Ria-Novosti-dəki məqalə ilə bağlı etiraz

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 9.91 Kb.
tarix26.11.2018
ölçüsü9.91 Kb.

Ria-Novosti-dəki məqalə ilə bağlı etiraz

 

ETİRAZ



 23 iyul 2014-cü il tarixində Moskvada “Ria-novosti” agentliyində və daha sonra bəzi dəyişiklilklərlə Bakıda şəxsən mənə və rəhbərlik etdiyim Şərqi Avropa üzrə Araşdırmalar Mərkəzinə qarşı kəskin hücum əks etdirən məqalə dərc olunmuşdu.

Heç bir müzakirəyə girmədən və məqalədə düzəliş etmədən sadəcə olaraq aşağıdakıları bildirmək istərdim:

1) Məqalənin əsas tezisinə baxmayaraq Şərqi Avropa üzrə Araşdırmalar Mərkəzi mövcud olmağa başladığı zamandan, demək olar ki, 25 il Varşava Universitetinin elmi nümayəndəliyidir və yalnızənənəvi elmi vəzifələri həyata keçirir – konfranslar, jurnallar, nəşriyyatlar, məktəblər, stajlar, təqaüdlər və eləcə də bakalavr, maqistr və aspirant pillərləri üzrə təhsil − „Şərq Araşdırmaları”. 

2) Bizim fikirlərimizin „Həmrəyliyin” ruhu, dəyəri və ideyasından əmələ gəlməsi mənim və Mərkəzin başlanğıcından olan dostlarım üçün böyük şərəfdir. Ancaq bu yalnız və yalnız „Həmrəyliyin” mübarizə apardığı ideya və dəyərlərin qiymətləndirilməsidir.

3) Məni „şiddətli və ekstremist millətçi” adlandırmaq yalandır, mənim üçün isə şəxsi təhqirdir… Məni, fikirlərimi, işimi və Mərkəzin 25 illik müvəffəqiyyətini tanıyan və bilən hər kəs bunun yalan olduğunu vurğuluya bilər.

4) Mərkəzin xüsusi polyak və amerikan xidmətləri ilə əlaqələrin olmasını təklif etmək yalandır. Mərkəz heç bir xüsusi xidmət tərəfindən maliyyələşdirilmir. Büdcəmiz Universitetin, Elm və  Ali Təhsil Nazirliyinin, həmçinin Xarici İşlər Nazirliyinin qrantlarından ibarətdir.

5) Mərkəz tərəfindən Şərqi nümayəndələr üçün nəzərdə tutulmuş təqaüd proqramları çərçivəsində, təxribatçı hazırlamaq məqasədilə təlimlərin keçirilməsi, burada təhsilin „hərtərəfli peşəkar kəşfiyyatçı və təxribatçı hazırlama kursu” olması və „vaxtın əsasən təhsilə deyil, ideoloji işlərə sərf olunduğunu” bildirmək yalandır.

 „Şərq Araşdırması” proqramı açıq proqramdır və bizim www.studium.uw.edu.plinternet saytımızda mövcuddur. Mərkəzin fəaliyyəti, məqalənin müəllifləri məlumat verdiyi kimi gizli və əlbəttə ki, qeyri-rəsmi deyil.

Təqaüdçülərin qəbul edilməsi, onlara tədris və inkişaf üçün imkanların verilməsi „beynəlxalq hüququn pozulması” kimi qələmə verilə bilməz və demokratik dünyada bu cür qəbul edilmir.

6) Mərkəzin işinin nəticələrindən biri, bizim təqaüdçülərə yanaşmamızın nəticələrindən biri Polşada olduqları və daha sonra təhsillərini bitirdikləri zaman qarşılıqlı, səmimi əlaqələrdir. Bunu „Malitskinin sektası” kimi qeyd etməyin mümkün olduğunu bilmirdim. Ümumiyyətlə hər hansısa bir xüsusi əsasən də gizli təşkilata rəhbərlik etdiyimi bilmirdim. Ancaq Mərkəzin və fərqli təqaüd proqramların məzunlarının bizimlə hələ də əlaqə saxlaması, məhz „Ria-Novosti”-nin məqaləsindən sonra yüzlərlə  dəstək, xeyirxahlıq və həmrəylik səslərini eşitmək mənim üçün şərəfdir.

7) Varşava Universitetini universitet individualına və universitet əməkdaşına bu mediya hücumu haqqında məlumat verdim. Universitet rəhbərliyi məqalənin mətninin müəllifinə qarşı hüquqi yolla çıxmaq barəsində düşünürlər.

Şərqi Avropa üzrə Araşdırmalar Mərkəzininmüəllimlərini, işlədikləri qürumun nüfuzunun pozulması ilə əlaqədar iclasa çağırılmaları da nəzərə alınır.

Bu bəyanat „Ria-Novosti”-nin məqaləsi ilə polemika deyil, çünki bu cür mətn eyni dərəcədə əsassız olardı və məqsədəuyğun olmazdı. Məqalə ilə tanış olan hər kəs öz nəticəsini çıxaracaqdır. Sapienti sat.   

Bu bəyanatı „Ria-Novosti”-dəki məqalənin tək mənə, Mərkəzin işçilərinə və ya  tələbələrə və məzunlara aid olduğuna görə hazırlamamışam, eyni zamanda bu cür nəşri ümumiyyətlə göz ardına vurmaq olardı. Ancaq bu, eyni dərəcədə bizim mərkəzə, məktəbə və proqramlara Şərqdən gələn məzunlara və namizədlərə aiddir.

 Onları nəzərə alaraq yalanın yalan adlandırılmalı olduğunu düşündüm.

Varşava, 2 avqust 2014



Yan Malitski

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə