Dissertasiyanın müdafiəyə çıxarılan əsas müddəaları:
1. Miomektomiyadan sonra uşaqlıqda çapıq olan qadınlar hamiləlik düşükləri və fetoplasentar çatışmazlığın inkişafı üzrə yüksək risk qrupuna daxildirlər.
2. Miomektomiyadan sonra fetoplasentar sistemin vəziyyətində pozuntuların diaqnostikası və aparılan müalicənin effektivliyinə nəzarət etmək üçün ana-cift-döl qan dövranının dinamik dopplerometrik müayinəsi yüksək informativliyə malik diaqnostika üsuludur. Bu cür çatışmazlıqların vaxtında aşkar edilməsi perinatal itkilərin aradan qaldırılmasına imkan verir.
3. Uşaqlıqda çapıq olan qadınlarda modifikasiya olunmuş miomektomiyadan sonra təbii yolla doğuşun aparılması mümkündür.
4. Uşaqlıqda çapıq olan analardan doğulan yenidoğulmuşlarda erkən neonatal dövrdə adaptasiya pozuntuları mümkündür. Perinatal patologiyaların rastgəlmə tezliyinin aşağı salınması imkanlarından biri bu qadınlarda doğuş vaxtının fizioloji doğuş müddətinə yaxınlaşdırılmasından ibarətdir.
Dostları ilə paylaş: |