Request for Quotation (rfq)



Yüklə 79,65 Kb.
səhifə2/11
tarix10.01.2022
ölçüsü79,65 Kb.
#109272
1   2   3   4   5   6   7   8   9   10   11
Kimə: Vendor Azerbaijan procurement.aze@undp.org

Mövzu: Video oyun konsollarının və televizorların təchizatı və çatdırılması

Qiymət kotirovkanızın müəyyən edilmiş son tarixdə və ya ondan əvvəl yuxarıda göstərilən ünvana çatdırılmasını təmin etmək öhdəliyi sizin üzərinizə düşür. BMTİP-ə hər hansı səbəbdən yuxarıda göstərilən tarixdən sonra daxil olan qiymət kotirovkaları qiymətləndirmə üçün nəzərdən keçirilmir.

Yuxarıda qeyd olunan malların təchizatına dair aşağıdakı tələbləri və şərtləri nəzərə almağınız xahiş olunur:



Çatdırılma şərtləri

[INCOTERMS 2010] (Zəhmət olmasa bunu qiymət cədvəli ilə əlaqələndirin)



DAP

Zərurət olarsa, gömrük rəsmiləşdirməsini həyata keçirəcək:

BMTİP

Çatdırılma yer(lər)inin dəqiq ünvan(lar)ı

(birdən çoxdursa, hamısını göstərin)



Azərbaycanın müxtəlif regionları / kəndləri: Abşeron, Binəqədi, Sabunçu, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Göyçay, Bərdə, Şəmkir.

Ən son gözlənilən çatdırılma tarixi və vaxtı (çatdırılma vaxtı bu tarixi keçərsə, BMTİP qiymət kotirovkasını qəbul etməkdən imtina edilə bilər)

Hər Alış Sifarişindən sonra 20 təqvim günü

Ətraflı məlumat üçün bax: 1 saylı Əlavə, 2-1 saylı Əlavə və 2-2 saylı Əlavə.




Çatdırılma qrafiki



✔ Tələb olunmur (Hər Alış Sifarişindən sonra 20 təqvim günü)

Qiymət kotirovkası üçün üstünlük verilən valyuta

✔ ABŞ dolları

Qiymət kotirovkası üzrə Əlavə Dəyər Vergisi

✔ ƏDV və tətbiq olunan digər dolayı vergilər daxil olmamalıdır

Tələb olunan satışsonrası xidmətlər

İddiaçı Azərbaycanda xidmət imkanına (o cümlədən satışsonrası xidmətlər və s.) malik olmalı və öz təklifində xidmət məntəqələrini göstərməlidir.



Qiymət kotirovkasının təqdim olunması üçün son tarix

16 aprel 2020-ci il, yerli Azərbaycan vaxtı ilə saat 18:00

Bütün sənədlər, o cümlədən xidmət kataloqları, əməliyyat planları bu dildə olmalıdır

✔ İngilis və ya Azərbaycan

Təqdim olunacaq sənədlər






✔1 saylı Əlavədə təqdim olunan tələblər siyahısına uyğun olaraq, 2 saylı Əlavədə təqdim olunan və düzgün doldurulmuş forma;

✔BMT-nin Təhlükəsizlik Şurasının 1267/1989 saylı siyahısına, BMT-nin Satınalma Bölməsinin Siyahısına və ya BMT-nin Yararsızlıq Siyahısına daxil olmama barədə yazılı bəyannamə;



✔ Sertifikatlar (varsa)

✔ Elektron qurğuların, məsələn, video oyun konsolları, televizorların və s. təchizatında və çatdırılmasında ən azı 3 illik təcrübə

✔ Tərəfdaş təşkilatlardan/şirkətlərdən oxşar sifarişin icrası ilə bağlı ən azı iki tövsiyə məktubu/müqavilə


Təqdim olunma tarixindən başlayaraq, qiymətlərin qüvvədə olma müddəti






✔ 90 gün

BMTİP müstəsna hallarda Satıcıdan qiymət kotirovkasının qüvvədə olma müddətini bu sorğuda göstərilən ilkin müddətlə müqayisədə uzatmağı xahiş edə bilər. Bundan sonra Satıcı kotirovka sorğusuna hər hansı dəyişiklik etmədən bu uzadılmanı yazılı şəkildə təsdiq etməlidir.



Qismən qiymət təklifləri




✔ İcazə verilir [bu sorğuda iki (2) lot vardır:

Lot 1: Video oyun konsolları və idarəedicilər

Lot 2: Televizorlar, televizor altlıqları və divar kronşteynləri


Ödəniş şərtləri




✔Digər


Yüklə 79,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin