İştirakçılardan xahiş edilir ki təkliflərini rovshan.badalov@undp.org ünvanına heç bir halda göndərməsinlər! rovshan.badalov@undp.org ünvanına gələn təkliflər tenderdən kənarlaşdırıla bilər.
rovshan.badalov@undp.org ünvanı yalnız sual-cavab üçündür
BMTİP-in cavabının hər hansı formada gecikməsi kotirovkanın təqdim edilməsi üzrə son tarixi uzatmaq üçün səbəb kimi istifadə edilməməlidir. Bu o halda istisna olunur ki, BMTİP bu uzadılmanın zəruri olduğunu müəyyən edir və İddiaçılara yeni son tarixi bildirir.
Bundan əlavə, BMTİP 1 sentyabr 2020-ci il tarixində saat 11:00-da ZOOM vasitəsilə tender qabağı görüş təşkil edəcəkdir. Bütün iştirak etmək istəyən şirkətlər yuxarıda 1 sentyabr 2020-ci il 10:00-a qədər göstərilən ünvandan iştirak üçün keçidi və şifrəni əldə edə bilərlər.
|
Təklif olunan mallar kotirovkanın tamlığı və yuxarıda təsvir olunan minimum spesifikasiyalara və BMTİP-in tələblərinin təfərrüatlarını əks etdirən hər hansı digər əlavələrə uyğunluğu baxımından nəzərdən keçiriləcək.
Bütün spesifikasiyalara və tələblərə cavab verən və ən aşağı qiyməti təklif edən, habelə bütün digər qiymətləndirmə meyarlarına cavab verən qiymət təklifi seçiləcək. Tələblərə cavab verməyən hər hansı təklif qəbul edilməyəcək.
Vahid qiyməti ilə ümumi qiymət (vahid qiyməti ilə miqdarın hasili) arasında hər hansı uyğunsuzluq olduqda, BMTİP tərəfindən təkrar hesablama aparılır. Vahid qiyməti əsas götürülür və ümumi qiymətə düzəliş edilir. Təchizatçı BMTİP-in təkrar hesablaması və xətalara etdiyi düzəliş əsasında alınan yekun qiyməti qəbul etməzsə, onun kotirovkasından imtina edilir.
BMTİP ən aşağı qiymət təklifini müəyyən etdikdən sonra, daşıma xərclərinin (yük və sığorta) onun özünün əməkdaşlıq etdiyi daşıma şirkəti və sığorta şirkətinin qiymətləri ilə müqayisədə yüksək olduğunu müəyyən edərsə, yalnız xidmətlərə görə müqavilə bağlamaq hüququnu özündə saxlayır.
Kotirovkanın qüvvədə olduğu müddət ərzində valyuta məzənnələrində kəskin artım, inflyasiya və ya enib-qalxmalar və ya hər hansı digər bazar faktorları səbəbilə qiymət dəyişikliyi kotirovka BMTİP tərəfindən qəbul edildikdən sonra qəbul edilmir. Müqavilə və ya Alış sifarişi bağlanılarkən BMTİP vahid qiymətinə və ya digər şərtlərə dəyişiklik edilmədən, xidmətlərin və/yaxud malların miqdarında ümumi təklifin maksimum 25%-dək dəyişiklik etmək (artırmaq və ya azaltmaq) hüququnu özündə saxlayır.
Bu kotirovka sorğusuna əlavə olunan Ümumi Şərtlər bu sorğu nəticəsində imzalanacaq hər hansı Alış Sifarişinə şamil edilir. Kotirovkanın təqdim olunması satıcının BMTİP-in bu sənədə 3 saylı Əlavə kimi əlavə olunan Ümumi Şərtlərini sorğu-sualsız qəbul etdiyini ehtiva edir.
BMTİP hər hansı kotirovkanı qəbul etmək, müqavilə/Alış Sifarişi bağlamaq, yaxud seçim prosesinin nəticəsindən və ya aparılma formasından asılı olmayaraq, kotirovkanın hazırlanması və təqdim olunması ilə bağlı Təchizatçının üzləşdiyi hər hansı xərclərə görə cavabdeh olmaq öhdəliyi daşımır.
Zəhmət olmasa nəzərə alın ki, BMTİP-in satıcılar üçün etiraz prosedurunun məqsədi rəqabətli satınalma prosesində alış sifarişi və ya müqavilə əldə etməyən şəxslər və ya firmalar üçün şikayət imkanı yaratmaqdır. Sizinlə ədalətli şəkildə davranılmadığını hesab etdiyiniz təqdirdə, satıcılar üçün etiraz prosedurları barədə ətraflı məlumatları aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.undp.org/procurement/protest.shtml.
BMTİP hər bir potensial Satıcını siz və ya sizin törəmə müəssisələriniz və ya personalınızın bu kotirovka sorğusunda istifadə olunan tələblərin, strukturun, spesifikasiyaların, xərclər smetasının və digər məlumatların hazırlanmasında iştirak etdiyiniz təqdirdə bu məlumatı BMTİP-ə açıqlamaqla hər hansı maraq münaqişəsinin qarşısını almağa çağırır.
BMTİP dələduzluq və digər qadağan olunmuş təcrübələrə qarşı "sıfır tolerantlıq" tətbiq edir və BMTİP-ə, habelə onun fəaliyyətlərinə cəlb olunan üçüncü tərəflərə qarşı bu cür hərəkət və təcrübələrin müəyyən edilib aradan qaldırılması öhdəliyini rəhbər tutur. BMTİP öz təchizatçılarından aşağıdakı keçiddə yerləşən “BMT-nin Təchizatçılar üçün Davranış Kodeksi”nə əməl etməyi gözləyir:
http://www.un.org/depts/ptd/pdf/conduct_english.pdf
Təşəkkür edirik və kotirovkanızı almağı səbirsizliklə gözləyirik.
Hörmətlə,
Dostları ilə paylaş: |