RəYİ qeyri-rəsmi tərcümə



Yüklə 13,29 Kb.
tarix23.10.2017
ölçüsü13,29 Kb.
#11997

powerpluswatermarkobject18919709



TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR MİSSİYASININ 7 İYUN 2015-Cİ İL TARİXİNDƏ TÜRKİYƏ RESPUBLİKASININ PARLAMENTİNƏ KEÇİRİLMİŞ SEÇKİLƏRƏ DAİR
RƏYİ

qeyri-rəsmi tərcümə
Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentariləri və Katibliyin nümayəndələrindən ibarət TÜRKPA Beynəlxalq Müşadiçilər Missiyası 7 iyun 2015-ci ildə Türkiyə Cümhurriyətində keçirilmiş parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirmişdir.
Parlament seçkiləri əsasən ölkənin Ana Yasası, Seçkilər və Seçicilərin Qeydiyyatı üzrə Təməl Qaydalar haqqında Qanun, Parlament Seçkiləri haqqında Qanun, Siyasi Partiyalar haqqında Qanun və Yüksək Seçki Qurumunun qərarları ilə tənzimlənir. Həmçinin, seçkilərin hüquqi çərçivəsi 2007-ci il 21 oktyabr tarixli Böyük Millət Məclisinə Seçkilər haqqında Anayasa Qanunu ilə nizamlanır.
Səfər çərçivəsində TÜRKPA müşahidəçiləri Yüksək Seçki Qurumunun sədri, Anayasa Məhkəməsinin sədri, Böyük Millət Məclisinin Ədalət Komissiyasının Başqanı və Türkiyənin Xarici İşlər Nazirinin müavini ilə görüşləri keçirmişdir. Görüşlər zamanı müşahidəçilərə parlament seçkilərinə hazırlıqlarla bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilmişdir. Yüksək Seçki Qurumunun məlumatına əsasən, ölkənin daxilində 53 milyona yaxın, ölkənin xaricində isə 2,8 milyon seçici qeydə alınmışdır, və eyni zamanda bu seçkilər üçün təxminən 74 milyon seçki bülletenləri çap edilmişdir. May ayının 8-dən 31-nə kimi davam edən ölkə xaricində səsvermə 54 ölkədə təşkil olunmuşdur. Bundan əlavə, ölkə xaricində olan seçicilər 33 gömrük məntəqələrində 7 iyun tarixinə qədər seçki bülletenləri qutulara salmaq imkanına malik idi.
TÜRKPA müşahidəçiləri Türkiyəni davamlı demokratik ənənələrinə sahib olan ölkə kimi qiymətləndirirlər və Türkiyədə seçkilər hər zaman azad, ədalətli və şəffaf qaydada keçirilmişdir. Seçki təqvimi, seçicilərin qeydiyyatı və aşağı instansiya qurumları üçün təlim materialların hazırlanması kimi texniki və prosedur normaları çox səmərəli işlənilib.
Yüksək Seçki Qurumunun müşahidəçilərə verdiyi məlumata görə, seçkilərdə iştirak etmək üçün 9 861 namizədlə 20 siyasi partiya və 165 müstəqil namizəd qeydiyyatdan keçirilmişdir. Təşviqat kampaniyası kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılmışdır və TÜRKPA müşahidəçiləri media qurumları və televiziya şirkətlərinin qərəzsizlik, dəqiqlik və həqiqilik prinsiplərinə əməl etdiyini xüsusilə vurqulayırlar. Siyasi partiyalara seçki təbliğatının son yeddi günü ərzində dövlət televiziyasında sərbəst efir verilmişdir. Namizədlərə media vasitəsilə təşviqat kampaniyasının həyata keçirilməsi üçün Türkiyə daxilində açıq toplantıların maneəsiz təşkil edilməsi imkanları da daxil olmaqla bərabər hüquqlu şərait yaradılmışdır.
TÜRKPA missiyası səsvermə prosesini bütün mərhələrdə izləmək imkanına malik oldu. Seçki məntəqələri səhər saat 8:00-dan saat 17:00 qədər açıq idi. Yüksək Seçki Qurumunun məlumatına görə seçkilərdə seçicilərin fəallığı 87%-a yaxın təşkil edib. Missiyanın üzvləri Ankaranın Çankaya və Gölbaşı rayonlarında 50-yə yaxın məntəqə ziyarət etmişdir. Müşahidəçilər bülletenlərin salınması prosesini izləmiş, siyasi partiyaların təmsilçiləri və məntəqələrin məmurları ilə söhbət etmişdir. Həmçinin TÜRKPA müşahidəçiləri Çankaya rayonunda məntəqələrin birində səslərin sayılması prosesinin monitorinqını aparmışdır.
Türkiyədə keçirilən seçkilərin beynəlxalq müşahidəsi üçün bütün hüquqi və maddi-texniki şərait yaradılmışdır. Müşahidəçilər tərəfindən 2005-ci ildə BMT-nin Beynəlxalq Seçki Müşahidəçiləri üçün Davranış Kodeksi, Avropa Şurası Venesiya Komissiyasının tövsiyə qərarları və digər beynəlxalq hüquqi sənədlərlə təsdiq edilmiş obyektivlik, ədalətlilik, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət olunmuşdur.

Missiya tərəfindən hər hansı qanun pozuntuları qeydə alınmamış və seçki prosesi Türkiyənin milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq təşkil edilmişdir. Cüzi texniki qüsurlar istisna hallar kimi dəyərləndirilə bilər və bütövlükdə seçki prosesinə əhəmiyyətli təsir göstərə bilməzdi.


TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının gəldiyi nəticəyə görə, 2015-ci il 7 iyun tarixində Türkiyə Cümhurriyətində keçirilən parlament seçkiləri ölkənin milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq demokratik şəraitdə keçirilmişdir.
Yüklə 13,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin