3.Rəqəmsal marketinq növləri. Ənənəvi marketinq növlərinə nisbətən daha obyektiv və etibarlı olan rəqəmsal marketinq növləri olduqca yeni olsa da sürətlə yayılmaqdadır. Demək olar ki, hər bir platformaya tətbiq oluna bilən və yüksək rəy əldə edən rəqəmsal marketinq, bu gün məhsul və xidmətləri müştəriyə tanıtmaq üçün istifadə olunan ən geniş yayılmış marketinq metodlarından biridir. Rəqəmsal platformalar vasitəsilə auditoriyanı əlçatan edən onlarla rəqəmsal marketinq növü var. Ancaq bu hissədə geniş istifadə olunan rəqəmsal marketinq növlərini izah etməyə çalışacağam.