Müayinə metodları. Tədqiqat işinin yerinə yetirilməsi üçün aşağıdakı müayinə metodları həyata keçirilib:
Ümumi klinik müayinə;
Klinik-laborator müayinə;
Miomektomiyadan sonra uşaqlıqda çapığın dopplerometriyası ilə kiçik çanaq orqanlarının ultrasəs müayinəsi (USM);
Histeroskopiya;
Hər bir pasiyent üçün tərəfimizdən xüsusi olaraq işlənib hazırlanmış müayinə kartı və sorğu-anketi tərtib edilmişdir.
Ümumi klinik müayinə ümumi qəbul edilmiş sxem üzrə aparılmışdır. Xüsusi diqqət mamalıq-ginekoloji anamnezə verilmişdir: menarxenin yaş həddi, cinsi həyatın başlanğıcı, menstural və seksual funksiyanın xüsusiyyətləri, aybaşı tsiklinin təyin olunması və onun pozulmasının xarakteri, operativ müalicədən sonra keçən vaxt, əməliyyat və əmliyyatdan sonrakı dövrün gedişatının və istifadə olunmuş kontrasepsiyanın xüsusiyyətləri, əməliyyatdan sonra cinsi həyatın, cinsiyyət funksiyalarının bərpası, ginekoloji xəstəliklər və əvvəllər aparılmış ginekoloji əməliyyatlar.
Ginekoloji baxış zamanı xarici cinsiyyət orqanlarının inkişafının xüsusiyyətləri, tüklənmə, vulvanın və uşaqlıq yolunun selikli qişasının vəziyyəti, uşaqlığın ölçüsü, vəziyyəti, konsistensiyası, hərəkətliliyi və törəmələr qiymətləndirilmişdir.
Dostları ilə paylaş: |