Qeyri-rəsmi tərcümə1
KOTİROVKA SORĞUSU (Mallar)
ŞİRKƏTİN ADI VƏ ÜNVANI
BMTİP Azərbaycan
BMT-nin 50 illiyi küçəsi 3
Bakı, Azərbaycan, AZ
1001
|
TARİX: 27 avqust 2020
|
İSTİNAD: Istixana, damcılı suvarma sistemi, isitmə sistemi və generatorların DAP Incoterms 2010 şərtləri əsasında Azərbaycandakı müxtəlif layihə yerlərinə təchizatı və çatdırılması üçün Uzunmüddətli Müqavilə
|
Hörmətli xanım/cənab:
Sizdən BMTİP-in Azərbaycandakı layihələri çərçivəsində müxtəlif layihə yerləri üçün bu kotirovka sorğusunun 1 saylı Əlavəsində ətraflı təsvir olunan "Istixana, damcılı suvarma sistemi, isitmə sistemi və generatorların DAP Incoterms 2010 şərtləri əsasında Azərbaycandakı müxtəlif layihə yerlərinə təchizatı və çatdırılması üçün Uzunmüddətli Müqavilə" üçün qiymət kotirovkanızı təqdim etməyinizi xahiş edirik.
Təklifinizi hazırlayarkən, 2 saylı Əlavədə təqdim edilən formanı rəhbər tutmağınız xahiş edilir. Təkliflər aşağıdakı e-poçt ünvanlarına 10 sentyabr 2020-ci il Bakı yerli vaxtı ilə saat 18.00-dək və ya ondan əvvəl göndərilə bilər:
Təklif e-poçt yolu ilə aşağıdakı ünvana göndərilməlidir:
Dostları ilə paylaş: |