Republique francaise



Yüklə 8,93 Kb.
tarix24.07.2018
ölçüsü8,93 Kb.
#57347

YAŞAYIŞ KARTI OLMADAN FRANSADA QALMAĞA VİZASI OLAN ŞƏXSLƏRİN

DİQQƏTİNƏ

Fransız rəsmiləri sizə aşağıdakı şərtlərlə ölkədə qalmağa icazə verən uzunmüddətli viza vermişlər:




  • siz sərhəddə Fransaya daxilolma tarixinizin polis tərəfindən pasportunuza möhürlə vurulmasına nəzarət etməlisiniz.

  • əgər siz başqa bir Şengen Dövlətindən tranzitlə keçirsinizsə, bu möhür tranzit Dövlətin rəsmiləri tərəfindən vurulmalıdır. Bu halda, siz bu tarixdən sonrakı ən geci beş gün ərzində fransa ərazisinə daxil olmalısınız.

  • Fransaya daxil olan kimi, siz, viza ilə birlikdə sizə verilmiş “Demande d’attestation OFİİ ” anketini dolduraraq orada Fransaya giriş tarixini, Fransadakı ünvan və əlaqə telefonlarınızı və sizə verilmiş vizanın nömrəsini qeyd etməlisiniz. Bu, OFİİ-nin sizi tibbi müayinəyə, qəbula və ya görüşə çağıra bilməsi və sizin həmin xidmətlərdə olduğunuzu təsdiq etmək üçündür.

  • Fransaya gələn kimi siz bu anketi (sifarişli göndərişlə və cavablı olmaqla) OFİİ-nin Fransada yaşadığınız ərazidəki İdarəsinə (Office français de l’immigration et de l’intégration – Fransız immiqrasiya və inteqrasiya ofisi) göndərməlisiniz. *

  • Siz bu göndərişə pasportunuzun sizin şəxsiyyətiniz haqqında məlumat verən, sərhədi keçərkən sərhəd polisi tərəfindən vurulmuş tarixli möhürü əks etdirən və sizə verilmiş vizanın olduğu səhifələrinin surətini əlavə etməlisiniz.

  • Fransaya daxil olduqdan üç ay sonra siz tibbi müayinədən və/ya qəbuldan faydalanmaq üçün OFİİ-yə çağırılacaqsınız. Bu zaman özünüzlə aşağıdakı sənədləri aparmalısınız:




    • pasport,

    • başıaçıq anfas çəkilmiş bir fotoşəkil,

    • Fransada yaşadığınızı təsdiq edən arayış (adınıza olan icarə haqqı qəbzi, elektrik, qaz, su və ya şəhər telefonu qəbzi, və ya, bunlar olmadıqda, yaşayış yeri haqqında arayış)

    • lazım gələrsə, Fransaya yola düşməzdən əvvəl tibbi müayinədən keçməniz haqqında tibbi arayış. Əlavə məlumat üçün bu sayta müraciət edin: www.ofii.fr ;

    • OFİİ-yə ödənilməli olan vergi məbləği: ödəniləcək vergi məbləğinin dəyərini öyrənmək üçün bu sayta müraciət edin: www.ofii.fr .

Bu prosedurlar yerinə yetirildikdən sonra, vizalı pasportunuz və bu prosedurların yerinə yetirildiyi barədə OFİİ-nin qeydi sizə vizanın etibarlılıq müddətində qanuni şəkildə yaşamağa icazə verəcəkdir.



Bu formallıqların üç ay ərzində yerinə yetirilməməsi səbəbindən siz qeyri-qanuni yaşayışa aid olan prosedurların tətbiq ediləcəyi şəxs olacaqsınız.
Əgər siz yaşayış icazənizin müddətini artırmaq istəyirsinizsə, vizanızın etibarlılıq müddəti başa çatmazdan əvvəl son iki ay ərzində yaşadığınız ərazinin prefekturasına getməli və yaşayış kartı almaq üçün ərizə təqdim etməlisiniz. Aidiyyatlı şöbənin personalı sizə lazımi blankları verəcək və hansı sənədləri təqdim etməli olduğunuzu deyəcəkdir (yaşayış səbəbinə əsasən bu sənədlər müxtəlif ola bilər).
Bu müddətə riayət etməsəniz, siz yeni viza almaq üçün öz ölkənizə qayıtmağa məcbur olacaqsınız.
* Əgər siz tələbəsinizsə, universitetdə dərs ili başlanarkən qəbulunuz barədə lazımi sənəd verilmişsə və yaxud siz prefektura və OFİİ tabeliyindəki məktəbə qrup tərkibində yazılmışsınızsa, o halda siz OFİİ-yə təqdim etməli olduğunuz sifarişli və cavablı anketi göndərməyə bilərsiniz.
Yüklə 8,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin