Riyazi anlayış haqqında ümumi məlumat.
Cismin və ya obyektin ümumi və mühüm əlamətlərinin inikasından ibarət olan təfəkkür formasına anlayış deyilir.Müəyyən cins əşyalara aidliyi zəruri olan və onları digər cins əşyalardan fərqləndirən əlamətlərə mühüm əlamətlər deyilir. Mühüm əlamətlər real aləmin əşyalarını xarak-terizə edir və onları dərk etməyə imkan verir. Qeyri-mühüm əlamətlər elə əlamətlərə deyilir ki, bu əlamət müəyyən cinsdən olan bu və ya digər əşyada olmasına baxmayaraq onları xarak-terizə etmir və bu əşyaları digərlərində fərqləndirməyə imkan vermir.
Hər bir anlayış onun məzmunu və həcminə görə fərqlənir. Müəyyən əşyaların və ya hadisələrin mühüm əlamətləri çoxluğuna aid biliklərə anlayışın məzmunu deyilir. Həmin əşyalar çoxluğuna isə anlayışın həcmi deyilir.
Dostları ilə paylaş: |