Rəqəmsal Marketinq Strategiyaları Rəqəmsal Marketinqin inkişaf tarixi və təkamülü



Yüklə 43,72 Kb.
səhifə5/13
tarix01.01.2022
ölçüsü43,72 Kb.
#107410
1   2   3   4   5   6   7   8   9   ...   13
Rəqəmsal Marketinq Strategiyaları

Marketinqdə 4P konsepsiyası. Product (məhsul), Price (qiymət), Place (satış kanalları), Promotion (reklam) sözlərinin baş hərflərindən yaranan 4P modeli 1960-cı ildə E. Jerome McCarthy tərəfindən irəli sürülmüşdür və dünyaca məşhur olan , marketinq kitablarının yazarı Phillip Kotlerin kitablarında bu modelin yer alması 18 nəticəsində populyar hala gəlmişdir. Marketinq strategiyası inkişaf etdirilərkən 4P modelindən istifadə edilməsi firma üçün əhəmiyyətli dərəcədə önəm kəsb edir. 4P modelinde “Product” sözü müştəri ehtiyaclarını qarşılamaq üçün təklif edilən məhsul və xidmətləri bildirir və məhsul xüsusiyyətlərini, keyfiyyətini, zəmanət şərtlərini, satış sonrası xidmətləri və qablaşdırma kimi faktorları özündə birləşdirir. “Price” sözü məhsulun qiymət siyasətini bildirir. “Place” sözü müşteriye məhsul və ya xidmətlərin çatdırılması üçün satış kanallarını bildirir və anbar, mağazalar şəbəkəsi, satış nöqtələri kimi obyektləri özündə birləşdirir. “Place” sözü ilk olaraq ağıla satış kanalları olan mağazalar şəbəkəsini gətirsə də, hal hazırda poçt ilə sifariş, telefondan sifariş və web saytlardan sifariş kimi kanallar da bu mövzu altında qiymətləndirilə bilər. “Promotion” sözü isə firmanın hədəf kütləyə məhsul haqqıda məlumat və marka reklamını edə bilməsi üçün lazım olan reklam fəaliyyətlərini özündə birləşdirir. 4P modeline daha sonradan Physical Evidence (fiziki isbat), People (insanlar) və Process (proses) sözlərinin baş hərfləri ilə 3P əlavə olunaraq 7P modeli yaradılmışdır. “Physical Evidence” məhsulun satıldığı yerlərin xüsusiyyətlərini təyin edir. Satış kanalı mağazadırsa, mağazanın daxili dizaynı, ambisiyası, yerləşdiyi məkan və digər kriteriyaları qiymətləndirilir. Satış kanalı e-ticarət saytıdırsa, istifadəolunma imkanları, məhsul çeşidləri, ödəniş imkanları kimi faktorlar qiymətləndirilir. “People” sözü firmanın satış və marketinq fəaliyyətlərini göstərən işçiləri ifadə edir. “Process” sözü isə işçilərin məhsul və xidməti müştəriyə təqdim edərkən proseslərin izlənilməsini izah edir.




Yüklə 43,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin