Qiymət kotirovkanızın müəyyən edilmiş son tarixdə və ya ondan əvvəl yuxarıda göstərilən ünvana çatdırılmasını təmin etmək öhdəliyi sizin üzərinizə düşür. BMTİP-ə hər hansı səbəbdən yuxarıda göstərilən tarixdən sonra daxil olan qiymət kotirovkaları qiymətləndirmə üçün nəzərdən keçirilmir.
Yuxarıda qeyd olunan malların təchizatına dair aşağıdakı tələbləri və şərtləri nəzərə almağınız xahiş olunur:
Çatdırılma şərtləri
[INCOTERMS 2010] (Zəhmət olmasa bunu qiymət cədvəli ilə əlaqələndirin)
|
DAP
|
Zərurət olarsa, gömrük rəsmiləşdirməsini həyata keçirəcək:
|
✔Təchizatçı BMTİP-nin dəstəyi ilə. ƏDV və rüsumlar tətbiq edilmir. Gömrük tərəfindən bəyannamələr üçün alınan xidmət haqqı BMTİP tərəfindən ödənilir.
|
Çatdırılma yer(lər)inin dəqiq ünvan(lar)ı
(birdən çoxdursa, hamısını göstərin)
|
Bərdə, Mingəçevir, Şəmkir, Abşeron (bu istinadlar bütovlükdə rayona aiddir, kəndlər daxil)
|
Ən son gözlənilən çatdırılma tarixi və vaxtı (çatdırılma vaxtı bu tarixi keçərsə, BMTİP qiymət kotirovkasını qəbul etməkdən imtina edilə bilər)
|
Hər Alış Sifarişindən sonra 30 təqvim gününə qədər, çatdırılma və quraşdırılma (açar təslimi)
|
Çatdırılma qrafiki
|
✔ Tələb olunmur (hər Alış Sifarişindən sonra 30 təqvim günü)
|
Qablaşdırmaya dair tələblər
|
Qablaşdırma malların daşınması, yüklənməsi və boşaldılması, çatdırılması və təyinat nöqtəsində saxlanılması zamanı qarşıya çıxa bilər təhlükələrdən qorumaq üçün səmərəli və effektiv standarta uyğun olmalıdır.
|
Qiymət kotirovkası üçün üstünlük verilən valyuta
|
✔ ABŞ dolları
|
Qiymət kotirovkası üzrə Əlavə Dəyər Vergisi
|
✔ ƏDV və tətbiq olunan digər dolayı vergilər daxil olmamalıdır
|
Tələb olunan satışsonrası xidmətlər
|
✔ Standart İstehsalçı Zəmanətində göstərilən Hissələrə və İşçiliyə dair zəmanət (tələblər cədvəlində zəmanətin şərtləri göstərilib)
✔ Texniki dəstək. Təklif olunan avadanlıq və konstruksiyalara Bakı, Azərbaycanda rəsmi texniki xidmət mərkəzləri olmalıdır. Rayonlarda texniki dəstək arzuolunandır.
|
Qiymət kotirovkasının təqdim olunması üçün son tarix
|
|