Tədqiqata histopatoloji mədə xərçəngi diaqnozu qoyulan, qastrektomiya və D1-D2 limfa düyününün disseksiyası tətbiq olunan, 18 yaşdan yuxarı, Şərq Kooperativ Onkoloji Qrupuna (ECOG) əsasən performans göstəricisi 0,1 və yaxud 2 olan,uzaq metastaz və peritoneal yayılması olmayan, həmçinin neoadjuvan kimyəvi terapiya qəbul etməyən xəstələr daxil edildi. Nəzarət qrupu xəstəxanamızda işləyən 18 yaşdan yuxarı bədxassəli və ya xroniki xəstəlik tarixçəsi olmayan sağlam insanlardan və qeyri-səciyyəvi simptomları ilə poliklinikamıza müraciət edən şəxslərdən könüllülük əsasında təşkil edildi.