Mən, Məhəmməd Hadi Zülfüqari vəsiyyət edirəm ki, məni İranda dəfn etməyin. Cənazəmi Məşhəd şəhərinə aparıb, imam Rzanın (ə) hərəmində təvaf etdikdən sonra bu işi Nəcəf, Samirra, Kərbəla və Kazimeyndə də yerinə yetirin. Vadiüs-Salam bütün dünyadan fərqli bir məkandır. Məni reyhan ətri verən torpaqda dəfn edin.
Mövlam Əmirəlmömininə (ə) yaxın olmaqdan başqa heç bir istəyim yoxdur. İmkan daxilində, mənim üçün bütün müstəhəb əməlləri yerinə yetirin. Qəbrimin ətrafını və içini qaraya bürüyün. Qəbrimin içini qara parça ilə örtün. Əgər mümkün olsa, başımın əhləd daşına dəydiyi yerə həzrət Zəhra (s) adını yazın; başım əhləd daşına dəysə, ah kəlməsi əvəzinə ya Zəhra (s) deyim.
Qəbrimin başında mərsiyə oxuyub, sinə vurun. Dəfn olunarkən, başımın üstündə bayraq olsun. Məni bayrağın altında dəfn edin.
Başımın üstündə o qədər "ya Hüseyn" deyin ki, ağa öz şəfaətini mənə nəsib etsin. Yas məclisi keçirməyin, çünki, mən ən ülvi arzuma çatmışam. Mənim üçün deyil imam Hüseyn (ə) və həzrət Zəhra (s) üçün ağlayın. Məni üzü qibləyə, düzgün şəkildə dəfn edin. Qəbrimin üstündə adımı həkk etməyin. Əvəzinə yazın ki, bu, bir günahkarın qəbridir.
İraq xalqının bir hissəsi və İran xalqına vəsiyyətim budur: Artıq üç ilə yaxındır ki, ölkədən xaricdə yaşayıram. Qürbətdə ölkə daxilindən daha çox çətinlik olur. Ölkənizin qədrini bilin və Vəliyye-Fəqihə arxa-dayaq olun.
Bacılardan istəyim budur ki, hicaba riayətdə, Həzrət Zəhranı (s) özlərinə örnək bilsinlər. Son vaxtların hicabı Həzrət Zəhra (s) ətrini vermir.
Dininizi qoruyun, əks halda, imam Zaman ağa zühur edəndə, onun qarşısında dayanıb, müxalifətçilik etmək ehtimalı çoxdur. İmam Zaman ağanı tək qoymayın. Mənim ömrüm keçdi və vaxtı əldən verdim. Özümə gələndə gördüm ki, çox günah etmişəm. Arxamdakı körpüləri uçurub, geriyə yol saxlamamışam. İran və İraq övladları, mən bəzi həqiqətləri dərk etdim. Həyatımda çox günah edib, vaxtımı bihudə işlərə sərf etmişəm. Nəcəfə gəlməyimin dəlillərindən biri də kamilliyə çatmaq istəyim idi.
Nəcəf, möminlərin mövlasının mübarək vücudunun bərəkətindən süzgəcə bənzər bir məkandır. Adamın günahlarını sürətlə ondan ayırıb, ürəyini səfalı bir guşəyə çevirir.
Növbəti istəyim budur ki, İraq xalqı öz vətən və namusunun keşiyində dayanıb, məsumların hərəmlərini müdafiə etsin. Bu zalımları irəliləməyə qoymasın. İraq xalqı, ələlxüsus Nəcəfin dini hövzə tələbələri bu cihada qoşulsunlar. Əlbəttə burada ruhani mücahidlər var, amma sayları çox azdır.
Əminəm ki, Həzrət Zəhranın (s) adı ilə hazırlanan düzgün döyüş və əməliyyat planı düşmənin məhv olub aradan getməsinə kifayət edər.
Tələbələrə vəsiyyətim budur ki, sırf Allahın razılığı üçün dərs oxusunlar. Əks halda, bu işi tərk etmələri daha yaxşı olar. Çünki, belə dərs oxumaq şeytan əməlidir. Əbəs yerə aldıqları imam təqaüdü tutduqları haram işi ikiqat edir. Bu işin məsuliyyəti var.
Əgər bacarırlarsa, dərs oxusunlar. Amma dərs hər şey demək deyil, ibadət də var. Gərək vaxtlarının bir hissəsini də ibadətə sərf etsinlər; çünki, təqvalı tələbələrimizin sayı azdır. Əvvəl nəfsin paklığı, sonra dərs. Aman! Şeytan ələmlərdən bizaram! Dünya günah rənginə boyanıb. Daha sağ qala bilmərəm. İnşaallah imam Hüseyn (ə), Həzrət Zəhra (s), imam Rza (ə) çətin anlarda bu günahkar bəndənin başınin üstündə hazır olarlar.
2014-cü ilin fevral ayının 8-i
Dostları ilə paylaş: |