Riskdən yayınma, riski dayandırma və modelləşdirmə



Yüklə 32,64 Kb.
səhifə4/4
tarix08.01.2023
ölçüsü32,64 Kb.
#122070
1   2   3   4
riskden yayinma

Əsas növ risklərin səviyyəsinin təhlilində daha çox is­tifadə olunan metodlar aşağıdakılardır:

  • həssaslığın təhlili metodu;

  • ssenarilərin təhlili metodu;

  • mühasibat təhlili metodu;

  • analoq şirkətlər metodu.

Həsaslığın təhlili prosesində yoxlanılmış dəyişənlərin hamısının riskliyinin dəyişməsi ardıcıl olaraq fərdi şəkildə əyyən edilir. Hər dəfə dəyişənlərdən yalnız birinin qiyməti proqnozlaşdırılan faiz qədər dəyişir və bunun əsasında qəbul edilmiş meyarın yeni səviyyəsi hesablanılır.
Beynəlxalq təcrübədə maliyyə informasiyasının element­lərindən biri olan və maliyyələşdirilən layihələrin effektliyinin qiymətləndirilməsində istifadə olunan zərərsizlik nöqtəsi təh­lilindən geniş istifadə edilir. Bu layihə risklərini «sərt» qiymət­ləndirməyə icazə verən ən sadə üsulu hesab edilir.
Zərərsizliyin təhlili dedikdə istehsal prosesi zamanı isteh­salın həcmi, maya dəyəri və mənfəətin dəyişməsi nəticəsində bu göstəricilər arasındakı qarşılıqlı əlaqənin araşıdırılması başa düşülür.
Təhlilin əsas məqsədi istehsalın və mənfəətin həcmi ilə xərclər arasında olan tarazlaşdırılmış nisbəti araşdırmaqdan, son nəticədə isə xərclərin ödənilməsi üçün lazım olan satış həcmini müəyyən etməkdən ibarətdir.
Zərərsizliyin təhlilinin aparılması özündə real proseslərin modelləşdirilməsini təcəssüm etdirir və növbəti ilkin şərtlərə əsaslanır:

  1. Bir tərəfdən satışın, digər tərəfdən isə istehlak olunan

istehsal resurslarının qiymətinin dəyişməməsi.

  1. əssisə xərclərinin sabit xərclərə (istehsalın həcminin

dəyişməsindən asılı olmayaraq dəyişməz qalan xərc­lər) və dəyişən xərclərə (istehsalın həcminin dəyiş­məsinə mütənasib olaraq dəyişən) bölünməsi;

  1. Satışın həcmi ilə ondan daxil olan gəlir arasında olan

mütənasiblik;

  1. İstehsalın həcmində yuxarıda sadalanan şərtlərdən irəli

gələn böhranlı nöqtənin olması;

  1. İstehsalın həcmi ilə satışın həcmi arasında bərabərliyin

olması;

  1. Bir neçə məhsul buraxılışı zamanı məhsul çidinin

sabitliyi.
Zərərsizlik nöqtəsinin təhlili həm qrafiki, həm də analitik formaya malikdir. Birinci hal sadalanan göstəricilər arasındakı əlaqənin qrafiki təsviridir. Burada satışın həcmi xüsusi nöqtəni - istehsalın böhranlı nöqtəsini (zərərsizlik nöqtəsini) xarakte­rizə edir. Bu nöqtədə satışın həcmi xərclərin ödənilməsini təmin edir. İxracatın bu həcmi zamanı müəssisə nə mənfəət, nə də zərər əldə edir. Başqa sözlə, məhsul satışından əldə olunan gəlir onun tam maya dəyərinə (xərclərin yekununa) bərabər olur.
Analitik yanaşma satış həcmindəki (V) dəyişikliyin mən­fəətə təsirini göstərməyi nəzərdə tutur. Dəyişənlər arasındakı əlaqəni müəyyən edən elementlər aşağıdakılardır:

  • məhsul vahidinin qiyməti (Q);

  • məhsul vahidinə şən dəyişən xərclər (D);

  • məhsul vahidinə şən sabit xərclər (S).

Məlumdur ki, ümumi xərclər sabit və dəyişən xərclərin cəminə (V=D+S) bərabərdir. Satışdan mədaxil satış həcmi (V) ilə məhsul vahidinin qiymətinin (Q) hasilinə (VxQ) bərabərdir. Zərərsizlik nöqtəsində (V) ümumi xərclərlə satışdan mədaxil bir-birinə bərabər olur:
Yuxarıda qeyd olunduğu kimi, ilkin şərtlərin möhkəm sistemi ilə hesablamaların həm sabit, həm də dəyişən xərclər üzrə aparılması son nəticəyə əhəmiyyətli təsir göstərir.
Həssaslığın təhlilinin növbəti metodu riyazi proqramlaş­dırma məsələləri hesab olunur.
Bu modelin sadə funksional analoqlarından biri kimi xalis diskontlaşdırılmış gəlir amilini nəzərdən keçirmək olar. Mo­delin sağ hissəsinin məhdudlaşdırılmış kəmiyyəti kimi isə pul ifadəsində layihənin resurslarının limitlərindən istifadə etmək olar. Bu məsələdə naməlum kəmiyyət layihənin məhsulunun və ya xidmətinin həcminin dəyəri olacaqdır.
Riyazi proqramlaşdırmada olan «ikilik nəzəriyyəsinə əsa­sən» verilən məlumatlara ikitərəfli yanaşma» məsələsini qur­maq olar ki, bunun həlli nəticəsində də əldə edilən ikili də­yişənlər (sərtləşdirilmiş qərəzsiz qiymətlər, kölgəli və ya gizli adlandırılan qiymətlər) layihədə istifadə olunan nadir resurs­ların alternativ qiymətlərini müəyyən etməyə imkan verir.
Layihədə tətbiq olunan həssaslığın klassik təhlili zamanı ardıcıl olaraq hər bir dəyişənin ölçüsündə dəyişiklik baş verir. Yalnız bir dəyişənin qiyməti faizlərin proqnozlaşdırılmış miqdarı qədər dəyişir ki, bunun əsasında da istifadə olunan amilin yeni səviyyəsi hesablanılır. Sonra isə əsas hadisə barə­sində amilin faiz dəyişikliyi qiymətləndirilir və həssaslıq göstəricisi hesablanılır. O amilin faiz dəyişikliyinin, dəyişənin bir faiz qiymətinin dəyişməsinə nisbətinə bərabər olur. Bu üsulla yerdə qalan dəyişənlərin hər biri üçün həssaslıq gös­təricisi hesablanılır.
Növbəti məsələdə aparılmış hesablamaların nəticələrindən istifadə etməklə vaciblik səviyyəsinə görə (məsələn: çox yüksək, orta, yüksək olmayan, aşağı) dəyişənlərin ekspert sırası yaradılır. Eyni zamanda, dəyişənlərin proqnozlaşdırılan dəyərinin ekspert qiymətinin sırası da yaradılır (məsələn: yuxarı, orta, aşağı). Bundan sonra isə ekspert layihə üçün ən az və ən çox riskli olan dəyişənləri aşkar edə bilən «həssaslıq matrisi» qura bilər.
Yüklə 32,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin