Mühüm sərvətin yeganə sahibi olmaq inhisarın yaranması üçün potensial bir səbəb olsa belə, təcrübədə inhisarlar bu səbəbdən nadir hallarda yaranırlar.
Dövlət tərəfindən yaradılan inhisarlar
Bir çox hallarda, inhisarın yaranmasına səbəb dövlətin bəzi əmtəə və xidmətləri satmaq üçün müstəsna hüququ bir şəxsə və ya bir firmaya verməsi olur.
Dövlət tərəfindən yaradılan inhisarlar
Patent və müəllif hüquqları haqqında qanunlar dövlətin inhisar yaratmaqla ictimai maraqlar uğrunda necə xidmət etdiyini sübut edən iki mühüm misaldır.
Təbii inhisarlar
Təbii inhisar (natural monopoly) bir firma mal və xidmətləri bazarda iki və daha çox firmanın fəaliyyət göstərdiyi halla müqayisədə daha az xərclərlə istehsal etdikdə meydana çıxır.
Təbii inhisarlar
Təbii inhisar müəyyən istehsal səviyyəsində istehsalın artması nəticəsində maya dəyərinin azalması halında meydana çıxır.
Təsvir 1. İstehsalın artması nəticəsində maya dəyərinin azalması inhisarın yaranmasının səbəbi kimi
İNHİSARLAR İSTEHSAL HƏCMİ VƏ QİYMƏTLƏ BAĞLI QƏRARLARI NECƏ QƏBUL EDİR
İnhisarçı qiyməti marjinal xərclərdən artıq təyin etdiyi üçün, əmtəəyə istehsal xərclərindən artıq qiymət verən alıcıların heç də hamısı əmtəəni almırlar.
Buna görə də, inhisarçının istehsal etdiyi və satdığı miqdar sosial cəhətdən səmərəli həddən həmişə aşağı olur.
Təsvir 8. İnhisarın səmərəsizliyi
İtirilmiş iqtisadi səmərə
İnhisarın səmərəsizliyi
İnhisarçı sosial baxımdan səmərəli miqdardan daha az məhsul istehsal edir.
İtirilmiş iqtisadi səmərə
İnhisara görə yaranan itirilmiş iqtisadi səmərə, vergiyə görə yaranan itirilmiş iqtisadi səmərəyə bənzəyir.
İki hal arasındakı fərq yalnız vergi tətbiq olunduqda dövlətin gəlir əldə etdiyi halda, inhisarçılıq şəraitində özəl firmanın inhisar mənfəəti əldə etməsidir.
İNHİSARLAR BARƏSİNDƏ DÖVLƏT SİYASƏTİ
Dövlət inhisarlaşmış bazarlarla bağlı yaranan problemləri aradan qaldırmaq üçün aşağıdakı dörd tədbirdən birini həyata keçirə bilər:
İnhisarlaşmış sənayeləri tədricən rəqabət mühitinə keçirmək.
İnhisarların fəaliyyətini tənzimləmək.
Bəzi özəl inhisarları dövlət müəssisələrinə çevirmək.
Və yaxud heç bir tədbir görməmək.
Anti-inhisar qanunlarının köməyi ilə rəaqbətin artırılması
Anti-inhisar qanunları firmaların inhisarçı nüfuzunu azaltmağa imkan verən hüquqi aktlar və qanunlar toplusudur.
Anti-inhisar qanunları dövlətə rəqabəti müxtəlif vasitələrlə gücləndirmək imkanı verir.
Onlar dövlətə firmalarının birləşməsinin qarşısını almağa imkan verir.
Onlar dövlətə bəzi şirkətləri kiçik hissələrə parçalamaq imkanı verir.
Onlar şirkətlərin öz fəaliyyətlərini uzlaşdıraraq bazarda inhisarçı kimi çıxış etmələrinin qarşısını alır.
Anti-inhisar qanunlarının köməyi ilə rəaqbətin artırılması
İki mühüm anti-inhisar qanunu
Şerman Anti-inhisar Qanunu (1890)
O dövrdə iqtisadiyyatda hegamonluq edən iri və nüfuzlu “trestlər”in bazar nüfuzunu aşağı salmışdır.
Klayton Qanunu (1914)
Dövlətin bu sahədə nüfuzunu daha da artırmış və ona inhisarçı şirkətlərə qarşı məhkəmə iddiası qaldırmaq hüququ vermişdir.
Tənzimləmə
Dövlət təbii inhisarçının qiymətlərini tənzimləyə bilər.
Əgər qiymət marjinal xərclərə bərabər olsa, resursların bölgüsü səmərəli olacaqdır.
Təsvir 9. Təbii inhisar tərəfindən marjinal xərclərə əsasən qiymətqoyma
Tənzimləmə
Təcrübədə tənzimləyici orqan inhisarçının istehsal xərclərini aşağı saldığı təqdirdə ona mənfəəti nisbətən artırmaq imkanı verir, yəni qiyməti tam olaraq yeni xərclərə uyğunlaşdırmır.
Dövlət mülkiyyətinə almaq
Özəl firma kimi fəaliyyət göstərən təbii inhisarın tənzimlənməsi əvəzinə dövlət inhisarı özü idarə etməyə başlayır (Məs. ABŞ-da dövlət Poçt Xidmətini öz mülkiyyətində saxlayıb və idarə edir).
Heç bir tədbir görməmək
Əgər bazarın iflasının nəticələri dövlət siyasətinin qüsurlarının nəticələri ilə müqayisədə daha kiçikdirsə, dövlət heç bir tədbir görməyə bilər.
QİYMƏT AYRI-SEÇKİLİYİ
Qiymət ayrı-seçkiliyi(Price discrimination) istehsal xərcləri eyni olmasına baxmayaraq, eyni əmtəənin müxtəlif alıcılara müxtəlif qiymətlərə satılmasına deyilir.
QİYMƏT AYRI-SEÇKİLİYİ
Əgər bazar qiymətindən çoxlu firmaların satış həyata keçirdiyi rəqabətli bazarda qiymət ayrı-seçkiliyinin olması mümkün deyildir. Bunu etmək üçün firma müəyyən bazar gücünə malik olmalıdır.
Mükəmməl qiymət ayrı-seçkiliyi
Mükəmməl qiymət ayrı-seçkiliyi şəraitində inhisarçı hər bir alıcının ödəmə niyyətindən xəbərdardır və buna əsasən də hər bir alıcı üçün əmtəəyə müəyyən qiymət təyin edir.
QİYMƏT AYRI-SEÇKİLİYİ
Qiymət ayrı-seçkiliyinin iki mühüm təsiri:
İnhisarçı mənfəətini artırır.
İtirilmiş iqtisadi səmərəni azaldır.
Təsvir 10. Qiymət ayrı-seçkiliyi olduqda və olmadıqda maddi rifah
Təsvir 10. Qiymət ayrı-seçkiliyi olduqda və olmadıqda maddi rifah
İnhisarlarin yaratdığı problemlər nə qədər geniş yayılmışdır?
İnhisarlara tez-tez rast gəlmək olur.
Məhsullar çeşidləndirildiyindən əksər firmalar öz qiymətlərinə təsir edə bilirlər.
Mühüm inhisar gücünə malik firmalar nadirdir.
Bəzi mallar həqiqətən də əvəzedilməzdir.
Xülasə
İnhisarçı bazarda əmtəənin yeganə satıcısıdır.
O, istehsal etdiyi əmtəə üçün bazarda aşağı meylli tələb əyrisi ilə üzləşir.
İnhisarçının marjinal gəliri həmişə onun satdığı əmtəənin qiymətindən az olur.
Xülasə
Rəqabət aparan firma kimi, inhisarçı firma da marjinal gəlir ilə marjinal xərcin bərabərliyi nöqtəsinə uyğun istehsal həcmi seçir və beləliklə də mənfəətini maksimum edir.
Rəqabət aparan firmadan fərqli olaraq, inhisarçı firmanın təyin etdiyi qiymət marjinal gəlirdən və deməli həm də marjinal xərcdən yüksək olur.
Xülasə
İnhisarçının mənfəətini maksimum edən istehsal həcmi, istehlakçının və istehsalçının izafi dəyərlərinin cəmini maksimum edən istehsal həcmindən az olur.
İnhisarçı bazarda verginin yaratdığı kimi itirilmiş iqtisadi səmərənin meydana çıxmasına səbəb olur.
Xülasə
İqtisadi sahədə dövlət siyasətini formalaşdıran qurumlar inhisarçının bazarda yaratdığı səmərəsizliyi aradan qaldırmaq üçün anti-inhisar qanunları, qiymətlərin tənzimlənməsi və inhisarçı firmanın dövlət müəssisəsinə çevrilməsi yollarından birini seçə bilər.
Əgər bazarın iflası nəticəsində yaranan problemlərin miqyası dövlət siyasəti aparılarkən labüd olaraq ortaya çıxan mənfi təsirlərdən az olarsa, onda dövlət heç bir tədbir görmür.
Xülasə
İnhisarçı bir çox hallarda alıcıların müxtəlif qrupları üçün müxtəlif qiymətlər təyin edə bilər.
Qiymət ayrı-seçkiliyi deyilən bu təcrübə nəticəsində daha aşağı alıcılıq qabiliyyəti olan qruplar da əmtəəni ala bilərlər və nəticədə ümumi maddi rifah artar.
Mükəmməl qiymət ayrı-seçkiliyi halında inhisarçının bazarda yaratdığı itirilmiş iqtisadi səmərə tamamilə aradan qaldırılır.
Əgər qiymət ayrı-seçkiliyi mükəmməl deyilsə, onda belə siyasət inhisarçının vahid qiymət təyin etdiyi halla müqayisədə maddi rifahı həm artıra, həm də azalda bilər.