Çəkmə strategiyası. (Pull) "Çəkmə" (pull) strategiyasında reklam və təqdimat fəaliyyətlərinin ağırlıq nöqtəsi, son istehlakçı üzərində sıxlaşır. Bunun mənası, "çəkmə " (pull) strategiyası tətbiq etməyə qərar verən bir müəssisənin ağırlıqlı olaraq birbaşa son istehlakçılara istiqamətli bir reklam siyasəti təyin etməsi və bu məqsəd istiqamətində satış səylərini artırıcı tədbirlərə, məsələn məhsul testləri, müxtəlif hədiyyələr, püşk atmaq v.b. kimi, əl atmasıdır. Çəkmə strategiyasının məqsədi, son istehlakçıların reklamı edilən məhsulu satın alarkən ticarət müəssisələrindən tələb etmələrini təmin etməyə istiqamətli olub müştəri itirmək istəməyən ticarət müəssisələrin də o malı satın almalarını təmin etməkdir. Bu halda bu strategiyada, müştəri məhsulu bazara çəkər.