Rəqəmsal Marketinq Strategiyaları Rəqəmsal Marketinqin inkişaf tarixi və təkamülü



Yüklə 43,72 Kb.
səhifə3/13
tarix01.01.2022
ölçüsü43,72 Kb.
#107410
1   2   3   4   5   6   7   8   9   ...   13
Rəqəmsal Marketinq Strategiyaları

SWOT Analizi. SWOT İngiliscə strenghts(güclü tərəflər), weaknesses(zəif tərəflər), opportunities(fürsətlər) və threats(risklər) sözlərinin baş hərflərindən ibarət qısaltmadır və SWOT analizi firmanın olduğu bazarı və bazardakı tələbi müəyyən etməyə imkan verir həmçinin, firmaya strateji planlamada və alacağı qərarlarda yol göstəricisi olur. Firmanın güclü və zəif tərəflərinin analizi şirkətin bazardakı vəziyyətini anlamağa və gələcək haqqında proqnozlar verməyə imkan yaradır. Şirkətin güclü və zəif tərəfləri analiz edilərkən bazar payı, müştəri gücü, marka mövqeyi, məhsulun qiyməti və keyfiyyəti, xammal məmbələri, müştəri sədaqəti, müştəri məmnunniyyəti və digər kriteriyalar nəzərə alınır.Bu kriteriyalara görə firmanın nə qədər güclü və nə qədər zəif olduğu müəyyən olunaraq bazardakı mövcud vəziyyəti məlum olur.

Bazardakı vəziyyətin daha da yaxşı öyrənilməsi üçün PEST və Porterin 5 Güc Analizindən (Porters Five Forces) də istifadə olunur.



PEST Analizi. PEST İngiliscə political(siyasi), economical(iqtisadi), social(sosial) və technological(texnoloji) sözlərinin baş hərflərindən yaranmışdır. Siyasi faktorlar analiz edilərkən firmanın fəaliyyət göstərdiyi sahədə dövlət siyasəti, mövcud və çıxması gözlənilən yeni qanunlar, tənzimləmə siyasəti, ticarət siyasəti, qlobal siyasi amillər, dövlətin xarici siyasəti kimi kriteriyalar dəyərləndirilir. İqtisadi faktorlar analiz edilərkən ölkədəki və bazardakı iqtisadi durum, vergi sitemi, infilyasiya, gəlirlərin bölüşdürülməsi, faiz dərəcələri,qlobal böhranlar kimi kriteriyalar dəyərləndirilir. Sosial faktorlar analiz edilərkən ölkədəki və bazardakı sosial-mədəni dəyişiliklər,əhali artımı, yaş profili, təhsil,dünya görüşü, mediya kimi faktorlar dəyərləndirilir. Texnoji faktorlar analiz edilərkən bazarda yeni ortaya çıxan texnologiyalar, internet araşdırma fəaliyyətləri, istehsalın sürəti və keyfiyyəti, texnologiyanı əldə etmə imkanları, innovasiya potensialı, potent hüqüqlarının qorunması kimi kriteriyalar dəyərləndirilir.Bütün bu dəyərləndirmələr bazarın son durumunu təyin etməyə kömək edəcək həmçinin firmanın iş planına və strategiyasına birbaşa təsir edənamillərdir.


Yüklə 43,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin