Rəqəmsal Marketinq Strategiyaları
1.Rəqəmsal Marketinqin inkişaf tarixi və təkamülü.
XVIII əsrin əvvəllərinə qədər dünyada kənd təsərrüfatı sahəsi üstünlük təşkil edirdi. 1750-1850-ci illərdə buxar mühərriklərinin inkişafı sənaye inqilabı ilə nəticələnmişdir. 1850-1915-ci ildə elektrik, kimya, neft texnologiyası, qatarlar, buxar mühərrikləri ilə işləyən fabriklər Sənaye İnqilabını gətirdi. Bu inkişaf dövrlərindən sonra mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomobil sənayesi,radio, televiziya,telefon, elektronika, genetika, nüvə texnologiyaları və kompüter texnologiyası kimi bir çox sahələrin sürətli inkişafı 20-ci əsrə öz damğasını vurdu. 20-ci əsrin ortalarında Sənaye İnqilabından sonra yeni "Rəqəmsal dövr"meydana gəldi və bu inqilabın sürətlə inkişafı informasiya və kommunikasiya texnologiyalarına söykənirdi. Bəzən bu inqilaba "İnformasiya dövrü",‘‘Digital Age‘‘ də deyilirdi. 21-ci əsrdə isə sensor texnologiyaları, kosmik texnologiya, nanotexnologiya, biotexnologiya, nüvə texnologiyası, alternativenerji, ağıllı cib telefonları və digər sahələrdə yüksək sürətli inkişafa nail oluruq.
Qeyd etmək lazımdır ki, hal hazırda Azərbaycanda vətəndaşların 40%-dən çoxu internet istifadəçiləridir. Bakıda və digər bölgələrdə mindən çox internet-klublar açılmışdır və əhaliyə kompyuter bilikləri öyrədilir. 35-dən çox internet provayderi fəaliyyət göstərir ki, onların sayının sürətlə artması Qafqazda güclü rəqabət mühiti yaradır. Hazırda Azərbaycanda informasiya resurslarının həcmi və internet vasitəsi ilə göstərilən xidmətlərin növü sürətlə artır, dövlət və biznes sferasında elektron əməliyyatlar uğurla həyata keçirilərək E-hökumətin formalaşması üçün etibarlı zəmin yaradılır.
2000-ci ildə yaradılmış olan milli internet provayderi “Delta Telekom” əvvəlcə peyk vasitəsi ilə 12 Mb/s sürəti olan kanalla, 2004-cü ildə isə regionda ilk olaraq optik bağlantı vasitəsi ilə 155 Mb/s sürətli kanalla beynəlxalq internet şəbəkəsinə qoşulur. Hazırda isə kanalın sürəti 30 Gb təşkil edir. 2003-cü ildə NATO-nun təklif etdiyi qrant çərçivəsində Orta Asiya və Qafqaz ölkələrini birləşdirən Virtual İpək Yolu layihəsinə başlanılmışdır. Layihənin tətbiqi nəticəsində ölkənin elm və təhsil müəssisələrinin internetlə təminatı yaxşılaşdırılmışdır. Bu gün artıq deyə bilərik ki, İnternet getdikcə inkişaf edir və populyarlaşır. Online ticarət yaranır, internet-mağazalar müxtəlif məhsullarla bazara daxil olurlar.
Dostları ilə paylaş: |