Exoqrafik müayinə. Müalicəyə başlamazdan əvvəl kiçik çanaq orqanlarının vəziyyətinin qiymətləndirilməsi, eləcə də müalicənin effektivliyinin dinamik qiymətləndirilməsi məqsədilə 5 MHs akustik titrəyiş tezliyinə malik transabdominal və transvaginal sektor vericilərinin tətbiqi ilə real zaman rejimində işləyən, Sono Scape SSI 8000 (Çin) firmasının aparatı vasitəsilə USM həyata keçirilmişdir. Bütün pasiyentlərdə ilkin olaraq transabdominal, sonra isə transvaginal müayinə aparılmışdır.
Ehtimal olunan patologiyanın xarakterindən asılı olaraq, reproduktiv yaşda olan qadınlarda exoqrafik müayinə menstural tsiklin müxtəlif fazalarında, həmçinin onlarda endometriumun hiperplastik prosesləri ilə bağlı şübhə olduğu zaman erkən proliferativ fazada (4-8-ci gün) aparılmışdır.
Dostları ilə paylaş: |