Əsas növ risklərin səviyyəsinin təhlilində daha çox istifadə olunan metodlar aşağıdakılardır:
həssaslığın təhlili metodu;
ssenarilərin təhlili metodu;
mühasibat təhlili metodu;
analoq şirkətlər metodu.
Həsaslığın təhlili prosesində yoxlanılmış dəyişənlərin hamısının riskliyinin dəyişməsi ardıcıl olaraq fərdi şəkildə müəyyən edilir. Hər dəfə dəyişənlərdən yalnız birinin qiyməti proqnozlaşdırılan faiz qədər dəyişir və bunun əsasında qəbul edilmiş meyarın yeni səviyyəsi hesablanılır.
Beynəlxalq təcrübədə maliyyə informasiyasının elementlərindən biri olan və maliyyələşdirilən layihələrin effektliyinin qiymətləndirilməsində istifadə olunan zərərsizlik nöqtəsi təhlilindən geniş istifadə edilir. Bu layihə risklərini «sərt» qiymətləndirməyə icazə verən ən sadə üsulu hesab edilir.
Zərərsizliyin təhlili dedikdə istehsal prosesi zamanı istehsalın həcmi, maya dəyəri və mənfəətin dəyişməsi nəticəsində bu göstəricilər arasındakı qarşılıqlı əlaqənin araşıdırılması başa düşülür.
Təhlilin əsas məqsədi istehsalın və mənfəətin həcmi ilə xərclər arasında olan tarazlaşdırılmış nisbəti araşdırmaqdan, son nəticədə isə xərclərin ödənilməsi üçün lazım olan satış həcmini müəyyən etməkdən ibarətdir.
Zərərsizliyin təhlilinin aparılması özündə real proseslərin modelləşdirilməsini təcəssüm etdirir və növbəti ilkin şərtlərə əsaslanır:
Bir tərəfdən satışın, digər tərəfdən isə istehlak olunan
istehsal resurslarının qiymətinin dəyişməməsi.
Müəssisə xərclərinin sabit xərclərə (istehsalın həcminin
dəyişməsindən asılı olmayaraq dəyişməz qalan xərclər) və dəyişən xərclərə (istehsalın həcminin dəyişməsinə mütənasib olaraq dəyişən) bölünməsi;
Satışın həcmi ilə ondan daxil olan gəlir arasında olan
mütənasiblik;
İstehsalın həcmində yuxarıda sadalanan şərtlərdən irəli
gələn böhranlı nöqtənin olması;
İstehsalın həcmi ilə satışın həcmi arasında bərabərliyin
olması;
Bir neçə məhsul buraxılışı zamanı məhsul çeşidinin
sabitliyi.
Zərərsizlik nöqtəsinin təhlili həm qrafiki, həm də analitik formaya malikdir. Birinci hal sadalanan göstəricilər arasındakı əlaqənin qrafiki təsviridir. Burada satışın həcmi xüsusi nöqtəni - istehsalın böhranlı nöqtəsini (zərərsizlik nöqtəsini) xarakterizə edir. Bu nöqtədə satışın həcmi xərclərin ödənilməsini təmin edir. İxracatın bu həcmi zamanı müəssisə nə mənfəət, nə də zərər əldə edir. Başqa sözlə, məhsul satışından əldə olunan gəlir onun tam maya dəyərinə (xərclərin yekununa) bərabər olur.
Analitik yanaşma satış həcmindəki (V) dəyişikliyin mənfəətə təsirini göstərməyi nəzərdə tutur. Dəyişənlər arasındakı əlaqəni müəyyən edən elementlər aşağıdakılardır:
Məlumdur ki, ümumi xərclər sabit və dəyişən xərclərin cəminə (V=D+S) bərabərdir. Satışdan mədaxil satış həcmi (V) ilə məhsul vahidinin qiymətinin (Q) hasilinə (VxQ) bərabərdir. Zərərsizlik nöqtəsində (V) ümumi xərclərlə satışdan mədaxil bir-birinə bərabər olur:
Yuxarıda qeyd olunduğu kimi, ilkin şərtlərin möhkəm sistemi ilə hesablamaların həm sabit, həm də dəyişən xərclər üzrə aparılması son nəticəyə əhəmiyyətli təsir göstərir.
Həssaslığın təhlilinin növbəti metodu riyazi proqramlaşdırma məsələləri hesab olunur.
Bu modelin sadə funksional analoqlarından biri kimi xalis diskontlaşdırılmış gəlir amilini nəzərdən keçirmək olar. Modelin sağ hissəsinin məhdudlaşdırılmış kəmiyyəti kimi isə pul ifadəsində layihənin resurslarının limitlərindən istifadə etmək olar. Bu məsələdə naməlum kəmiyyət layihənin məhsulunun və ya xidmətinin həcminin dəyəri olacaqdır.
Riyazi proqramlaşdırmada olan «ikilik nəzəriyyəsinə əsasən» verilən məlumatlara ikitərəfli yanaşma» məsələsini qurmaq olar ki, bunun həlli nəticəsində də əldə edilən ikili dəyişənlər (sərtləşdirilmiş qərəzsiz qiymətlər, kölgəli və ya gizli adlandırılan qiymətlər) layihədə istifadə olunan nadir resursların alternativ qiymətlərini müəyyən etməyə imkan verir.
Layihədə tətbiq olunan həssaslığın klassik təhlili zamanı ardıcıl olaraq hər bir dəyişənin ölçüsündə dəyişiklik baş verir. Yalnız bir dəyişənin qiyməti faizlərin proqnozlaşdırılmış miqdarı qədər dəyişir ki, bunun əsasında da istifadə olunan amilin yeni səviyyəsi hesablanılır. Sonra isə əsas hadisə barəsində amilin faiz dəyişikliyi qiymətləndirilir və həssaslıq göstəricisi hesablanılır. O amilin faiz dəyişikliyinin, dəyişənin bir faiz qiymətinin dəyişməsinə nisbətinə bərabər olur. Bu üsulla yerdə qalan dəyişənlərin hər biri üçün həssaslıq göstəricisi hesablanılır.
Növbəti məsələdə aparılmış hesablamaların nəticələrindən istifadə etməklə vaciblik səviyyəsinə görə (məsələn: çox yüksək, orta, yüksək olmayan, aşağı) dəyişənlərin ekspert sırası yaradılır. Eyni zamanda, dəyişənlərin proqnozlaşdırılan dəyərinin ekspert qiymətinin sırası da yaradılır (məsələn: yuxarı, orta, aşağı). Bundan sonra isə ekspert layihə üçün ən az və ən çox riskli olan dəyişənləri aşkar edə bilən «həssaslıq matrisi» qura bilər.