Riyaziyyat-II sinif
1.100-lük kvadratda bir sütunda yerləşən ədədlər ardıcıllığı
hansıdır?
A) 10,11,12,13,14,15,16
B) 8,18,28,38,48,58,68
C) 12,14,16,18,20,22,23
2. Yeşiyin meyvə ilə birlikdə kütləsi 16 kq-dır.Yeşiyin kütləsi 2kq olarsa,meyvənin kütləsi nə qədərdir?
A) 14kq B) 18kq C) 15kq
3. Hansı fiqurun simmetriya xətti düzgün çəkilməyib?
A) B) C)
4. Hansı doğru deyil?
A) 1saat = 60 dəq B) 1sutka = 24saat C) 1saat = 60 san
5. 6onluq 15 təklik neçədir?
A) 65 B) 75 C) 85
73
-9
+26
?
6.
A) 93 B) 80 C) 90
7. Ən böyük ikirəqəmli ədəddən 4 və 5 ədədlərinin cəmini
çıxdıqda neçə alınar?
A) 9 B) 90 C)100
8. Saat 14:00-dır. Bu vaxt hansı saat modelində təsvir olunub?
A) B) C)
9. 12+6, 22+7, 32+8,....ardıcıllığını davam etdirən ifadə hansıdır?
A) 33+9 B) 42+9 C) 43+8
10. 28+? = 38-? Sual işarəsinin yerinə hansı ədəd olmalıdır?
A) 10 B) 5 C) 7
11. Bir manatın içərisində neçə 20 qəpiklik var?
A) 3 B)5 C)10
12. 54+33 misalında onluqlar mərtəbəsinin cəmi hansı ədəddir?
A) 6 B) 7 C) 8
13. Bir kisədə 40 kq qənd,o biri kisədə 28 kq qənd var.Birinci kisədə ikincidən nə qədər çox qənd var?
A) 12 B) 18 C) 20
14. Riyazi ifadələrin hansında təkliklərin toplanması onluğu aşır?
A) 33+6 B) 29+7 C) 51+ 8
15. -un yerinə hansı işarə olmalıdır?
80-13 28+39
A) > B) < C) =
16. 90 ədədindən 20 ədədinin ikiqatını çıxsaq, fərq neçə olar?
A) 60 B)70 C) 50
17. Həndəsi fiqurlar haqqında səhv fikir hansıdır?
A) Üçbucağın üç təpəsi var.
B) Düzbucaqlının bütün tərəfləri bərabərdir.
C) Kvadratın bucaqları düz bucaqdır.
18. 30-un üzərinə 14 ilə 6-nın fərqini əlavə et. Bu yazılışa uyğun riyazi ifadə hansıdır?
A) 30-(14+6) B) (30+14)-6 C) 30+(14-6)
19. Müqayisə et.
50 sm…4dm 9sm
A) < B) > C) =
20. Qarpızla yemişin kütlələri cəmi 12 kq-dır. Qarpız 9 kq-dırsa,yemiş neçə
kiloqram gələr?
A) 4kq B) 6kq C) 8kq
Azərbaycan dili-II sinif
Bölmə üzrə qiymətləndirmə
(böyük summativ)
1.”Əldən qalan əlli il qalar”atalar sözündə say bildirən söz
hansıdır?
A)əl B)əlli C)il
2. Gündüz yatar,.... uçar,
Çox quşlardan yeyin qaçar.
Gündüz sözünə əksmənalı sözü tapıb boş yerə yazın.
A) gecə B) səhər C)axşam
3. Bu sözlərdən birinin deyilişi və yazılışı fərqlidir.
A) tülkü B) qarğa C) quyruq
4. Verilmiş ifadələrdən biri səhvdir.
A) iki cüt əlcəklər
B) bir dəst paltar
C) beş ədəd düymə
5. Hansı çay adı həm də insan adı bildirir?
A) Kür B) Araz C) Bərgüşad
6. Hansı söz düzgün yazılıb?
A) bulut B) okean C) təbiyət
7. Hansı söz digərlərindən fərqənir?
A) təmiz B) pak C) cəld D) saf
8.Hansı sırada əks mənalı hərəkət bildirən sözlər verilib?
-
tənbəl-qoçaq
-
yatmaq-oyanmaq
-
əyləşmək-oturmaq
9.Atalar sözünü tamamlayın.
Halva-halva deməklə ..... şirin olmaz.
A)göz B)burun C)ağız
10. Sözlərdən neçəsi kim? sualına cavab verir?
meşə, dənizçi, Şahdağ, Yasəmən, taxıl, dost, ceyran
A) 3 B) 4 C) 5
11.Dostluq sözündə tələffüz zamanı hansı səs düşür?
A) l B) t C) u
12. Bu heyvanlardan hansının buynuzu olmur?
A) keçi B) maral C) dəvə
13. Hansı sözə “lar” şəkilçisi artırmaq olmaz?
A) qoyun B) çoban C) camaat
14. Birinə yardım etsən sənə nə deyər?
A) dəyməz B) təşəkkür edirəm C) buyur
15.“Meşənin şahı” ifadəsi hansı heyvana aiddir?
A)şir B)ayı C)canavar
Dostları ilə paylaş: |