Alınan nəticələrin statistik işlənməsi. Bütün parametrlər üçün qurulmuş variasiya sıralarının orta ədədi (М-Mean), orta kvadratik meylin (а=Std. Dev.) qiyməti və standart xəta (t=Std. Error) hesablanılmışdır. Göstəricilər arasında fərqlərin dürüstlüyü göstəricilərin normal paylanması halında Styudentin t-meyarı vasitəsilə qiymətləndirilmişdir. Kəmiyyət əlamətlərinin müqayisəsi zamanı asılı olmayan seçmələr arasında statistik fərqin müəyyən edilməsi qeyri-parametrik Mann-Uitni U-meyarı, Uayt T-meyarı vasitəsilə yerinə yetirilmişdir. Qrupların keyfiyyət əlamətləri arasında statistik fərqin müəyyən edilməsi üçün χ2 və Fişerin dəqiq meyarları istifadə edilmişdir.
Göstəricilər arasında fərq səviyyəsi ən azı p<0,05 olduqda statistik dürüst hesab olunmuşdur. Fərqlərin statistik əhəmiyyəti ən azı iki meyar üzrə qəbul edilmişdir.
Dostları ilə paylaş: |