Республика тохужулуг, эюн вя хяз-дяри хаммалынын кейфиййяти цзря Дювлят Мцфяттишлийи Идарясинин Дювлят Стандартлашдырма вя метролоэийа мяркязинин табелийиня верилмяси щаггында


Əlavə 8 Təsviri sənət əsərlərinin surətinin



Yüklə 1,66 Mb.
səhifə8/8
tarix02.04.2020
ölçüsü1,66 Mb.
#102416
1   2   3   4   5   6   7   8
Əlavə 8

Təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə olunmasına görə müəllif qonorarının hesablanması qaydaları

1. Təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə olunmasına görə müəllif qonorarı həmin əsərlərin yaradılmasına görə ödənilən qonorardan asılı olmayaraq ayrıca hesablanır.

2. Təsviri sənət əsərlərini əhali arasında yaymaq məqsədi ilə surətini çıxartmaqla çoxaldan və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə edən fiziki və hüquqi şəxslər (tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq) müəllif qonorarının ödəyiciləri sayılırlar.

3. Müəllif qonorarının 7 nömrəli Əlavədə nəzərdə tutulmuş tarif dərəcələri minimum miqdar sayılır və o zaman tətbiq edilir ki, istifadəçi və müəllif və ya onun hüquqi varisi, yaxud əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat arasında başqa qiymət müəyyən edilməyib və qonorarın miqdarı tərəflərin mübahisəsinə səbəb olmur. Həmin qonorarın yığılması qanunvericiliyə görə müəllif(lər)in qanuni mənafelərini təmsil edən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən həyata keçirilir. Belə təşkilat yaradılana qədər həmin funksiyanı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi yerinə yetirir.

4. Müəllif qonorarının ödəyicisi olan bütün istifadəçilər müəllif(lər)dən və ya onların hüquqi varislərindən, yaxud müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatdan icazə (lisenziya) almalıdırlar. Belə təşkilat yaradılana qədər həmin funksiyanı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi yerinə yetirir.

5. Müəllif qonorarının ödəyiciləri istifadə olunan əsərlərin dəqiq uçotunun aparmalımüəllif qonorarı ilə bağlı bütün sənədləri yoxlamaq üçün Müəllif hüquqları Agentliyinin nümayəndəsinə təqdim etməlidir.

6. Əsər müəllifinin, qiymətli metallar və daş-qaşlar istisna olmaqla, tiraj nüsxələrindən bir ədədini maya dəyərini ödəməklə almaq ixtiyarı vardır.

Əgər məlumat nümunələri metrlə ölçülən materialdandırsa (parça, klyonka və s.) müəllifin sərgidə nümayiş etdirmək üçün onun şərtlərinə uyğun olan ölçüdə mal almaq (dəyərini ödəməklə) hüquqi vardır.
Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin