Rifah sisteminin qarışıq iqtisadi idarəolunması istiqamətində təklif olunan pilot layihə



Yüklə 227,73 Kb.
səhifə3/3
tarix21.10.2017
ölçüsü227,73 Kb.
#8906
1   2   3

İƏR-in təyini:
İcma Əsaslı Reabilitasiya (İƏR) əlillik və reabilitasiya məsələlərinə cəlb olunmuş yerli və beynəlxalq təşkilatlar, ÜST və BMT digər təşkilatları tərəfindən xüsusilə də kənd ərazilərində inkluziya və iştirak məsələlərinə kömək edən yanaşmadır:
“İƏR reabilitasiya, imkanların bərabərləşməsi və əlilliyi olan insanların sosial həyata qoşulması üçün ümumi ictimaiyyətin inkişafı fonunda bir strategiyadır. İƏR əlilliyi olan olan insanların özlərinin, onların ailələrinin, təşkilat və cəmiyyətlərin və müvafiq hökumət və qeyri-hökumət səhiyyə, təhsil, peşə, sosial və başqa xidmətlərin birgə səyləri sayəsində yaradılımışdır”.
İƏR-in əsas vəzifələri:

1. Əlilliyi olan insanların öz fiziki və əqli bacarıqlarında maksimum istifadəsini təmin etmək, mütəmadi xidmət və imkanlar təqdim etmək və ictimaiyyət və cəmiyyətin ən geniş şəkildə aktiv iştirakçısına çevrilmək.

2. İcma daxilində iştirakla bağlı maneələri aradan qaldırmaq kimi dəyişikliklər edərək əlilliyi olan insanların hüquqlarının qorunması və təşviq edilməsində ictimaiyyəti fəallaşdırmaq.

İƏR-in Ümumi Prinsipləri:


  • İNKLUZİVLİK – Bu əlilliyi olan insanların ictimai həyata inteqrə edilməsini təmin edən fəaliyyət və ya təcrübədir

  • İŞTİRAK – Əlilliyi olan insanların İƏR proqramının hazırlanmasından başlayaraq icrası və qiymətləndirmə mərhələlərinə kimi fəal iştirakçısına çevirməkdir, bu da onların öz ehtiyaclarını hamıdan yaxşı bilməsi səbəbindən qaynaqlanır.

  • ÖZÜNÜ-MÜDAFİƏ – yoxsulluğun azaldılması məqsəd və proseslərinin əlilliyi olan insanların özləri üçün mərkəzi və ardıcıl şəkildə müəyyən etməsi deməkdir

  • SƏLAHİYYƏT – yerli insanların xüsusilə də əlilliyi olan insanların və onların ailələrinin proqramda qərarlar verməsi və resursları idarə etməsi deməkdir

  • MANEƏLƏRDƏN AZAD MÜHİT – Maneələr insanın mühitində elə amillərdir ki, onların varlığı və ya yoxluğu fəaliyyəti məhdudlaşdırır və əlillik 17 yaradır. Bunlar çətin fiziki mühit eləcə də ictimaiyyətin əlilliyi olan insanlara hətta onların ailələrinə qarşı mənfi münasibəti amilini özündə cəmləşdirir

  • DAVAMLILIQ – proqramın yardımının davamlı olması deməkdir



  1. Ümumi Məqamlar

İƏR Proqramları əlilliyi olan insan və uşaqların fərdi ehtiyaclarını qarşılamaq üçün mütəhərrik olmalıdır və aşağıdakı komponentlərdən hər hansı birini özündə ehtiva etməlidir (Daha ətraflı İƏR cədvəlinə baxın).




  1. İcmada xüsusi ehtiyacları olan insanlara kömək etmək məqsədilə RM/İƏR xidmətləri yaradılmalıdır. Bu yardım aşağıdakı profillərdən hər hansı birinin formasını götürə bilər:




Məqsəd

Fəaliyyət

Əlilliyin kəskinləşməsi və səbəblərinin qarşısının alınması

Səhiyyə təhsili - pre/post-natal

Erkən müdaxilə



Funksional bacarıqları bərpa etmək – icbari məqsəd

Mövcud səhiyyə xidmətlərinə istiqamətləndirmə

Peşə terapiyası

Fizioterapiya

Nitq və Ünsiyyət Terapiyası

Gündəlik Həyat Fəaliyyəti

İdman/İncəsənət/Musiqi terapiyası

Yardım və ləvazimatlar (istinadlar daxil)


İnkluzivlik və bərabər imkanlara çıxışı yaxşılaşdırmaq

-İcbari məqsəd

Gündəlik qayğı

İnkluziv təhsil

Inteqrasiya

Evlərə ziyarət



Ailələri səlahiyyətləndirmək və onları bilik və bacarıqlarla təmin etmək

Valideyn Assosiasiyası

Məsləhət/psixo-sosial xidmətlər

Sosial işçilər

Sosial xidmətlər/faydalar

Hüquqi məsləhət/müdafiə


Peşə təlimi keçirtmək

Bacarıqların təlimi

Müstəqil məşğulluq

Işə yerləşdirmə


Məlumatlılıq və icmanın iştirakını artırmaq və icma daxilində əlaqələr yaratmaq

Təlim/Könüllülük

Maarifləndirmənin artırılması

İcmanın səfərbərliyi

Qrup etibarı

Dövlət və yerli təşkilatlar, ticarət

Bələdiyyələr

Kütləvi İnformasiya Vasitələri, QHT-lər, Assosiasiyalar, Cəmiyyətlər, Əlil Təşkilatlar İttifaqı (ƏTİ)



2. Xidmətlərin strukturu


  1. RM/İƏR-lər qanuni mahiyyət olmaqla sanitar-gigiyena, yanğından mühafizə, təhlükəsizlik normalarına əməl etməli və bütün lazımi avadanlıqlar müvafiq yerlərdə yerləşdirilməlidir.

2.1. 1.1 bəndində göstərilən məqsədlərə nail olmaq məqsədilə RM/İƏR xidmətləri göstərilmiş uşaq: böyük tənasübündə reabilitasiya xidmətləri təklif etmək üçün yetəri qədər yerlə təmin olunmalıdırlar.


2.2. RM/İƏR xidmətləri dövlət (ləvazimat yox/məkan) və/və ya özəl obyektində yerləşdirilə bilər.

2.1.1 Əgər xidmət özəl şəraitdə göstərilirsə, məsələn, ailələrin öz evlərində, sanitariya gigiyena, yanğından mühafizə, o zaman, təhlükəsizlik normaları müvafiq məkan sahibinin məsuliyyətidir.


2.3. RM/İƏR xidmətləri ilkin tələb kimi 20-dən artıq əlilliyi olan uşağın yaşadığı hər hansı bir rayon/regionda yaradıla bilər.
2.4 RM/İƏR xidmətləri Dövlətin hər hansı bir maliyyələşdirmə agentliyindən, özəl və ya üçüncü sektordan, maliyyələşdirmə sektorlarının birləşməsi də daxil olmaqla maliyyələşə bilər. Hər bir maliyyələşdirmə agentliyi özünün hesabat tələblərini bildirməlidir.

2.4.1 RM/İƏR xidmətləri dövlət/özəl fondlar üçün şəffaf mühasibat sistemi təmin etməlidirlər.

2.4.2 Əgər RM/İƏR xidmətləri bu cür maliyyələşməni qəbul edirlərsə RM/İƏR xidmətlərinin ümumi istifadəçiləri xidmətlərin qiymətlərində yardım edə bilərlər.

3. RM/İƏR xidmətlərinin vəzifələri
3.0 Yuxarıda 1.1 bəndində göstərilmiş profilə əsasən RM/İƏR xidmətləri aşağıda göstərilən problemləri olan 0-18 yaşlı uşaqları xidmətlə təmin etməlidir: görmə və eşitmə problemləri, nitq və ünsiyyət problemləri, fiziki qüsurluluq, əqli problemləri, emosional və davranış problemləri, öyrənmə problemləri, çoxsaylı əlilliyi olanlar və tipik uşaqlar.

3.0.1 RM/İƏR xidmətlərinin bütün uşaqları yerləşdirməyə imkanı yoxdursa, müəyyən yaş həddi və ya əlillik dərəcəsindən olan qrupların xidmətini məhdudlaşdırmaq hüququ vardır.

3.0.2 RM/İƏR xidmətlərinin 18 yaşdan yuxarı uşaqların inkişaf yaşı 18 yaşlı uşaqlar qrupuna daxil olmayan uşaqlarla işləmək haqqı var.


    1. RM/İƏR xidmətlərinin aşağıdakı vəzifələri var:




  • Xidmətə müraciət edən bütün uşaqların əlilliyini və/və ya inkişaf ləngiməsini qiymətləndirmək (Əlavə 2 baxın)

  • Prosesə cəlb etmək məqsədilə məsələni və fəaliyyət kursunun potensialını valideyn/məsuliyyətli ailə üzvləri ilə müzakirə etmək.

  • Reabilitasiya xidmətlərini ehtiyac olan yerlərdə təşkil etmək

  • Lazım gəldikdə digər xidmətlərə də müraciət etmək

  • Valideyn/məsuliyyətli ailə üzvlərini müvafiq icma xidmətləri barədə xəbərdar etmək

  • Hər bir məsələyə aid məlumatı qeydə almaq

  • Ailəni qiymətləndirmək

3.1.1 Uşağı RM/İƏR xidmətlərinə təyin etmək məsuliyyəti məktəbəqədər/məktəb/poliklinika/başqa nümayəndələrin üzərinə düşür

3.1.2 Məktəbəqədər/məktəb/poliklinika/başqa təşkilatlar uşaqları RM/İƏR xidmətlərinə istiqamətləndirməyi planlaşdırırsa, valideynlər bu barədə məlumatlandırılmalı və razılıq əldə olunmalıdır.

3.1.3 Əgər valideynlər yönləndirilən xidmətlə razılaşmırlarsa, o zaman RM/İƏR xidmətləri uşağın ən ümdə marağı naminə birbaşa valideynlərlə əlaqə saxlamaq hüququna malikdir.

3.2 RM/İƏR heyətinin yerli Məktəbəqədər/məktəb/poliklinikalar/başqa təşkilatlarla əlaqə yaratmaq vəzifəsi vardır. Bu əlaqələr aşağıdakı məqsədlərlə olub, lakin onlarla məhdudlaşmamalıdır:



  • Sahədə yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqları müəyyənləşdirmək.




  • Xüsusi qayğıya ehtiyacı olan uşaqların, xüsusilə də 0-3 yaşlı uşaqların RM/İƏR xidmətlərinə yönləndirilməsini artırmaq lazımdır.

  • İcma üzvlərinin əlillik və inteqrasiyaya ehtiyac haqqında məlumatlılığını artırmaq.

  • Məktəbəqədər/məktəb/poliklinikalar/digər təşkilatlar əlillik və ya inkişafda ləngimədən şübhələnirlərsə, mütəxəssis məsləhəti təmin etmək.

3.3 RM/İƏR xidmətlərinin 1.0 bəndində qeyd olunmuş müxtəlif növ fəaliyyətləri təmin edən qrafiki hazırlamaq (Əlavə 1 bax) vəzifəsi vardır. Fəaliyyət qrafiki ictimaiyyətə açıq olmalı və vaxtaşırı icmanın tələblərinə uyğun nəzərdən keçirilməlidir.


4. Xidmətlərin təminatı
4.0 Reabilitasiya xidmətləri aşağıdakı formalarda təmin edilə bilər:

  • Qrup sessiyaları

  • Fərdi sessiyalar

  • Konsultasiya

  • Yardım xidmətləri (ev şəraitində müdaxilələr)

4.1 RM/İƏR xidmətləri müdiriyyətin təsdiqi ilə RM/İƏR xidmətlərinin məqsədlərinə müvafiq digər qeyri-reabilitasiya xidmətləri də təmin edə bilər (Əlavə 3 bax). Təsdiq yazılı formada təqdim olunmalıdır.


4.2 Reabilitasiya xidmətləri yuxarıda da qeyd olunduğu kimi yerli və beynəlxalq maliyyələşdirmə fondlarının təsdiqlədiyi metodologiyanın formatına uyğun olmalıdır.

4.2.1 Format sənədləşməli və müvafiq yerli maliyyələşdirmə təşkilatının təsdiqi üçün təqdim edilməlidir.

4.2.2 Təsdiq qərarı iki həftə ərzində verilməlidir.

4.2.3 Reabilitasiya xidmətləri fəaliyyətlərini dayandırana qədər təsdiq müvafiq maliyyələşdirmə fondları tərəfindən maliyyələşən bütün reabilitasiya xidmətlərinə qədər genişlənir.


4.3 Sənədləşmə üçün daxili təlimatlar bu qanuna əlavə olunub (bax Əlavə 4)

4.3.1 RM/İƏR xidmətləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müvafiq reabilitasiya xidmətləri istisna olmaqla, Əlavə 4-də qeyd olunmuş bütün bəndləri təmin etmək məcburiyyətində deyil.


4.4 Reabilitasiya xidmətləri yalnız minimum mütəxəssis-uşaq nisbəti təmin olduğu halda fəaliyyət göstərə bilər.


Fəaliyyət

Mütəxəssis-uşaq nisbəti

Dəstək üçün böyüklər

Qrup sessiyaları

1:6

1

Fərdi sessiyalar

1:1




Konsultasiyalar

1:1




Gündəlik qayğı

1:6

1

İnteqrasiya

1:2




İdman Terapiyası

1:6

1

4.5 Bütün reabilitasiya sessiyaları üçün hazır sənədlər reabilitasiya xidmətlərinin planlaşdırıldığı mərkəz ofisə göndərilməlidir. Bu sənədlər müvafiq maliyyə orqanının ixtiyarı ilə yoxlanıla bilər.

4.5.1 Sənədlər 1 ildən sonra arxivləşdirilməlidir amma Mərkəz ofisdə qalmalıdır.
4.6 Xüsusi qayğıya ehtiyacı olan uşaq və onun ailəsinin mütəxəssis yardımına ehtiyacı olduğu müddət ərzində onlara reabilitasiya xidmətləri təmin olunmalıdır.
5. RM/İƏR xidmətlərinin idarə olunması
5.0 RM/İƏR xidmətləri milli qanunvericiliyi və bu qanunlarla tənzimlənir.
5.1 RM/İƏR xidmətlərinin rəhbəri RM/İƏR xidmətləri Şurası tərəfindən təyin olunmalıdır.

5.2 Şura RM/İƏR xidmətlərinin idarəçiliyinə nəzarət məsuliyyətini üzərinə götürən könüllü icma üzvlərindən ibarət olmalıdır. Şura üzvləri şəffaf və səmərəli idarəçiliyi təmin etmək üçün bir sıra bacarıq və təcrübəyə malik olmalıdırlar. Əgər idarəçilik bacarıqları şübhə doğurarsa, bu bacarıqların qanun çərçivəsində sübut olunması tələb oluna bilər.


5.3 Rəhbərin xidməti və mühasibat sistemini idarə etməsi üçün təcrübə sahibi və ali təhsilli olması tövsiyə olunur. Əlillik haqda məlumat və reabilitasiya təcrübəsinin olması arzuolunandır, lakin Rəhbərdən bu xidmətləri birbaşa təmin etməsi tələb edilmir. Son qərar İdarəetmə Şurası tərəfindən verilir.
6. RM/İƏR xidmətlərinin heyəti və əmək haqları

6.0 RM/İƏR xidmətlərinin heyət və maaşları konkret vəziyyət, iş yükü və Mərkəz Direktorunun təklifi ilə fondun ayırdığı məbləğə əsasən Şura (maliyyələşdirmə agentləri) tərəfindən təsdiq olunur.

6.1 Maaş mövcud qanunvericiliyə uyğun ödənilir (vergi və s.). Maaşlar dövlətin gəliri ilə məhdudlaşmır. İdarəetmə Şurası əldə edilən əlavə gəlirdən yüksək maaş təyin edə bilər.

6.2 Heyət/Əmək haqlarına uşaqların sayına və fəaliyyət/nəticə ilə bağlı olaraq hər il yenidən baxılmalıdır.



7. RM/İƏR xidmətlərində əmək münasibətləri

  1. Əmək münasibətləri Dövlət Əmək Məcəlləsinə uyğun hazırlanmış müqavilələrə müvafiq nizamlanmalıdır.

8. RM/İƏR xidmətləri üçün xüsusi xidmət təminatçılarının işə götürülməsi

8.0 RM/İƏR xidmətləri aşağıda göstərilmiş mütəxəssislərdən hər birini işə götürə bilər:



  • Psixoloqlar

  • Defektoloqlar (nitq və ünsiyyət terapevti/ümumi terapevt/fizioterapevtlər)

  • Oyun terapevti (incəsənət, musiqi, əl işi və s.)

  • Tibbi (pediatr, psixiatr, nevroloq və s.)

  • Müəllimlər, müəllim köməkçiləri

  • İctimai işçilər

  • Əsas heyət

  • İnzibati işlər üzrə köməkçi (mühasib və s.)

  • Texniki heyət

8.1 RM/İƏR xidmətləri ehtiyac olduqda digər mütəxəssislərə də müraciət edə və onlara konsultasiyaya əsasən məvacib verə bilər.

8.2 RM/İƏR xidmətləri dövlət orqanları tərəfindən təmin olunmayan hər bir təlim ehtiyacına görə məsuliyyət daşıyır.
9. RM/İƏR xidmətlərinə xüsusi qayğıya ehtiyacı olan uşaqların qəbul edilməsi
9.0 RM/İƏR xidmətlərinə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

9.0.1 Əgər bu sənədlər yoxdursa, valideyn/məsul ailə üzvü Rəhbər/social işçi işçi/ hüquq köməkçisinə sənədlərin əldə edilməsində kömək göstərmələri üçün müraciət edə bilər. Uşaqla işə sənədlərin əldə edilməsi prosesi zamanı da artıq başlamaq olar.


9.1 Xüsusi qayğıya ehtiyacı olan uşaq tibbi-sosial mütəxəssis, pedaqoji-psixoloji-tibbi kommisiya və ya sağlamlıq instansiyalarının rəsmi rəyi olmadan da RM/İƏR xidmətlərindən yararlana bilər.
9.2 RM/İƏR xidmətləri Müdiriyyət tərəfindən təsdiqlənməli və məsul valideyn/ailə üzvü tərəfindən imzalanmalı olan öz davamiyyət qaydalarını təsdiq etməlidirlər.
9.3 Xidmətin keyfiyyətini daha da təkmilləşdirmək üçün valıdeyn/qardaş-bacı/ailə üzvləri sessiyalarda iştirak etməkdə həvəsləndirilməlidirlər.
10. RM/İƏR xidmətləri Xüsusi qayğıya ehtiyacı olan uşaqların və valideynlərin hüquq və vəzifələri

10.0 Reabilitasiya xidmətləri məsul valideyn/ailə üzvlərinin yazılı razılığından sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilir.




    1. Reabilitasiya da daxil olmaqla xidmətlə təmin edilməli olan Xüsusi qayğıya ehtiyacı olan uşaqların və onların valideynlərinin/ailə üzvlərinin hüquq və vəzifələri daxili qanunvericilik (Bax Əlavə 5) və RM/İƏR xidmətlərinin nizamnaməsinə uyğun nizamlanır.




    1. Daxili qanunvericilik və nizamnamələr uşaq/valideyn/ailə üzvləri tərəfindən pozulması və ya sui-istifadə olunması hallarında RM/İƏR xidmətləri yazılı razılaşmanı ləğv etmək hüququna malikdir.

    2. RM/İƏR xidmətləri standart Uşaqların Müdafiəsi Siyasətinə sadiq qalır (Bax Əlavə 6).



11. RM/İƏR xidmətlərinin bağlanması

11.0 Milli qanunvericiliyinə əsasən


11.1 RM/İƏR xidmətlərinə məxsus mülkiyyətini Şuranın razılığına əsasən bölüşməlidir.

Əlavə 3

KLİNİKİ TƏFTİŞ

Vəzifələri:

  1. Uşaqların inkişafı təcrübəsi sahəsində fərdi bacarıqların təkmilləşdirilməsi

  2. Xidmət təminatı standartlarını qəbul olunmuş minimum səviyyəyə çatdırmaq

  3. Prosedurlar, sənədləşmə sistemində və hesabatda ardıcıllığın təmin olunması

Tibbi təftişi bitirməzdən əvvəl müfəttişlərin xəbərdar olmaları üçün suallar:

  1. Uşaqların inkişafı mütəxəssisinin sahib olmalı olduğu əsas bacarıqlar hansılardır?

  2. Xidmətin təminatı üçün qəbul olunmuş minimum səviyyə hansıdır?

  3. Xidmət Təminatçısı (XT) hansı prosedurlara, sənədləşmə sisteminə və hesabat formatına əməl etməlidir?

Tibbi təftişi başa çatdırmaq üçün proses:



  1. Qiymətləndirmə təcrübəsi: Xidmət təminatının səviyyəsini təyin etmək üçün qiymətləndirmə forması və əsas göstəricilərdən istifadə etmək

  2. İdarəçilik proseduralarını minimum standartlarla müqayisəli qiymətləndirmək

  3. Xidmət təminatı və idarəçilik sahələri üzrə yazılı rəy hazırlamaq – hədəflənən göstəriciləri müəyyənləşdirmək

  4. Lazımi dəyişikliklər etmək üçün XT-ları üçün təlimlər təşkil etmək

  5. Razılaşdırılmış müddətdən sonra (yazılı rəydə qeyd olunmuş) təcrübəni yenidən qiymətləndirmək

  6. Xidmət təminatının idarəçiliyi, təcrübənin səviyyəsi və göstəricilərin əldə edilməsi barədə Xidmət Təminatçısına yazılı hesabat vermək

1 Dövlət Statistika komitəsinin rəqəmlərinə əsasən

2 UAFA təşkilatının bu sektorda 1999 – cu ildən bəri olan iş təcrübəsinə əsasən – Azərbaycana Birgə Yardım, www.uafa.org.uk

3 Məşğulluq və Əlillik Tədqiqatına əsasən, 2009, Save the Children Azərbaycan

4 İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin Sədri Qubad İbadoğlunun hesabatına istinad edərək, Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi Təhlillər” kafedrasının dosenti (OSI 2010)

 


2


3


4


5 http://www.azstat.org/statinfo/healthcare/az/035.shtml  

Müəllif: Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının direktoru Qvendolin Börçell Page

Yüklə 227,73 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin