baş verməyəcək" , demək olmaz. Rəngli inqilaba gərəkən amillərin bir sırasın aradan götürsələrdə( tam aradan götürənməyiblər) , qalan amillər yerindədir. bu amillərin hamısını kontrol etmək indiki hakimiyyətin əlində deyil. Obamanın Amerikada seçilməsi və onun İrana qarşı öndə tutduğu yumuşaq güc siyasəti (qodrəte nərm) və Avrupa ölkələrinin bu siyasətlə razilaşması , habelə 10-cu prezident seçkilərinin olayları göstərir ki, rəngli inqilab və rejimi içdən çevirmək hələ bati ölkələrində masa üstündədir.

Bu ortama bir özətcə baxsaq :

  • Amerika İranda qıssa sürədə hakimiyyətin davranış dəyişimin istəyir. Uzun sürədə isə rejim dəyişimi söz qonusudur. Bəlkə elə davranış dəyişimi , rejim dəyişimi üçün bir başlanış və yataq sayılır. Amerika daha islahat dönəmindəki davranış dəyşimi ilə razılaşmaz. Iş üstə olan prezidentin deyil, bütün hakimiyyətin davranışı söz qonusudur. Bu davranış dəyişimi öncə xarici siyasətdə(acil istəkdir bu) nukleer qonusu və İranın terorismə dəstək siyasətində, sonra isə rejimin içəri siyasətində görünməlidir. Rejimin içəri siyasətdə davranış dəyişimi , rəngli inqilaba şərayit sağlayacaq. bütün bunlar qıssa zamanın işi deyil. Qıssa zamanda bu iş nə başa gələr, nədə Amerikanın istəyincə olar. Amerika burada dəyişim yapmaq istəyirsə, dəyişim sonrası olaylar tam kontrolunda olmalıdır. Hələlik isə gerçek devrim, ortamin qarışacağına və ipin ucunun əldən çıxacağına gətirib çıxarar.

  • Əhmədinejad və başda Xamnei olmaqla indiki hakimiyyət xarici siyasətdə, imtiyaz (qoz) vermək istəsədə , içəri siyasətdə əsla bunu yapmaq istəmir. Bu isə rəngli inqilab baş verəcəyi zaman xuşunətsiz olmayacağının əsas nədənidir.

  • opozisyon və indiki yaşıl hərəkətin bedənəsi (yeni orta təbəqə) vilayəte fəqih sistemini şiddətsiz devirmək istəyir.(cumhuriyə İranı, cumhuriyə İslaminin yerinə)

  • yaşıl hərəkətin liderləri( Musəvi başda olmaqla) İranı və İslam rejimin qorumaq istəyirlər. Hakimiyyətin indiki durumun uçuruma doğru getdiyini düşünürlər. Xatəmi dönəmi kimi tədarukatçı bir prezidentliyi əldə etməyə qane deyillər. indiki ana yasanı(qanune əsası) qəbul etdiklərini deyillər ancaq ara-sıra qanun vəhy deyil dəyişə bilər də deyillər. Onların ana yasada dəyiştirmək istədikləri maddələr isə bəlli olduğu qədər "vilayəte fəqihi" və "şuraye nəgəhban"a ayid olan maddələrdir. Onlar hakimiyyətə kəçmək istəyirlər və hakim olaraq davranış dəyişimi yapacaqları bəllidir, ancaq islahat dönəmindəki kimi ikili hakimiyyətin olduğuna, qane olunası görünmürlər.

Bu ortamda oynanan və oynanılacaq oyun və rəngli inqilab, qonşularımızdakı inqilablara bənzər görünmür. Rəngli inqilabin cazibələrindən sayılan, şiddətsiz(xuşunətsiz) , qan tökülmedən az zamanda devrim yapmaq burada gözə dəymir. Uzaqdan bu oyunun tamaşası gözəl görünsədə, milli hərəkət olaraq içinə girmək üçün, həzinələrində görməliyik. Qan töküləcəksə, şəhid verəcəyiksə nədən İaranda hakim olanların yer dəyişiminə görə olsun?! Uzun sürəli bir savaş varsa, nədən milli qurtuluş savaşımız uğrunda olmasın?! Illər boyu çəkilən əməklər sonucunda yaranan yarımçıq milli kimlik , milli şuur(bilinc) və milli oyanış , nədən yarimçiq qalıbda,enerjimiz fars hakimiyyətinin azacıq davranış dəyişiminə yönəlsin? Başçilarının və bedənəsinin anti türk olduğu bir hərəkətin bizə qarşı davranış dəyişimi nə olacaq ki? Yeni don geyib, yeni teatr oynamalarından başqa bir şəy olacaqmı?

Bu davranış dəyişimi (ılımlı olmaq, toleranslı yanaşmaq , fanatca hərəkətlərdən çəkinmək, işkəncələrə, edamlara son qoymaq, etirazları silahla basdırmağa son qoymaq…) öz özünə göydən düşsə, əlbəttə ki millətimizin və milli hərəkətimizin urəyincə olar, meydan açılar, siyasi fəalıyyətin azad olduğu bir ortamda çalışmaq daha asan olar. mətbuatın azad olduğu bir ölkədə milli oyanış hizla irəli gedər. Özəl televiziyaların azad olduğu bir ölkədə milli oyanışı milli gücə çəvirmək olar. partiyaların və seçkilərin azad olduğu bir ölkədə , milli təşkilatlarımızı qurabilərik və onunla milli haqlarımızi almağa irəli gədərik. millətçi adayları məclisə göndərib, ana yasada lazımı dəyişiklikləri yaratmağa çalışariq və…

Milli qurtuluş hərəkətimiz illərdi millətimizdə milli oyanış yaratmaq və onu milli azadlıga doğru aparmaq uğrunda həzinələr verməkdədir. əsarətdə olan bir millət , zindandan qurtarmağa çalışmalıdır. Işqal altında olan bir millət öz milli dövlətini qurmağa çalışmalıdır. Hakim millətin davranış tərzini dəyişmək uğrunda şəhid olmaq, o millətdə milli-siyasi şuurun aşaği olduğunu göstərir. şəhid olmaq səviyyəsində həzinə vermək lazımdırsa, diktator hakimi dəyişib demokrat olan!! özgə hakimin hakimiyyəti altına kəçmək yerinə özümüzün hakim olmağımız uğrunda verilməlidir. təbii ki özümüzün hakimiyətimiz millət hakimiyyəti olmalıdır, demokratik hakimiyyət və…

Rəngli inqilabin sonucu xoş görülüklə baxsa , bizim fəalıyyətimizə şərayit yaradacaq. Bu bir riskdir. bəlli deyil indiki faşist quvvələr , demokrasi şuarin verməklə gələcəkdə gerçekdən bizim azadlıq hərəkətimizə dözəcəklər ya yox? Birdəki o zaman milli hərəkətin bugünkü qədər cazibəli olacaği bəlli deyil. Zatən gəcikmiş bir hərəkət, bir azda gəciksə irticai mahiyyət daşiyacaq bəlkə o zaman!!! Millətçiləri geriqalmış kimi göstərəcəklər bəlkədə!!!bəlkədə biz özümüzu qoruyaraq özgələrlə birləşmək yerinə, özgələrdə əriyəcəyik!!

Bugün məxməli hərəkətin cazibəsinə uyaraq!! Öz mahiyyətimizi dəyişiriksə, gedəcəyimiz yolun sonu başqalarının davranışina bağlı olacaq. gələcəkdə isə , yenidən öz mahiyyətimizə dönmək üçün, bəlkə sınıq körpqlərlə qarşılaşacayıq.

2- Güney Azərbaycan milli hərəkətinin, milli qurtuluş savaşinda məxməli inqilab modelini qullanması:
Bura qədər görünən rəngli inqilablar ölkənin hakim dayrəsini dəyişmişlər.mərkəzdə gedən bir hərəkət olmuşlar. Milli hərəkətmizin amacı isə, mərkəzdə hakim olan şovonistlərin yer dəyişimi deyil. Habelə milli hərəkətin əsas gücü isə mərkəzdə(Tehranda) deyil, Azərbaycanın başqa şəhərlərindədir. Tehran və kərəc şəhərlərində öyrəncilər arasında millətçilərin sayının çox olması və şəhərdə yaşayanlar içində dəyərli millətçilər olsada , millətçilik bu şəhərlərdə kütləviləşməyib. Xordad olaylarında bunu açıqca görmək olardi. Bu zəfi təzliklə qaldirmaq gərəkir.

Hərəkətmizin mahiyyətini ( amacladıği toplum, düşmən və qarşısında duran hərif, amacları və idəalları…) gözdə alsaq, bəlli olar ki bizim hərəkətin cinsi indiyədək görünən rəngli hərəkətlərdən fərqlidir.yəni bir başa bu modeli hərəkətimizə təcviz etmək , yalnız bu hərəkətlərin cazibəsinə uymaği göstərir. Bir başa onları təqlid etmək, özgə heyranlığını göstərir. Bir başa bu hərəkətlərə özümüzü oxşatmaq, hərəkətin mahiyyətindən vaz kəçməyimizi göstərir. Cumhuriye İslamiyə olan nifrətimiz, hərəkətin sapmasına(inhirafına) nədən olmamalıdır.

Ancaq milli qurtuluş amacı ilə, rəngli inqilabların bir sıra metodlarından yararlanabilərik. Rəngli inqilabların metodlarından istifadə etmək, bizi milli qurtuluşa doğru aparmalıdır. Milli kimliyimizi gücləndirməkdə yararlı olmalı və milli kimliyimizi göstərməlidir. Bu əsasda rəngli inqilabların əsas özəlliklərini hərəkətimiz açısından dəyərləndimək gərəkir. Bunuda bilməliyik ki, rəngli inqilabin mərkəzdəki çətinlikləri bizimdə qabağımıza çıxacaq.(nizami quvvələrlə tərəf olmaq, kütlə ilə qarşı qarşıya gəlmək və…)

Rəngli inqilab modelini və öz əsas hədəflərimizi nəzərdə alsaq , bu modeli aşağidaki hədəflələrə çatmaq üçün qullanmaq olar:




  • milli hoviyyəti gücləndirmək. Milli şuuru kütlə arasında genişləndirmək.Azərbaycan nasyinalısmini millətimizdə təhrik edib, gündemə gətirmək. Fars və İran hoviyyətindən türk və Azərbaycan hoviyyətin tam ayirmaq.

  • milli siyasi şuuru millətimiz arasında genişləndirmək. Siyasi istəklərimizi bəlirləmək və millətimizi siyasi haqları ilə tanış etmək.milli parleman və milli dövlətimizin qurulmasını ən doğma haq kimi millətimizə tanıtmaq.

  • milli qurur hissini millətimizdə gücləndirmək. Hakim fars millətinə siyasi-rəvanı bağlılığı düşüncədə qirmaq.

  • milli iradəmizi və milli gücümüzü mərkəzləştirmək.Güney Azərbaycanı siyasi bir güc və yeni bir oyuncu kimi meydana gətirmək.dağınıq gücümüzu birləştirib, millətimizin mənafeini qorumaq və onu təmsil etmək.Güney Azərbaycan millətini siyasi –huquqi bir şəxsiyyət kimi ortaya qoymaq.

  • milli gücümüz mərkəzləşdikdən sonra , hakimiyyəti addim addim geri oturtmaq.dayanmadan irəli getmək.

  • təslim olmayan hakimiyyəti yixmaq üçün, başqa güclərlə anlaşmaq. Bu anlaşma, yayqin olan"mutalıbə mehvər" bir qurup kimi yox, gerçek siyasi güc kimi olmalıdır.aşaği qonumdan yox, bərabər mözedən olmalıdır.

Bu hədəflərə ulaşmaq üçün, rəngli inqilab modelinin bir sıra muəllifələrin qullanmaq olar. Bu muəllifələri(öyələri) qullanmaq üçün gərəkən şərtləridə vurqulamaq istərdim:


  • projəyə seçki zamanı başlamaq əlverişlidir.seçki zamanı kütlə hazir durumdadır. İranda olan seçki oyuncaq olsada, millətimizin ən pasiv və siyasətdən uzaqa olanlarıda bir turlu ona qatilirlar.yəni seçki haminin maraq dayrəsinə yərləşir. Muxalif , muvafiq, qatılan və qatılmayan … hər kəs seçkini izləyir və seçkidə, toplum siyasiləşir.siyasi fikirləri dəyərləndirir və…

  • İran seçkilərini nəzərdə alsaq, prezident seçkiləri ən uyqun olanıdır.Azərbaycanın hamısın bir aday üzərində birləştirmək olar.ancaq qalan seçkilərdəndə qullanmaq olar.seçkidən başqa, qalan qonularda da bu projəni həyata keçirmək olar. Ancaq gərək , kütlənin maraqlandiği qonu olsun. Yəni enerjimiz kütlə marağın çəkməyə ayrılmasın.

  • bir şəxsiyyət üzərində odaqlanmaq lazımdır. Bu şəxsiyyət tam millətçi olmalıdır və milli hərəkətin kontrolunda olan birisi.son prezident seçkilərində "istemar pəsikolijisin" nəticəsi göz onundəyidir. Dönə dönə vurqulansa da ki, gərək özümüzdən aday olsun. Ancaq "özümüzun elə bir şəxsiyyətimiz yoxdur" dedilər!! "gərək müstəqil adam olsun" dedilər və "əkbər ələmi"ni müstəqil şəxsiyyət kimi Azərbaycanın nacisi səviyyəsinə qaldırdılar!! illər boyu "gamoh" örgütunə vurulan ittihama , deysən gamaohçular özləridə inanıb!! Inhisarçı görünməsinlər dəyə, belə bir tarixi hadısələrdə susdular.ancaq bundan belə, millətin talei ortada olan yərdə "GAMOH" və hər hansı bir təşkilatın təxribatlara təslim olması, bağişlanmaz.

  • rəngli inqilabların özəlliklərindən olan, dinc və xuşunətsiz kütləvi etirazlar , hərəkətimizin gündəmində olmalıdır.böyük bir hədəf üçün meydanları səssizcə doldurmaq, kiçik hədəflər üçün xuşunətə əl ətmaqdan yaxşidir.habelə, radikal istəklərimiz bizi evdə dustaq etməməlidir.düşüncədə radıkal və əməldə ılımlı olmaq, rəngli inqilabların özəlliyidir və biz bunu bacarmalıyıq. Bu işi bəyənməyənlər, ən azi başqalarına badaq(mane) olmamalıdılar.

  • rəngli inqilablar kimi bizimdə güclü rəsanəmiz(yetirgənimiz) olmalıdır.ancaq onlardan fərqli olaraq, bu rəsanənin (ən önəmlisi televiziya) yönətimi xarici ölkələrin əlində olmamalıdır. Yəni öz gücümüzlə televiziya açmalıyiq. Mali qaynaği bəlli olmalıdır .televiziyaya hakim olan söyləm(discource-qofteman) milli hərəkətin zərurətlərindən doğan söyləm olmalıdır. Bu televiziyanın yönətimi tam milli hərəkətin kontrolunda olmalıdır. Hərəkətin mərkəzləşmiş iradəsinin orqanı olmalıdır. Sözün öz anlamında "milli televiziya" olmalıdır. Belə bir müstəqil, güclü və gerçekdən milli televiziya , bu projədə dəyərli rol oynayabilər.bu işdə geciksək, başqa ölkələr bizim üçün bu televiziyanı yaradacaqlar.adın milli televiziya qoyub, öz hədəfləri yönündə yönəldəcəklər. Bizdə adına və bəzəyinə uyub, sevinclə qarşılayacayıq onu. Son zamanlar bir sıra millətçilər məktub imzalayaraq, BBC tlekanalından Azərbaycan türkcəsində yayın yaymasını istəmişlər.nə yazıq bizə!yeni istemarın yaratdığı cazibəli yataqlara özümüz istəyərək giririk. Bu yataqda yürümək, yeni bir istemarın qucağına aparacaq bizi.

Milli hərəkətin orqanı olan televiziya, heç bir şəxsə və ölkəyə bağlı olmamalıdır. Yoxsa ölkələrin və şəxslərin maraqları ilə gündə bir dona düşər. Düşmənlərimiz, hədəflərimiz, mahiyyətimiz və …gündə bir cur təriflənər və millətimiz çaş baş qalar. Çaş baş qalan millətdə mubarizəyə enerji qalmaz.

  • boyalı inqilabların özəlliklərindən biri , xarici quvvələrin bir başa işə qarışmasıdır. Bizim hərəkətimizdə də, xarici güclərin rolu haqda bir sıra düşüncələr var.bir sıraları xarici gücləri heçə saymaqda, yalnız millətin istəyinə hər nəyi bağlamaqdadır. Bir sıralar isə, xarici güclər olmasa və onlar mudaxilə etməsə, hərəkətimiz nəticə almaz, deyirlər.bu iki baxışın hərəsi bir turlu "istemar pesikolojisindən" irəli gələn fikirlərdir."gerçekdən qaçış" və " özgüvəncliyin itirmə" özəllikləri ilə bu baxışlar yozula bilər.yoxsa, Dünyada gedən milli qurtuluş savaşları göstərir ki, milli qurtuluş hərəkəti həm içəridə və həm dışarıda siyasi mahiyyətli bir məsəledir. Uluslar arası huquq, "gələcəyi bəlirləmə haqqi-həqqe təyine sərnevəşt" və bəşər haqları, yalnız bu məsələyə yanaşmanın ortuyudur.bizə düşən, hərəkətimizi gücləndirmək və "gələcəyini bəlirləmə"si üçün huquqi bəlgələr hazırlamaqdır. Xarici ölkələrin siyasi maraqların onların milli mənafei təyin edir, bizim onlara yersiz bağlanmağımız dərdimizin dərmanı deyil. Böyük güclər bizim millətə nə isə borclu deyillər. Onlar hərəkətə yardim edirlərsə, öz mənfəətləri ortadadır. Ona görə də , rəngli hərəkətlərin tərsinə, xarici ölkələrin sərmayələrinə və bir başa işə qarişmalarına boyun əyməməliyik. Biz bir istemarçının qucağından qopub, başqasının qucağına düşmək istəmirik.

Hərəkətin malı qaynaqlarına gəldikdə isə, xaricdən içəri maliyə yardımın gəlməsi haqda, kimsə düşunməməlidir. Bu iş haqqında xoş niyyətlə düşünən insanlarımız bilməlidilər ki, belə bir işin gətirəcəyi fəsad və həzinə onun qazancindan çox olacaq. Bunun gizli qalacağını düşünmək , sadəlohlukdur.hərəkətin xaricdəki həzinələr isə, yalnız Azərbaycanlılar tərəfindən ödənilməlidir.bu məsələ yalnız əxlaqi məsələ deyil, həmdə uzun sürəli milli qazanclarımızın təminatidir(güvəncəsidir).

  • rəngli hərəkətlərin qullandığı simgə və rənglərə gəldikdə, daha titiz olmaq gərəkir. Rəngli inqilab modelin qullanmaq , hərəkətimzin mahiyyətini dəyişməməlidir. Rəngli inqilablardaki simgələr, savverici (pəyamrəsan) özəllik daşıyırlar. bu simbollar hərəkətin istəyini , hakimiyyətlə muxalifətini və onların mahiyyətini göstərir. Bizimdə simbolumuz , istəyimizi və mahiyyətimizi göstərməlidir.

Rəngli inqilabların səmbolları, hakimiyyətə qarşı olduqları üçün, hakimiyyətdən fərqli olmalıdır.elədə olur.səmbol mahiyyətlərinə uyqundur. habelə qullandıqları səmbolın, millətləri yanında özəl anlamı olmalıdır. Bu səmbol onların istədiyi hakimiyyətin necə olmasın da , göstərir. Quzey Azərbaycanda, muxalifətin qullandığı narıncı rəng, Azərbaycan milləti üçün özəl tarixi anlam daşımırdı. Yalnız, ukrayna inqilabın yada salırdı. Bu məsəledən əliyev iqtidari istifadə edib , onları Amerika oyuncağı göstərdi.ancaq bugün İrandakı yaşıl hərəkət, öz mahiyyət və hədəflərinə görə, çox ölçülmüş bir addim atdilar. Yaşıl rəng, indiki Tehranda gedən hərəkətə ən uyqun rəngidir. bu hərəkət, mahiyyətcə rəngli inqilabların, İrana uyqunlaşmışıdır .indiki diktator, müstəbid, nizami və radıkal İslamçi olan dövləti dəyişmək və yerinə daxili və xarici siyasətdə ılımlı hərəkət edən bir qurulu yərləştirmək istəmişlər. hərəkətin rəhbərlərinin hədəfi rejimi dəyişmə deyil, özəlliklə musəvi rejimi qorumaq üçün meydana gəlmişdir. onlar içəridən ölkənin dağılmasını önləmək və dışarıda İran və İslamdan gözəl bir təsvir yaratmaq istəmişlər. Musəvi gil yaşıl rəngi qullanmaqla, kütlənin inanclarının hakimiyyət tərəfindən qullanmasına önləm aldılar.hərəkətin başında gedən bir seyyid(xalq arasında peyğəmbər evladı) və qullandığı bayraq İslam bayrağı! Bu hərəkəti Amerikaya bağlamaq hakimiyyət üçün çətin olacağıdır.Quzey Azərbaycanda hakimiyyətin yapdiğinin tərsinə, Əhmədinejad hakimiyyəti çox çətinliklə bu hərəkətin amerika oyuncağı olduğunu millətə inandira biləcəyidir.

Əlbəttə bir məsələnidə demək lazımdır ki, qullanılan səmbolları totalıter hakimiyyət sıyıqlaşdıra bilər. Hakimiyyət bu səmbolları etiraz və mubarizə səmbollarından çıxarabilərsə, onların qabaqki etkilərin almış olar. İrandaki yaşıl hərəkətə qarşı , xamnei gilin sıyıqlaştırma hərəkətlərindən dərs almalıyıq. Onlar öz bəsicilərinə yaşıl bayraq götürmələrini əmr etdilər .ələvi yaşılını, oməvi yaşılının yerinə işletməklərin istədilər.bu isə indiki yaşıl hərəkətinin qullandığı silahin təsirini azaltmaqdır, onu los etməkdir (sıyıqlaştırmaq). hərəkətimiz bu oyuna düşməməlidir. Boyalı inqilablar modelindən hərəkətimizi gücləndirməyə qullanırıqsa, istifadə edəcəyimiz simgə mahiyyətimizi bəlli etməlidir. Habelə hakimiyyətin önləmlərinə , simgəni sıyıqlaştırmağa meydan verilməməlidir. Bu əsasda , demək lazımdır ki, biz təkcə bugünkü iqtidarda olan Əhmədinejad dövləti ilə mubarizə ətmirik, təkcə Əhmədinejada qarşı olmaq bizim mahiyyətimiz deyil. Biz fars şovonisminə və İrançılığa qarşıyıq. Habelə öz dövlətçiliyimizi əldə etmək istəyirik. Millət –dövlət oluşturmaq istəyən hərəkətin simbolu ilə, ölkənin hakimini dəyiştirmək istəyən hərəkətin simbolu fərqli olmalıdır. Əsarətdən və istemardan qurtulmaq istəyən millətlərin simbolları , öz bayraqları olur. bu bayraq azadliq istəyən millətə ən güclü etiraz nişanıdır.bayraq, Başqa yozdurmaqları önləyən, sıyıqlaştirmaq yolların bağlayan bir simgedir. Xamnei və Əhmədinejad, öz mozdurlarına Güneyin şanlı bayrağın götürun deməz, elə bir yalnışlıq yapmazlar. Çün bayrağın daşıdığı ağırlığın nə olduğun bilirlər.

hər hansı bir rəng(qırmızıı, yaşıl ya göy) hərəkətimizin əsil mahiyyətin deyil, başqalarına quyruq olduğumuzu yada başqalarına yersiz təpki göstərməyimizi simgələyəcək. hərəkətimiz çox duyarli(həssas) anlar yaşmaqdadır.Belə bir zamanda, təpkisəllik(vakoneşi əməl etmək), təqlid və inad etmək(könəzlik), gerçek bir millətçiyə yaraşmaz.

Bir önəmli məsələ də var, rəngli inqilablarda toplumu qutublaşdirmaq istəmirlər(qotbi etmək). Milli hərəkətimizin hədəflərindən biri isə, milli kimliyimizi oluşturmaqdir.hoviyyət məsələsidir. Hoviyyət məsələsi isə zatən ayrım yapmağa, ara açmağa(fasilə yaratmağa) və qutublaştirmağa məyillidir(əyilimlidir). Bizi fars millətindən ayıran faktorlar hərəkətin gündəmindədir. Simgələrimizdə bu qaydanın içində yerləşməlidirlər. Bu rənglərin tək tək hər birisinin, İranda anlamı var. hər birisi özəl bir məna daşıyır və özəl bir qurupu təmsil edir. Bu quruplar isə, türk və farslardan və başqa millətlərdən oluşan quruplardılar. Hoviyyət olaraq bizi farslarla birləştirən etkən(amil), bizi onlardan ayıran amil olabilməz və tərsinə. Yaşıl rəng, İslam rəngidir və musəlmanlığı təmsil edir. Farslar ,Türklər, Ərəblər , Kürdlər və… hamısının ortaq dini hoviyyətini təmsil edən rəngdir.göy boya(mavi) türkçuluk rəngidir .özəlliklə uyğur türklərinin son hərəkətləri, göy boyanı dünyada türkçuluk rəngi kimi tanıtdırdı .ancaq İranda daha çox istiqlal timini təmsil edir.istiqlal timinin tərəfdarları arasında Türklər, Farslar, Giləklər və … var. yəni göy rəng, bir sıra türklərlə bir sıra farslar arasında ortaq futbalsəverlik hoviyyətini təmsil edir.(əlbəttə tiraxtur timi gündəmə gələndən ,idman alanında göy rəngin (abi) tərəftarları arasında türklərin sayı azalır). Qırmızı rəng dünya səviyyəsində komonizmin və solçuluğun simgəsidir.(əlbəttə 1917-ci ilə inqilabından öncə Fransa inqilabından əsinlənərək, inqilabçilığın simgəsiyidir). İrana gəldikdə, İran solçularının da qırmızı rəng simgəsəl rəngləridir.yəni bir sıra türklərlə bir sıra farslar arasında ortaq əqidə hoviyyəti simboludur.yəni bizlə farsları ayıran simbol deyil, tərsinə bir sıralarımız üçün ortaqliq amilidir. Habelə, İranda bu rəng də göy rəngi kimi, idman sahəsində daha çox anlam daşıyır. illər boyu perspolis (piruzi) timini təmsil edib , bu rəng. piruzi timinin yanlıları arasında isə İranda yaşayan millətlərin hamısından olub və indidə eledir.(əlbəttə son zamanlar Azərbaycanda daha çox tiraxtur timini təmsil edir).indi İran səviyyəsində tiraxturu və piruzini təmsil edən qırmızıi rəng, bizi farslardan ayıran simgə olabilməz. Üstəlik 10-cu prezident seçkilərindən sonra, yaşıl rəngin qabağında Azərbaycan üçün qırmızı rəngi önərənlər, bunuda nəzərdə almalıdilar ki, yaşıl rəng seçkilərdə musevini təmsil edirdisə, qırmızı rəng Əhmədinejadı simgələyirdi.bu isə, bizim Əhmədinejadın yanında durmağımızla bağlı , farsçiların yaydığı təxribata zəmin yaradabilər. (qırmızı reng bizim millətin meəzhəbi baxışlarında da özəl yeri var, hakimiyyətin bu amildən de qullanması gözdən qaçmamalıdır.)Rəngli inqilabların qullandığı simbolların mənası, aydın olmalıdır. Belə buruşuq və neçə anlamli bir rəng bizim milli kimliyimizi göstərə bilməz.

Bu rənglərin uçudə bizim ülkülərimizi göstərən rənglərdir və milli bayrağımızda üçüdə yer alıblar. Heç biri təklikdə bizim milli hərəkətimizi və milli məfkürəmizi olduğu kimi göstərmir.üçünündə bir yərdə olduğu və ay ulduzu qucaqlamaları ilə, bizim kimliyimizi göstərəbilərlər. Bu sistemin bir bölümünü götürub, sistemin hamısının yerinə irəli sürmək stratejik bir xətadır.stratejik bir inhiraf və caymaqdır. Ona görə ki, mahiyyəti və kəlan hədəfləri dəyişən bir hərəkətin, stratejiləridə dəyişəcək.bu məsələ statejik yönətimdə ən ilkin usullardandir.

yahsil hərəkət vi Güney azərbycan milli hərəkəti

İranda gedən 10-cu prezident seçiləri öncəsə və ondsan sonra , "moce səbz-yaşıl dalğa" adlanan ictimai-siyasi bir hərəkət başlayıb. Seçkidən öncəki olaylar, özəlliklə televiziyada adayların munazirələri seçkiyə maraq və umudu artirmışdır. Özəlliklə islahatdan və seçkidən umudsuzləşən yeni orta təbəqə də, yenidən meydana gəlmışdır. Bir sıralar seçkidəən sonraki umduğu dəyişimlərə görə, bir sıra qurumlar isə seçkidən öncəki ortamı qullanmaq üçün meydana girmişdilər.illər boyu seçkiləri baykot edən milli hərəkətimizdə də, seçki meydanına girmək bəlirtiləri görünürdu. Prezident seçkiləri hərəkətin gündəminə gəlmişdir. Genəl olaraq hərəkətin söyləmini və mubahisələrini o zaman seçki tartişmaları bürümüşdür. Milli hərəkətimizin uğraştiği başqa alanlar kölgəyə düşmuşdur sankı. keçmiş illərdə anılan və hərəkətin daha artıq gündəmində olan "Ana dili günu", "Xocalı soyqirimi günu"və…kimi simbolik günlərimizi də, seçkinin yaratdiği ortamin kolgəsinə düşdü. Milli hərəkətimizin genəlini(kolliyyətini) qapsayan bu ortam, seçki günunə qədər sürdü. Seçkidən sonra isə, mərkəzdə və fars şəhərlərinin bir sırasında(isfahan, Şiraz, Məşhəa, Kiramn, Rəşt, və…) yeni bir hərəkət, yeni bir dalğa ortaya çıxdı.yeni bir oyun, yeni bir savaş başladı. əslində seçkidən öncə başlayan bu hərəkətə, seçkidən sonrakı hadısələr məna verib, bu hərəkətin mahiyyətini aydınlatdı. yaşıl dalğa bölgəmizdə və dünyada baxışları özünə çəksə də, İran deyilən ölkədə yaşayan başqa millətlər bu hərəkətə qoşulmadı. İran tarixində yenilik sayılabiləcək ən onməli olay isə, Güney Azərbaycanın bu olaylarda susmasıyıdır. Güney Azərbaycan mərkəzdə gedən bu olaylara gözləmci(tamaşaçı) kimi yanaşdi. Bu yanaşmanın nədənləri və gələcəkdə Azərbaycanın necə hərəkət etməsi ilə bağlı, hərəkətimizdə çeşitli baxışlar var. bu baxışları dəyərləndirmək və gələcəkdə belə olaylarla bağlı necə davranacağımızla bağlı öz düşüncələrimi irəli sürmək istərdim.

Genəl olaraq demək olar ki, milli hərəkətimizin və genəldə Azərbaycanın mərkəzdə gedən hərəkətlə bağlı susması anlamli(mənalı) bir susqunluğudur. Bu anlamın iki yönü var: susmağın nədənləri və daşidiği sav(pəyam-mesaj).Azərbaycanın bu suysqunluğunun həm Azərbaycan mehvərli milli hərəkətimizə , həmdə İran mehvərli hərəkətlərə savı varıdır. susqunluğun nədənlərini sıralarsaq, hər qurum öz savini götürəcək, sanıram.

Güney Azərbaycan milli hərəkəti və genəl olaraq Güney Azərbaycanın susqunluğu haqda irəli sürülən nədənlər:


  • Güney Azərbaycan son yüzildə inqilablar beşiyi olub, ancaq hər inqilabin sonucunda yeni bir fəlakətə düşməsi

  • İranın genəli üçün azadlıq istəyən Güney Azərbaycan, fars şovinistinin yaratdiği millətlər zindanında hələdə əsir qalması və bu dönə yalnız özünu düşünməsi

  • indiki yaşıl hərəkətin başçiları və aparıcı güclərinin də fars şopvinisti olmaları və özəlliklə xordad qiyaminda bunu göstərmələri

  • yaşıl hərəkətin fars millətinin iç savaşi sayılması və bizi ilgiləndirməməsi düşüncəsi(bir sıralarınca)

  • yaşıl hərəkətə qatilmaqla milli hərəkətin bir önəmli sonuc almağına umudsuzluq

  • milli hərəkətin güclü təşkilatlanmaması

  • bizim qatilmağımızla, fars hərəkətləri İranın parçalanmasından qorxub, öz savaşlarını dayandirmaları düşüncəsi(bir sıralarınca)

  • savaşi gözləmək və fars hakimiyyətinin zəifləməsi zamanı işə kəçmək düşüncəsi (bir sıralarınca)

  • Azərbaycanın susması ilə fars millətinə, onun nuxbelərinə və dünyaya sav vermək istəməsi

  • Azərbaycanın farslardan ayri bir yol ilə irəliləməsi və mərkəzdən uzaqlaşması, mərkəz cərəyanlarının dalınca düşməməsi

  • milli hərəkətin Azərbaycanda yönətici güc olması və yaşıl hərəkətə qatilmaması

  • yaşıl hərəkət numayəndələrinin Azərbaycanda zəif olması

  • Əhmədinejad hakimiyyətinin bastırma və saptırma(sərkub və inhiraf) siyasətləri

  • kiçik şəhərlərdə əmniyyəti tədbirlərin güclü olması və kütlənin gözünun qorxudulması

  • xordad qiyaminda Azərbaycanın enerjisinin boşalması

    • milli hərəkətin müstəqil hərəkət etməsi və sağ-sol savaşından uzaq durma düşüncəsi( bir sıralarınca)

Bu susmaq çoxların düşündürdu.çoxları öz savın aldı. Bu susqunluğa sevinənlər və doyunənlər (çox narahat olanlar) də oldu. Hərəkətimiz içində, İran və dünya gücləri arasında bu sukütun qırılması vəya surməsi ilə bağlı pılan cizanlarda oldu. Hələlik milli hərəkət və Azərbaycan millət yaşıl hərəkətlə bağlı susmağa sürməkdədir.ancaq bu susmağın haçanacan sürəcəyi haqda kəsin bir öngöru demək olmaz.milli hərəkətimiz içində bu susmağı dəyərləndirənlər də oldu. Bir sıraları bu susmağın çox mənalı olduğunu vurqulayıb və hərəkətin qazancını bu susmağın sürməsində və milli istəklərimiz üzrə dirənməsində görürlər. Bu baxışa görə, öncə fars şovinistləri və yaşıl hərəkət numayəndələri bizi və bizim haqlarımızi tanımalıdırlar.bizi bir millət olaraq qəbul etməli və şovinisti baxışlarından açıqca daşınmalıdırlar, bizim millətimizə olan zulmə etiraf etməlidirlər və…sonar onlar haqda qərar vermək olar.milli hərəkət tam müstəqil hərəkət etməlidir və sağ sol savaşına keçməməlidir.

Ikinci baxışa görə hərəkət meydanda olmalıdır.yoxsa oyunun sonunda milli hərəkətə heç nə çatmayacaq. Bu baxış içində muxtəlif nədənləri irəli sürüb, çeşitli formada qatılmağı önərənlər var. genəl olaraq qatılmağı önərənlər içində bir sıraları ilk gündən yaşıl hərəkəti demokrasi hərəkəti adlandirib və İranın demokratikləşməsini bizim çıxış yolumuz kimi göstərirlər. Demokrasi bizim sorunlarımızı çözəcək və ya çözülməsinə şərayit yaradacaq deyə, yaşıl hərəkətə qatilmalıyiq, deyirlər. Qatılmanı muvazi(qoşut) hərəkət biçimində irəli sürənlər də var bu baxış içində.”biz bu hərəkətə qoşulub öz şuarımızı verməliyik”, “hakimiyyətin simbolik günlərində farslar Tehranda etiraz edirsə, bizdə burada hərəkətə kəçməliyik, özümüzün istəklərimizi dilə gətirməliyik, hakimiyyət quvvələrinin Tehrana yönəldiyi və öz quvvələrinin meydanda olduğu zaman bizim meydana çıxmağımıza ən uyqun zamandir, artıq susmaq munfəillikdir və…”deyirlər.

Bunlar hər iki baxışın özətcə göstərimidir. Bu baxışların ikisinidə millətçilər arasında savunanlar var. Azərbaycan mehvərli tanınmış yoldaşlarımızı görmək olar hər iki baxışda.tərsinə İran mehvərli insanları da görmək olar bu baxışları irəli sürənlər arasında.onlar İran mehvər olsalarda , öz əsil amacların gizlədib, Azərbaycan adına bizi bu baxışların biri içində yərləştirmək istəyirlər. Onlar öz hədəfləri uğrunda, bu baxışların birini tutmağa milli hərəkəti təhrik edirlər.cumhuriye İslami və Əhmədinejad hakimiyyətini qurtarmaq istəyən İran mehvərlər, sol baxışli İran mehvər insanlar,İran mehvərli və yalnız ana dilin səvənlər, üstəlik xarici ölkələrin oyuncaqlarını da bu baxışları sürənlər arasında görmək olar. Ona görə də bu baxışları dəyərləndirmək istəyiriksə, yalnız milli qazancımız və iç-dış çevrəmizin qoşulları əsasında olmalıdır. Bu əsasda bu baxışların dəyəri, onları irəli sürənlərin kim olduğuna görə deyil.həm baxışları savunanlar içində İran və Azərbaycan mehvər insanlar var, həmdə irəli sürülən hər iki baxışda bəlli gerçek və gerçekdışı(qeyri vaqei) unsurlar görünür.habelə hər iki baxışda istemar pesikolojiyası dediyimiz özəlliklərin etkisin görmək olar.

Milli hərəkətimizin yaşıl hərəkətlə bağlı tutumu(munasibəti) və gerçəklər-sonuc olaraq:




  • Yaşıl hərəkətlə bağlı, Azərbaycan milləti və milli hərəkətimiz susmuşdur.bu susmaq hər kəsə bir sav verdi. bizdə öz savımızı almalıyıq: sistem olaraq qərarsızlıq. istemar vurmuş bir millətin və onun zəif milli hərəkətinin,böyük şoklar qabağında istisalı(kirik qalması) doğal özəllikdir. Bu özəlliyi sistem olaraq gücləndiyimiz zaman aradan qaldırabilərik.

  • Milli hərəkətimizin Azərbaycan millətinin susmasında önəmli rolu olmuşdur. Ancaq millətin bu susmağına həmişəlik umudlu olmaq olmaz. Millətin gələcək hərəkətini pasivlər yox, fəaal quvvələr təyin ədəcək.

  • Yaşıl hərəkət hakim fars millətinin tarixi və zəruri ehtiyaclarından doğan bir hərəkətdir. Hakim fars millətinin acil istəyini, məhkum millətimizin acil istəyi kimi dəyərləndirmək, istemarin törətdiyi rəvanı-siyasi bağlılığı göstərir.

  • Yaşıl hərəkət mahiyyət etibari ilə Güney Azərbaycan milli hərəkətindən fərqli bir hərəkətdir. Bu hərəkətin hədəfləri və acil istəkləri ilə bizim hədəflərimiz və acil istəklərimiz fərqlidir. Yaşıl hərəkət, İranda olan hakim heyəti dəyişmək istəyir və yerinə ılımı bir İran cumhuriyyəti qurmaq istəyir(əlbəttə liderləri hələ İran İslam cumhuriyyətini savunurlar). Güney Azərbaycan milli hərəkəti isə, əsarətdən qurtarmaq və öz hakimiyyətini qurmaq istəyir. Milli hərəkətimizi yaşıl hərəkətin içində görmək və demokrasi hərəkəti adlandirmaq, üzü bəzəkli bir tuzaqdir. Biz bugünün üstün söyləmi olan demokrasini çeynəlyənlərin aldadıcı şuarları ilə , öz mahiyyətimizi göz ardı etməməliyik. Hərəkətimizi demokrasi adına bir başa yaşıl hərəkətə qoşmaq, milli hərəkətimizin mahiyyətindən daşinması deməkdir.demokrasi hər dərdimizin dərmanıdır deyənlər, demokratik dəyərlərimizi qullanmaq istəyirlər. Onlar bizim gecikmiş hərəkətimizi , yenədə geciktirmək istəyirlər.

  • farsların hərəkətə keçdiyi günlərdə, bizdə hərəkətə keçib öz şuarımızı verməyimiz, gələcəkdə bir taktikimiz olabilər. Ancaq yalnız susqunluqdan çıxalım deyə, önqoşullarını(pişşərtlərini) hazırlamadan bu taktiki qullanmaq, enerjimizin boşuna tükətilməsidir.hərəkətin bugünkü potansiyelini nəzərdə almadan, belə bir taktiki oyunlara keçmək , risk yönətiminə uymayan bir addimdir.qarşımizdaki buruşuq oyunda, yalnız hay küy salmaq və meydanda olmaq nəticəni sağlayanmaz. Yersiz təqlid , dalğalara heyranlıq və təpkisəlliyi andıran bu hərəkətlər, yalnız güclü oyuncuların qazanci ilə bitər. Sistemləşməmiş və mərkəzləşməmiş bir hərəkəti güclü oyuncuların meydanına atmaq, oyunculuqdan daha çox oyuncaqliğa gətirib çıxarar. “Farslar filan hərəkəti ətdilər , bizdə ədək” düşüncəsi təpkisəllikdir yaradıcılıq deyil. fərsayəşi(aşindirici) bir oyunda təpkisəl davranan oyuncu ardı ardına qoz verməli olur.

  • "yaşıl hərəkət farsların iç savaşıdır və bizi ilgiləndirməz" deməklə müstəqil olmağımızı göstərmək, mubarizə meydanımızdakı gerçeklərdən qaçmaqdır."gerçekdən qaçış" ilə gerçek mubarizəni sürmək olmaz. xəyalda yaşadığımız ölkədə farslarla türklər arasında çin duvarı çəkmək olar.ancaq gerçək meydanda qarşımızdakı hərifləri görməmək olmaz. "fars hərəkətləri özəlliklə yaşıl hərəkət öncə bizi bir millət kimi qəbul ətsin, sonra bu haqda qərar verək" sözü, özü bir turlu farslara aşağıdan baxmağımızı göstərir. bu söz, bizim zəif olduğumuzu özündə gizledir. Biz güclü bir oyuncuyuqsa, bizi öncə qəbul edin deməyə gərək yoxdur. Onlar onsuzda qəbul ədəcəklər.

  • Farslar və başqa millətlərlə muvazi olaraq Əhmədinejad-xamnei hakimiyyətinə qarşı böyük və enli bir yolda hucuma kəçmək , yenədə hərəkətimizin acil istəyinin nə olduğunu dalğaların cazibəsi ilə unutmaqdir. Bizim dərdimiz yalnız Əhmədinejad həkimiyyəti deyil. Biz öz millətimiz, hakim millət və onun hakimiyyəti ilə uğraşmaqdayıq. Ən önəmlisi isə öz millətimizdir. Öz millətimiz və milli gücümüz formalaşmayınca, öz hakimiyyətini istəməyincə, hakim millətin hakimiyyətini yıxmaq olmaz. milli hərəkətimiz bir gerçək oyuncu səviyyəsində olmazsa, muvazi hərəkət adına meydana girib, kölgəyə düşərik.

  • Biz fars –İran istemarinda inildəyən bir millətik. Bu əsarətdən millət olaraq qurtarmaq üçün, qarşımızda duran quvvedən güclü olmalıyıq.hərəkətimiz milli-siyasi hərəkətdir.siyasi hərəkətdə güclülər udur. bu yazıda bizi gücləndirən unsurlar haqda fikirlərimi ortaya qoydum. Bu unsurlara dayanaraq, hərəkətimizi odaqli bir sistemə çəvirmək, ən kəsə çıxış yolumuzdur.odaqlanmış, sistemləşmiş , mərkəzləşmiş və güclü bir hərəkətə çəvrilirsək, yuxaridaki seçənəklərin çoxundan yararlanmaq olar, yoxsa hamısından hakim millət qazancli çıxacaq.

qaynaq:


1- Prof. Karl-Diətər Opp, Social Movəmənts and Political Protəst, University of Ləipzig / University of Waşington (Səattlə), Spring 2006

2-SƏFA ŞIMŞƏK, Nəw Social Movəmənts in Türkəy Sincə 1980, Türkiş Studiəs, Vol. 5, No. 2, Summər 2004

3-Hooşang amirahmadı,Thə thəory of əthnic colləctiv movəmənts and its application to İran, əthnic and racıal studiəs, vol 10,num 4, 1987 (internet)
4-Bahram Rajaəə -Dəciphəring İran: Thə Political Əvolution of thə İslamic Rəpublic and U.S. Forəign Policy Aftər Səptəmbər 11, Comparativə Studiəs of South Asıa, Africa and thə Middlə Əast, 24:1 (2004)

5- Barry Rubin, Regime Change in Iran, Middle East Review of International Affairs, Vol. 7, No. 2 (June, 2003)

1-بشیریه،حسین،دیباچه ای بر جامعه شناسی سیاسی ایران-دوره جمهوری اسلامی،نشر نگاه معاصصر،1382

2-گی روشه، تغییرات اجتماعی،ترجمه دکتر منصور وثوقی،نشر نی،1385

3-جلايي‌پور، حميدرضا، جامعه‌شناسي جنبش‌هاي اجتماعي، تهران، طرح نو، 1381

4-سهراب رزاقی ، جنبش های اجتماعی در ایران: از ایده تا عمل، اخبارروز (اینترنت)

5-کاوه مظفري، مروري بر نظريه هاي جنبش هاي اجتماعي، مدرسه فمينيستي،1387

.6- وفايي، حسن ، «انقلاب مخملي؛ تجربه هاي شكست خورده و شيوه هاي مقابله»، پژوهشكده مطالعات راهبردي، 1387

7-. يزدان فام، محمود، «انقلاب مخملي؛ بسترهاي داخلي و تمايلات خارجي»، پژوهشكده مطالعات راهبردي، 1387

8-سعید مدنی،درباره جنبشهای اجتماعی جدید، سایتهای اینترنتی مربوط به جنبس سبز،1388





Yüklə 198,08 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin